Koreya dili hazırlıq

Koreya dili hazırlıq Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Koreya dili hazırlıq, Education, Baku.

17/08/2026

Koreya dilində bu iki söz çox qarışdırılır. Amma aralarında vacib bir fərq var. 👇

🔹 안 → bir şeyi etməmək
🔹 못 → bir şeyi edə bilməmək

Məsələn:

🏫 오늘 학교에 안 가요.
→ Bu gün məktəbə getmirəm.

🏫 오늘 학교에 못 가요.
→ Bu gün məktəbə gedə bilmirəm.

☕ 커피를 안 마셔요.
→ Qəhvə içmirəm.

☕ 커피를 못 마셔요.
→ Qəhvə içə bilmirəm.

🧠 Asan yadda saxla:

안 = etmirəm ❌
못 = edə bilmirəm 🚫

İndi özünü yoxla 👀👇

“Bu gün işə gedə bilmirəm.”

오늘 회사에 ___ 가요.

A) 안
B) 못

💬 Cavabını şərhdə yaz!

📌 Bu qaydanı sonra unutmayasan deyə SAVE et
📤 Koreya dili öyrənən dostuna göndər 🇰🇷

Daha çox belə sadə Koreya dili qrammatikası üçün səhifəni izləməyi unutma! 📚✨

🇰🇷 에 vs 에서 — Bu ikisini sən də qarışdırırsan? 👀Koreya dilində 에 və 에서 çox vaxt Azərbaycan dilində “-da/-də” kimi tərcümə...
16/08/2026

🇰🇷 에 vs 에서 — Bu ikisini sən də qarışdırırsan? 👀

Koreya dilində 에 və 에서 çox vaxt Azərbaycan dilində “-da/-də” kimi tərcümə olunur. Amma istifadələri fərqlidir! 📚

📍 에 → istiqamət və ya bir yerdə olmaq
🏃 에서 → hərəkət/fəaliyyətin baş verdiyi yer

Məsələn:

🏫 학교에 가요.
→ Məktəbə gedirəm.

🏫 학교에서 공부해요.
→ Məktəbdə oxuyuram.

🏠 집에 있어요.
→ Evdəyəm.

🏠 집에서 밥을 먹어요.
→ Evdə yemək yeyirəm.

🧠 Asan yadda saxla:

👉 에 = hara? / harada olmaq?
👉 에서 = harada fəaliyyət göstərmək?

İndi özünü yoxla 👇

저는 카페___ 공부해요.

A) 에
B) 에서

Cavabını şərhdə yaz! 👇🇰🇷

📌 Postu SAVE et ki, sonra qaydaya yenidən baxa biləsən.

📤 Koreya dili öyrənən bir dostuna göndər!

🇰🇷 Daha çox Koreya dili dərsləri üçün dərslərə qoşul😊

13/08/2026

🇰🇷 1 DƏQİQƏDƏ KOREYA DİLİ SƏVİYYƏNİ YOXLА!

Bu 4 Koreya sözünün mənasını bilirsən? 👀

🟢 A2 — 약속
🔵 B1 — 경험
🟠 B2 — 환경
🔴 C1 — 간과하다

⏳ Videonu dayandır və cavabları özün tapmağa çalış!

👇 Cavablar:
A2 — 약속 → görüş / razılaşma
B1 — 경험 → təcrübə
B2 — 환경 → ətraf mühit
C1 — 간과하다 → gözdən qaçırmaq / nəzərə almamaq

✨ Neçə dənəsini bildin?
1️⃣ 2️⃣ 3️⃣ yoxsa 4️⃣?

💬 Daha çoxu Koreya dili lüğətində!

🇰🇷

09/08/2026

🇰🇷 Koreya dilini kitabdan öyrənirsənsə, bunu bilməlisən! 👀

Bəzi ifadələri qrammatik olaraq bilsək də, gündəlik Koreya dilində daha qısa və təbii formalar çox istifadə olunur.

📚 DƏRSLİKDƏ → 🗣️ REAL DANIŞIQDA

1️⃣ “Nə edirsən?”

📚 무엇을 하고 있어요?
🗣️ 뭐 해요?
➡️ Nə edirsən?

2️⃣ “Mən də elə düşünürəm.”

📚 저도 그렇게 생각합니다.
🗣️ 저도 그렇게 생각해요.
➡️ Mən də elə düşünürəm.

3️⃣ “Problem yoxdur.”

📚 문제가 없습니다.
🗣️ 괜찮아요.
➡️ Problem deyil / Hər şey qaydasındadır.

4️⃣ “Başa düşmürəm.”

📚 이해하지 못합니다.
🗣️ 잘 모르겠어요.
➡️ Başa düşmürəm / Tam anlaya bilmirəm.

5️⃣ “Bir də deyin, zəhmət olmasa.”

📚 다시 말해 주세요.
🗣️ 한 번 더 말해 주세요.
➡️ Bir dəfə də deyin, zəhmət olmasa.

6️⃣ “Bilmirəm.”

📚 모릅니다.
🗣️ 모르겠어요.
➡️ Bilmirəm.

7️⃣ “Həqiqətən?”

