Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi

Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi

Share

📍Yasamal rayonu, Həsən Məcidov 3 / 📞+994514163377

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 13/12/2025

Sizinlə kiçik bir test edək👀

⚠️ Bu test dəqiq proqnoz qoymur, sadəcə erkən təyinat üçün önəmli əlamətləri yoxlayır.

Daha dərindən müayinə və terapiya üçün rkəzimizə müraciət edə bilərsiniz😌

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 07/12/2025

Uşağınız bağçada digər uşaqlarla ünsiyyətdə çətinlik çəkirsə, bu adaptasiya prosesinin bir hissəsi ola bilər. Bəzən bu çətinliklər inkişaf fərqliliklərinin və ya sosial bacarıqların tam formalaşmamasının göstəricisi olur. Aşağıdakı əlamətlər bu prosesə işarə edə bilər.

1️⃣ Qrup fəaliyyətlərindən qaçınma
Uşaq ümumi oyunlara qoşulmur, daha çox tək oynayır və sosial mühitdə narahat görünür.

2️⃣ Göz təmasından yayınma
Müəllim və uşaqlarla danışarkən göz təması qurmaqda çətinlik sosial ünsiyyətdə çətinliyin göstəricisidir.

3️⃣ Paylaşmaqda çətinlik
Oyuncaqları paylaşmamaq, növbə gözləyə bilməmək və qarşılıqlı oyun qurmaqda zəiflik sosial bacarıqların hələ formalaşmadığını göstərə bilər.

4️⃣ Tez inciyən və emosional reaksiyalar
Kiçik situasiyalara böyük reaksiya vermək sosial-emosional tənzimin zəif olduğunu göstərə bilər.

5️⃣ Ev–bağça davranış fərqi
Evdə açıq, bağçada isə qapalı və narahat davranmaq sosial adaptasiya çətinliyinin tipik əlamətidir.

6️⃣ Nitq və ünsiyyət çətinliyi
Fikir ifadə etməkdə çətinlik və suallara gec cavab vermək sosiallaşmanı zəiflədə bilər.

Bu əlamətləri müşahidə edirsinizsə, mütəxəssis dəstəyi uşağın inkişafı üçün çox önəmlidir.

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 04/12/2025

Uşaq niyə əsəbiləşir?

Bu şıltaqlıq deyil.
Bu — sinir sisteminin yüklənməsidir.
Hisslər çox olduqda → beyin “alovlanır” və qəzəb yaranır.

2 — Təcili kömək (SOS)

1–2 fəaliyyət seçin:
* 1–2 dəqiqə tullanmaq
* divarı “itələmək” (push the wall)
* dərin təzyiq masajı (əllər, ayaqlar, bel, çiyinlər)
* uşağı yorğana bükmək (kolbaska kimi)
* sakit guşə / çadır
* “balon şişirtmə” nəfəs məşqi

3 — Əlavə tez sakitləşdirici üsullar
* “Qar adamı” — bədəni möhkəm sıxıb buraxmaq
* böyük topun üstündə qarınla yuvarlanmaq
* yavaş-yavaş yellənmək (fitbol və ya qucaq)
* “soyuq əlcik” — sərin salfetkaya toxunmaq
* “ayı pəncəsi” — çiyinlərə möhkəm təzyiq
* çeynəmə: alma, kök, çeynəmə rezinləri
* “yumşağı/sərti/dairəni tap” oyunu

4 — Gərginliyi azaltmaq üçün sensor oyunlar
* “Tunel” — stolun altından, yastıqlardan sürünərək keçmək
* “Yol” — ayaqlarla yastığa/əskiyə təzyiq göstərmək
* plastilini möhkəm yoğurmaq, dartmaq
* su ilə rəsm (fırça + su)
* kinetik qum / lobya / makaron
* “Qəzəbi süpür” — geniş əl hərəkətləri
* elastik lentləri dartmaq–buraxmaq

5 — Sakitləşdirən sensor fəaliyyətlər
* suyu bir qabdan o birinə tökmək
* xırda əşyaları çeşidləmək
* antistress oyuncaqlar (toplar, skvişi)
* iri xətlər ilə rəngləmək
* “sensor mürəbbə” — dənliləri qarışdırmaq
* sakit musiqi və ya white noise

6 — Gündəlik profilaktika
Güclü sinir sistemi → az qəzəb:
* hər gün 10–15 dəq. aktiv hərəkət
* masaj, qucaq, dərin təzyiq
* sakit guşə yaratmaq
* fəaliyyət dəyişikliyindən əvvəl xəbərdarlıq
* daha az səs-küy
* çeynəmə yükü
* düzgün yuxu rejimi
* sakit məşğuliyyətlər (plastilin, pazl, rəsm)
* səhər “bədən oyanışı” (5 dəq. tullanmaq + dartınma)

Metta-da uşaqların emosional tənzimlənməsi, sensor ehtiyacları və davranış çətinlikləri üzrə mütəxəssislər fəaliyyət göstərir.

