1 saylı idman liseyi

1 saylı idman liseyi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 1 saylı idman liseyi, Baku.

05/11/2025

Şanlı Zəfər-xalqımızın milli ruhunun və azadlıq istəyinin təntənəsidir.
Zəfər – təkcə döyüş meydanında əldə edilən qələbə deyil. Zəfər, xalqın milli ruhunun, əqidəsinin, azadlıq istəyinin, mənəvi bütövlüyünün təntənəsidir. Hər bir xalqın tarixində elə məqamlar olur ki, bu məqamlar həm keçmişin yükünü, həm bu günün məsuliyyətini, həm də gələcəyin ümidini özündə birləşdirir. Azərbaycan xalqı üçün belə məqam, heç şübhəsiz, 2020-ci ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsi idi.
Bu müharibə təkcə torpaqların azadlığı uğrunda döyüş deyildi, həm də milli birliyin, milli özünüdərkin və dövlət-xalq-ordu birliyinin sınaqdan çıxdığı tarixi bir mərhələ idi. “Zəfərə gedən yol” məhz bu birlikdən, inamdan və ədalətə olan sarsılmaz etiqaddan keçdi.
Azərbaycan tarix boyu bir çox sınaqlardan keçib. Amma heç vaxt bu qədər milli həmrəyliyin, bu qədər bir məqsəd uğrunda birləşmənin şahidi olmamışdı. Zəfərə aparan yolun başlanğıcı məhz bu birliyin formalaşdığı anda qoyuldu.
Dövlətin siyasi iradəsi, xalqın sonsuz etimadı və ordunun peşəkarlığı bir bütöv mexanizm kimi işləyirdi. Hər kəs öz yerində bir mübarizə aparırdı: cəbhədə əsgər döyüşür, arxada həkim yaralıya həyat qaytarır, müəllim şagirdinə vətən sevgisini öyrədir, jurnalist gerçəkliyi çatdırır, ana dua edir, uşaq qələbəyə inanırdı. Bu mənzərə artıq təkcə bir müharibə deyil, milli ruhun təcəssümü idi.
Zəfərin təməlində duran əsas amil məhz bu idi – xalqın bir yumruq kimi birləşməsi. Bu yumruq təkcə düşmənə qarşı yönəlmədi, həm də tarix boyu milli yaddaşımızda dağınıq qalan parçaları birləşdirdi. Vətən anlayışı coğrafi deyil, mənəvi sərhədlər qazandı.
44 günlük müharibənin nəticəsi təkcə hərbi üstünlüyün deyil, həm də tarixi ədalətin bərpasının göstəricisidir. Otuz il ərzində işğal altında qalmış torpaqlarımızda hər daş, hər ağac, hər viran qalmış ev xalqın yaddaşında bir yaraya çevrilmişdi.
Bu yaraların sağalması üçün Zəfər gərək idi – ədalətli, haqlı, mənəvi zəfər. Azərbaycan Ordusunun döyüş meydanındakı qətiyyəti, xalqın arxa cəbhədəki birliyi və dövlətin möhkəm duruşu bu ədaləti təmin etdi.
Qarabağın azadlığı həm də şəhidlərin ruhuna sədaqətin ifadəsi idi. Hər bir şəhidin adı bu zəfərin qızıl hərflərlə yazıldığı səhifələrdə əbədiləşdi. Onlar həm torpağı, həm ruhumuzu azad etdilər.
Bu gün azad torpaqlarda bərpa olunan kəndlər, qurulan məktəblər, dirçəldilən mədəniyyət abidələri – hamısı bu qələbənin mənəvi davamıdır. Zəfər sadəcə bir günün hadisəsi deyil, bir millətin yenidən doğuluş tarixidir.
Zəfərin qazandırdığı ən böyük dəyər – özünəinamdır. Artıq Azərbaycan xalqı öz gücünü, birliyini, milli iradəsini bütün dünyaya nümayiş etdirmiş bir xalqdır. Bu inam gələcək nəsillərin milli kimliyini formalaşdıracaq, vətənpərvər gəncliyin ruhunda yaşayacaq. Zəfər həm də məsuliyyətdir – torpağı azad etmək qədər onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə layiq şəkildə ötürmək məsuliyyəti. Azərbaycan əsgərinin şücaətinə, Ali Baş Komandanın müdrik siyasətinə, xalqın bu savaşdan zəfərlə çıxacağına inam hissləri ilə yanaşı, xalqın birliyi, bölünməzliyi motivləri də özünü göstərir.
Zəfərə gedən yol uzun və çətin idi. Amma bu yolun hər addımı xalqımızın qüruru, dözümü və inamı ilə işıqlanmışdı. Bu gün bu yol tarixə çevrilib, lakin o tarix bizim yaddaşımızda, ruhumuzda, gələcəyimizdə yaşayır.