📚 정말입니까?
🗣️ 진짜요? 😮
➡️ Həqiqətən?

8️⃣ “Nə oldu?”

📚 무슨 일이 있었어요?
🗣️ 무슨 일이에요?
➡️ Nə oldu? / Nə məsələdir?

💬 Bu ifadələrdən hansını ilk dəfə görürsən?

🇰🇷 Daha çox real Koreya dili üçün dərslərə qoşul!

Jacky Chen Bakıya gələn kimi lüğət kitablarımızdan aldı.Deyilənə görə, Koreya dilində də bilir😅
04/08/2026

Jacky Chen Bakıya gələn kimi lüğət kitablarımızdan aldı.

Deyilənə görə, Koreya dilində də bilir😅

🇰🇷 Bütün səviyyələrə uyğun koreya dili lüğətləri artıq satışda📚Koreya dilində sözləri sadəcə əzbərləməkdə çətinlik çəkir...
03/08/2026

🇰🇷 Bütün səviyyələrə uyğun koreya dili lüğətləri artıq satışda📚

Koreya dilində sözləri sadəcə əzbərləməkdə çətinlik çəkirsənsə, bu lüğətlər sənin üçün hazırlanıb! 💛

📌 A1 | A2 | B1 | B2 | TOPIK I | TOPIK II

Bu lüğətləri fərqləndirən nədir?

❌ Sadəcə söz + tərcümə deyil!

✅ Hər sözün Azərbaycan dilində mənası
✅ Hər sözə uyğun koreya dilində cümlə nümunəsi
✅ Cümlənin Azərbaycan dilinə tərcüməsi
✅ Sözlərin səviyyələr üzrə sistemli şəkildə təqdim olunması

Məsələn:

📖 공부하다 — dərs oxumaq, təhsil almaq

🇰🇷 저는 매일 한국어를 공부해요.
🇦🇿 Mən hər gün koreya dili öyrənirəm.

Beləliklə, sözü sadəcə əzbərləmirsən — onun cümlədə necə istifadə edildiyini də öyrənirsən. 🧠✨

Başlanğıc səviyyədən TOPIK II-yə qədər öz səviyyənə uyğun lüğəti seçə bilərsən. 🇰🇷📚

📩 Ətraflı məlumat, qiymət və əldə etmək üçün DM-ə “LÜĞƏT” yaz.

Koreya dilində söz bazanı daha sistemli şəkildə inkişaf etdir.

02/08/2026

12/07/2026

📢 108-ci TOPIK İMTAHANI ÜÇÜN QEYDİYYAT BAŞLADI! 🇰🇷🇦🇿
Azərbaycanda növbəti rəsmi TOPIK (Test of Proficiency in Korean) imtahanı keçirilir.
💡 TOPIK İmtahanı Nədir?
TOPIK, Koreya Respublikasının Təhsil Nazirliyi tərəfindən idarə olunan və ana dili koreyaca olmayan şəxslərin dil biliklərini ölçən yeganə rəsmi imtahandır. Koreyada təhsil almaq (təqaüd proqramları), işləmək və ya vizaya müraciət etmək üçün bu sertifikat mütləqdir!
📅 Əsas Məlumatlar:
Qeydiyyat Tarixləri: 13 – 24 İyul 2026
İmtahan Tarixi: 17 Oktyabr 2026
Qeydiyyat Yeri: Koreya Respublikasının Azərbaycandakı Səfirliyi
Səviyyələr: TOPIK I (1-2-ci səviyyələr) və TOPIK II (3-6-cı səviyyələr)
⚠️ Vacib Qeyd: Səfirliyə getməmişdən öncə Qeydiyyat Formunu əvvəlcədən doldurmaq lazımdır.
📥 Direct-ə (şəxsi mesaj bölməsinə) “TOPIK” yazın, formanı dərhal sizə göndərim!
Uğurlar! 🎉

02/07/2026

TOPIK imtahanına hazırlaşmaq artıq daha asandır🇰🇷✅

📚 TOPIK 1 səviyyəsi üzrə 100 ən vacib sözdən ibarət PDF hazırlamışam.

PDF-də:✅ Ən vacib sözlər✅ Azərbaycan dilində mənaları✅ Asan yadda saxlama üçün qruplaşdırılmış siyahı✅ TOPIK və gündəlik danışıq üçün uyğun sözlər

🎁 Tamamilə PULSUZDUR!

📩 PDF-i əldə etmək üçün:
1️⃣ Bu postu bəyən.
2️⃣ Səhifəni izlə.
3️⃣ Şərhdə TOPIK yaz.

28/04/2026

🇰🇷 Koreya dilinə başlamaq istəyirsən, amma haradan başlayacağını bilmirsən?

A1 səviyyəsində bilməli olduğun əsas qaydaları və başlanğıc mövzularını sənin üçün sadə şəkildə hazırlamışam 📚✨

Əlifba, oxunuş, əsas qrammatika və gündəlik sözlər — yeni başlayanlar üçün ideal başlanğıc 🇰🇷💬

💬 Şərhə yaz: A1 yaz
və ya DM göndər ✨

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Koreya dili hazırlıq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category