👉 Əgər övladınızda yuxarıdakı hallardan biri varsa, müayinəyə yazılmaqdan çəkinməyin.

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 19/11/2025

✨ Uşaq oyuncağını paylaşmaq istəmir? — Normaldır.

Çünki kiçik yaşlarda “mənimdir” düşüncəsi inkişaf mərhələsinin bir parçasıdır.
Bu, eqoistlik deyil — sərhəd hissinin formalaşmasıdır.

Belə hallarda valideynin hədəfi məcburiyyət deyil — dəstək və modelləşdirmə olmalıdır.

💛 Paylaşmaq öyrədilir — hisslər isə qəbul edilir.
Əgər uşaq paylaşmaq istəmirsə:

✔️ Onun hissini adlandırın
✔️ Alternativ təklif edin
✔️ Növbələşməyi öyrədin
✔️ Öz davranışınızla nümunə olun
Əsas məqam:

👉 Paylaşmaq — sosial bacarıqdır. Vaxt, təcrübə və düzgün yanaşma ilə formalaşır.

📍Yasamal rayonu, Həsən Məcidov 3
📞 Əlaqə: +994514163377

14/11/2025

🎙️✨ 14 noyabr – Beynəlxalq Loqoped Günü

Nitq yalnız sözlərdən ibarət deyil. O, uşağın dünyanı ifadə tərzidir.
Bu gün səbr, sevgi və peşəkarlıqla uşaqlara danışmağı, özünü ifadə etməyi, özünə güvənməyi öyrədən bütün loqopedləri təbrik edirik. 💙

Metta – Uşaqların səsi burada eşidilir.

08/11/2025

🇦🇿 Zəfər Günümüz mübarək!

Bu gün yalnız torpaqlarımızı deyil, gələcəyimizi qoruyan qəhrəmanlarımızı xatırlayırıq.

Minnətdarıq, qürurluyuq! 💙❤️💚

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 07/11/2025

Uşağınız eşitdiyi sözləri və ya cümlələri tez-tez təkrarlayırsa, bu exolaliya ola bilər.
Exolaliya – uşağın eşitdiyi sözləri avtomatik şəkildə təkrarlamasıdır. Bu bəzən dilin öyrənilməsi prosesinin təbii hissəsidir, bəzən isə ünsiyyət çətinliyinin göstəricisi ola bilər.

Bu davranışın səbəbləri müxtəlif ola bilər:
🟡 Dil inkişafının erkən mərhələsi
🟡 Ünsiyyət bacarığının zəifliyi
🟡 Autizm və ya inkişaf fərqlilikləri
🟡 Stress və ya həyəcan

Metta Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzində mütəxəssislərimiz bu kimi hallar üçün fərdi yanaşma tətbiq edir.
✨ Uşağınızın nitq və ünsiyyət bacarıqlarını birlikdə dəstəkləyək.

📍Metta – uşağınızın inkişafı bizim üçün dəyərlidir.

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 18/10/2025

🧩 Autizm — fərqlilik, anlayış və sevginin dili.
Hər uşaq dünyanı öz baxış bucağından görür. Bəziləri səsi, rəngi, toxunuşu və duyğunu bizdən bir az fərqli hiss edir — bu, onların dünyasının sehridir. 💙

Autizmli uşaqlar çox vaxt böyük potensiala malik olurlar. Onları anlamaq üçün sadəcə bir az səbir, sevgi və qəbul lazımdır.
Biz böyüklərin vəzifəsi onları dəyişmək deyil, onların dünyasına doğru addım atmaqdır.

06/02/2024

Məşğələlər 20 ildən çox təcrübəsi olan, peşəkar idman terapisti tərəfindən individual və qrup şəkildə aparılır

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 02/10/2023

Uşaqlar üçün rəsm dərsi, aplikasiya, oriqami, həftənin
2 və 4-cü günləri saat 17:00 və 18:00 mərkəzmizdə keçirilir🖌🎨🖼

Ünvan: Bakı şəh., Yasamal ray., Həsən Məcidov küç., 3

Əlaqə nömrəsi: +994 51 416 33 77📲

Photos from Metta - Psixoloji xidmət və uşaq inkişaf mərkəzi's post 08/09/2023

Artıq sentyabır ayından dərslərimiz başlayır.
Mərkəzimizdə uşaqlar üçün art dərslərindən yararlana bilərsiniz.🖌🎨🖼

📌Dərslər qrup şəklində keçirilir,dərs müddəti 1 saat.

Ətraflı məlumat üçün rəy bölməsinə + yazın ♥️

Ünvan: Bakı şəh.,Yasamal ray.,Həsən Məcidov küç., 3

Əlaqə nömrəsi: +994 51 416 33 77 📲

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Hesen Mecidov 3
Baku
AZ1130