29/03/2026
“EduTime” Təhsil və İnkişaf Mərkəzinin nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetini ziyarət edib.
Universitetin İdarə Heyətinin sədri – rektor Jansen Tuymebayev ilə keçirilən görüşdə iki ölkə arasında ali təhsil və gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
“EduTime”nin təsisçisi Fərid Şahbazlı mərkəzin layihələri haqda rektora məlumat verib, gələcəkdə ortaq layihələr ilə bağlı razılığa gəlinib.