Zəfər – bir millətin qəlbindəki birliyə, ədalətə, müstəqilliyə olan inamın simvoludur. Və bu yol heç vaxt bitmir. Hər bir azərbaycanlının gündəlik əməli, zəhməti, vicdanı, Vətən sevgisi bu yolun davamıdır.
Müəllif: 1 nömrəli idman liseyinin müəllimi Səadət Əliyeva.

04/06/2022

Məktəbimizin yetirməsi, Vətən müharibəsinin şəhid giziri Rəşad Babayev haqqında hazırlanmış süjet.
Şəhid yetirməmizlə qürur duyuruq.

28/05/2022

Xalqımızın azadlıq və mübarizə tarixinin şanlı səhifəsi - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 104 il keçir. Istiqlalımızın elan olunduğu 28 May tarixi 15 oktyabr 2021-ci ildə qəbul edilmiş Müstəqillik günü haqqında Azərbaycan Respublikasının Qanunu ilə Müstəqillik Günü elan edilib.
Tariximizin qürur səhifəsi –Müstəqillik günü münasibətilə kollektivimiz adından bütün Azərbaycan xalqını təbrik edir, müstəqilliyimizin əbədi, Bayrağımızın hər zaman ucalarda olmasını arzulayırıq.

Photos from 1 saylı idman liseyi's post 11/01/2022

277 saylı idman təmayüllü orta məktəbin riyaziyyat müəllimi Rəhilə Abdulrzayevanın 65 yaşı tamam olur.

Uzun illər kollektivimizdə çalışmış Rəhilə xanım müəllim kollektivinin və şagirdlərin sevimlisi olub. Bütün elmlərin açarı sayılan riyaziyyat fənninin gələcəyin qurucuları olan uşaqlara öyrədilməsi və sevdirilməsi yolunda ömrünü şam kimi əridib Rəhilə müəllimə. Dərs dediyi yüzlərlə şagirdin səsi bu gün yüksək tribunalrdan, elm ocaqlarından, təhsil müəssisələrindən gəlir. İllər ərzində yüksək savada malik mütəxəssislər kimi yetişmiş şagirdləri Rəhilə müəllimənin Vətənimizə bəxş etdiyi ən böyük, ən qiymətli hədiyyəsidir.
Artıq Rəhilə müəllimə 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə çıxır. Təcrübəsini özündən sonra gələn müəllimlərlə bölüşməkdən çəkinməyən, dəyərli məsləhətləri ilə hər birimizə yol göstərən, intizamı, rəftarı ilə kollektivə örnək olan belə gözəl bir pedaqoqun aramızdan ayrılması hamınızı kədərləndirir. Yeri görünəcək, həmişə hörmətlə, xoş hisslərlə xatırlanacaq. Gələcək həyatında ailəsi, nəvələri ilə gözəl ömür yaşaması, sağlam olması duaları ilə Rəhilə xanıma yarım əsrə qədər xalqın təhsili, maariflənməsi yolunda fədakar əməyinə görə bütün kollektivimiz adından təşəkkürümüzü bildiririk.

24/12/2021

Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident!

