27/06/2023
Qurban Bayramınız Mübarək!
� Xaricdən mal və məhsulların idxalı
� Gömrük rəsmiləşdirilməsi
� Digər qurumlardan idxal olunan malın istifadəsi üçün icazələrin alınması
27/06/2023
Qurban Bayramınız Mübarək!
26/06/2023
26/06/2023
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ili tamam olur.
26 - İyun Silahlı Qüvvələr Günü münasibəti ilə müzəffər əsgərlərimizi təbrik edirik! Gününüz mübarək! 🇦🇿
17/06/2023
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılmasını nəzərə alınaraq hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Böyük Qayıdış MMC olaraq, Tibb İşçilərinin Peşə Bayramını təbrik edirik. 🩺💉
15/06/2023
15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.
1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.
Vətəndaş müharibəsi üçün ciddi zəmin yarandığı vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Ulu Öndər Heydər Əliyevə müraciət edib. Naxçıvan MR Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi düşüb.
15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur.
01/06/2023
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.
27/05/2023
Bu gün ölkəmizdə 28 may – Müstəqillik günü qeyd olunur. 1918-ci il mayın 28-də müsəlman şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı, banisi isə siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə idi. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu.
Amma bununla belə xalqın istiqlal arzusu ölmədi. 1991-ci ildə Sovet İmperiyası dağıldıqdan sonra yeni tarixi prosesdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz bərpa olundu. Hazırda müstəqil Azərbaycan demokratik bir dövlət olaraq sürətlə inkişaf edir.
Bayramınız mübarək!🇦🇿
10/05/2023
Bu gün xalqımızın tarixində həlledici rol oynamış, qətiyyəti, uzaqgörənliyi, qəlbində sonsuz Azərbaycan sevgisi ilə əsrlər boyunca hörmətlə xatırlanacaq, müasir dövlətimizin qurucusu, dahi şəxsiyyət, görkəmli siyasi xadim, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Əsrə sığmayan sevgi qazanmış Ulu Öndəri ehtiramla və minnətdarlıqla anırıq!
30/04/2023
ADNA terrorundan 14 il keçir 🥀
Allah bütün faciə qurbanlarına rəhmət eləsin!
23/04/2023
“Uğurun əl izi” layihəsi ✋🏻🤩
Əziz Gənclər, layihə çərçivəsində öz sahəsində uğur qazanmış və şəxsi inkişafla bağlı təcrübəli şəxslərlə görüşlər təşkil olunacaqdır 👍🏻
Layihənin növbəti qonağı Emin Əliyevdir 😍
O, Azərbaycan Menecment və İnvestisiya Korporasiyasının və Böyük Qayıdış MMC-nin təsisçisi və direktorudur.
Görüş:
📆 26 aprel
⏰ 14:00
📌 Sabunçu Gənclər Evində baş tutacaqdır.
Link 🔗 https://forms.gle/zjH5HhZegFATmnGR9
21/04/2023
Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirik 😊
12/04/2023
Rəqəmsal təchizat zənciri qərarların qəbuluna rəhbərlik etmək, performansı optimallaşdırmaq və dəyişən şərtlərə tez cavab vermək üçün rəqəmsal texnologiyalardan və məlumat analitikasından istifadə edən təchizat zənciridir.
Rəqəmsal təchizat zəncirləri mövcud təchizat zəncirləri tərəfindən istehsal olunan, məlumat anbarlarında saxlanılan və təhlil edilən məlumatlarla təchiz edilir.
Önümüzdəki illərdə rəqəmsal təchizat zəncirlərinin böyüməsi gözlənilir. Allied Market Research-ə görə, qlobal rəqəmsal təchizat zəncirinin bazar dəyərinin 2030-cu ilə qədər 13,7 milyard dollara çatacağı proqnozlaşdırılır.
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |