16 nömrəli Texniki və Humanitar fənlər liseyi

16 nömrəli Texniki və Humanitar fənlər liseyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 16 nömrəli Texniki və Humanitar fənlər liseyi, School, Tolstoy 142, Baku.

14/07/2026

Mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda oxumaq istəyən məktəblilərin nəzərinə!

Müraciət müddəti 1 gün uzadılıb. Namizədlər 15 iyul saat 12:00-dək müraciət edə bilərlər.

Seçim prosesi başa çatdıqdan sonra şagirdlərin topladıqları ballara uyğun şəkildə yerləşdirilməsi aparılacaq və qəbul nəticələri elan ediləcək. Avqust ayının birinci yarısında yerdəyişmə sistemi aktivləşdirildikdən sonra qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılacaq və sənəd qəbulu prosesinə başlanılacaq.

Lisey və gimnaziya seçimləri şəxsi kabinetlərdə yerləşən “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçirilir. Bu mərhələdə namizədlər maksimum 3 lisey seçə bilərlər. Seçimdə 3 lisey qeyd etmək məcburi xarakter daşımır. Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları lisey və ya gimnaziyanı seçmək tövsiyə edilir.

Məktəbdə Pedaqoji Şuranın genişləndirilmiş iclası keçirilibMəktəbdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş ...
29/06/2026

Məktəbdə Pedaqoji Şuranın genişləndirilmiş iclası keçirilib
Məktəbdə 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş Pedaqoji Şuranın növbəti iclası keçirilib. İclasda məktəbin direktoru Ülviyyə İsmayılova, təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Ağəliyeva, pedaqoji kollektiv iştirak ediblər.
İclası giriş sözü ilə açan direktor Ülviyyə İsmayılova cari tədris ilinin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri, şagirdlərin nailiyyətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Bildirilib ki, tədris ili ərzində müəllim və şagirdlərin uğurları məktəbin ümumi fəaliyyətində mühüm rol oynayıb.
Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Ağəliyeva çıxış edərək Böyük Summativ Qiymətləndirmələrin nəticələri, ikinci yarımilin yekunları, şagirdlərin növbəti siniflərə keçirilməsi, yay tədris tapşırıqlarının təşkili, attestatların verilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə geniş məlumat təqdim edib.
İclas zamanı müəllimlərin peşəkar inkişafı məsələlərinə də xüsusi diqqət ayrılıb. Qeyd olunub ki, məktəbin bir sıra müəllimləri sertifikasiya imtahanlarında uğurla iştirak edərək yüksək nəticələr əldə ediblər. Bu münasibətlə direktor Ülviyyə İsmayılova sertifikasiyadan uğurla keçən müəllimləri təbrik edib, onların göstərdikləri əzmkarlığı və peşəkarlığı yüksək qiymətləndirərək təşəkkürünü bildirib. Direktor müəllimlərin əldə etdikləri nailiyyətlərin məktəbin təhsil keyfiyyətinin yüksəlməsinə və şagirdlərin uğurlarına mühüm töhfə verdiyini vurğulayıb.
Sonda məktəbin qarşıdakı dövr üçün hədəfləri, təhsilin keyfiyyətinin daha da artırılması, müəllim və şagirdlərin yeni uğurlara imza atması istiqamətində görüləcək işlər müzakirə olunub. İclas iştirakçıları qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliklərini ifadə ediblər.
Məktəb rəhbərliyi bütün müəllimləri əldə etdikləri uğurlar münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində onlara yeni nailiyyətlər və uğurlar arzulayır.

Təbrik edirik, Əli Sultanov!Məktəbimizin şagirdi Əli Sultanov RFM-də fizika fənni üzrə 7-ci siniflər arasında keçirilən ...
20/06/2026

Təbrik edirik, Əli Sultanov!

Məktəbimizin şagirdi Əli Sultanov RFM-də fizika fənni üzrə 7-ci siniflər arasında keçirilən yarışmada II yerə layiq görülərək gümüş medal qazanmışdır. Bu uğur münasibətilə Əlini ürəkdən təbrik edir, ona gələcək təhsil həyatında daha böyük nailiyyətlər arzulayırıq!🌟🏆📚

Qürurumuz, sevincimiz! ❤️Liseyimizin şagirdi Xəlilov İbrahim ADA Universitetinin təşkil etdiyi “Sərhədsiz Riyaziyyatçıla...
20/06/2026

Qürurumuz, sevincimiz! ❤️

Liseyimizin şagirdi Xəlilov İbrahim ADA Universitetinin təşkil etdiyi “Sərhədsiz Riyaziyyatçılar” yarışında 10 və 11-ci siniflər arasında III yerə layiq görülüb. Əzmi, zəhməti və biliyi ilə qazandığı bu uğur münasibətilə onu ürəkdən təbrik edir, gələcək həyatında daha böyük nailiyyətlər arzulayırıq. Səninlə fəxr edirik, İbrahim! 🌟🏆📚

 ⭐️
14/06/2026

⭐️

14/06/2026

5L sinif şagirdləri Bağırova Zəhra və Babayev Amin məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar, yüksək nailiyyətlər və xoşbəxtlik arzuladılar ✨️🎊

14/06/2026

🎊

14/06/2026

✨️

Address

Tolstoy 142
Baku

Alerts

Be the first to know and let us send you an email when 16 nömrəli Texniki və Humanitar fənlər liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category