Anadan olmağınızın 60 illik yubileyi münasibətilə məktəbimizin kollektivi adından Zati-alinizi təbrik edirik. Dövlətimizin təməllərini gücləndirmək kimi şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar, səadət dolu ömür arzulayırıq.
Ölkəyə rəhbərlik etdiyiniz 18 il ərzində Ulu öndərin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycan dövlətini misli görünməmiş inkişaf mərhələsinə çatdırmısınız. Bütün sahələr kimi təhsilin inkişafına da diqqət və qayğınızı hər zaman hiss etmişik, bunun üçün də Sizə minnətdarıq.
Ötən il xalqımızın yaşadığı tarixi qələbə Sizin bu illər ərzində əvəzolunmaz fəaliyyətinizin, Azərbaycanın Sizin sayənizdə qazandığı siyasi və iqtisadi uğurların bünövrəsində qurulmuşdur.
Bu tarixi hadisə ilə son bir neçə yüz il ərzində ilk dəfə olaraq Azərbaycan işğal olunmuş torpaqlarını özünə qaytardı, ərazi bütövlüyünü təmin etdi. Sizin adınız Şanlı Zəfər tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb.
Azərbaycanı inkişaf və tərəqqi yolu ilə yüksəltdiyinizə, xalqımıza böyük sevinc və iftixar hissi yaşatdığınıza görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.
Əziz Prezidentimiz, Sizin rəhbərliyinizlə ölkəmizin hələ uzun illər daha yüksək zirvələr fəth etməsi, davamlı inkişaf etməsi diləyi ilə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzu edirik. “Dəmir yumruğ”unuz, polad iradəniz daim var olsun.

09/11/2021

Qürur mənbəyimiz, and yerimiz şanlı bayrağımız artıq işğaldan azad edilmiş torpaqlarımızı bəzəyir, Suqovuşanda, Hadrutda, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Xudafərində və Qarabağın tacı olan Şuşada qürurla dalğalanır.
Şanlı Zəfərimizlə başa çatan Vətən müharibəsi xalqımızın üçrəngli bayrağa olan sonsuz məhəbbətini, sevgisini bir daha göstərdi.
Üçrəngli bayrağımız xalqımızın azadlığının, öz istiqlalı uğrunda apardığı mübarizənin tərənnümüdür, milli kimliyimizdir.
Himnimizdə də deyildiyi kimi, uğrunda minlərlə can qurban olan şanlı bayrağımız hər zaman ən uca zirvələrdə dalğalansın.
9 Noyabr - Bayraq gününüz mübarək!

08/11/2021

Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şanlı Zəfərimizdən, 44 günlük Vətən müharibəsinin parlaq qələbə ilə başa çatmasından bir il ötür.

Ötən il 8 Noyabrda Müzəffər Azərbaycan Ordusu dünya hərb tarixində misli görünməmiş əməliyyatla xalqımız üçün mənəvi dəyərə malik Şuşa şəhərini işğaldan azad etdi.
Azərbaycan əsgəri əsl qəhrəmanlıq, şücaət, rəşadət nümunəsi göstərərək torpaqlarımızı işğaldan azad etdi, Ermənistanı ağ bayraq qaldıraraq kapitulyasiya bəyannaməsi imzalamağa məcbur etdi.

Qəhrəmanlarımız Mübariz ruhu ilə, Polad əzmi ilə, Xudayar avazı ilə Qarabağa səs saldı.
Xalqımız öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizə əzmini nümayiş etdirdi, haqqın, ədalətin və öz torpaqlarına qan bahasına, güc yolu ilə də olsa sahib çıxa biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdi.
“Qarabağ Azərbaycandır” həqiqətinə xalqımızın zəfəri ilə NİDA qoyuldu!

8 Noyabr xalqımızın qüdrətinin və milli qürurunun təntənəsidir.
8 noyabr - Qarabağa qovuşduğumuz tarixdir.
8 noyabr - Şanlı Zəfər günüdür.
Zəfər bayramı münasibətilə bütün xalqımızı təbrik edir, daim zəfərlər, əbədi sülh, firavanlıq arzulayırıq.

Photos from 1 saylı idman liseyi's post 02/11/2021

2 noyabr 2021-ci il tarixdə məktəbimizdə Zəfər gününə həsr olunmuş tarix fənnindən "Qarabağ Azərbaycandır!" mövzusunda dərs.
Fənn müəllimi Günay Əliyeva.

Photos from 1 saylı idman liseyi's post 02/11/2021

Məktəbimizin müəllimi Şərifə Hüseynovanın bu gün keçirilən açıq dərsindən.
8A sinfində keçirilən "İnformasiya nədir?" mövzusundakı açıq dərsdə informasiya, onun növləri, əldə edilməsi, tətbiqi və sair mövzularda şagirdlərə məlumatlar verildi, sual-cavab aparıldı.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku