"Genius" Tedris Merkezi

"Genius" Tedris Merkezi

Share

15 yanvar 2008 - ci il "Genius" MMC olaraq Dövlət qeydiyyatindan keçmiş və fəaliyyət istiqməti olaraq "Hazırlıq kurslarının fəaliyyəti" seçilmişdir!

"Genius" Tədris Mərkəzində istənilən xarici dil - İngilis, Rus, Alman, Fransız, Fars, Ərəb, İspan, İtalyan, Çin, Koreya və s. dillər tədris olunur! Eyni zamanda Tədris Mərkəzində kompyuter proqramları - Ms Office, Photoshop, CorelDraw, AutoCad, ArchiCad, 3DS MAX, və s. proqramlar, Proqramlaşdırma dilləri (Delphi, C, C++, C# və s.), Web Dizayn, IT, Videomontaj (Adobe Premyer və ya 3DS MAX ilə), Müh

15/02/2024

Oxuyun ki öyrənəsiz, paylaşın ki oxuyub öyrənsinlər, sonra da soruşanlara Siz də izah edin ki, onlar da öyrənsinlər.

Hələ də hər gün verilən və cavabı alınsa belə, qane olunmayan suallardan biri:

- Həyat yoldaşımın adına olan avtomobili etibarnamə olmadan NİKAH HAQQINDA ŞƏHADƏTNAMƏ ilə idarə edə bilərəmmi?

İndiyə qədər bu suala tələbələrimə, sosial şəbəkələrdə, şəxsi mesajlarda, gələn zənglərdə cavab olaraq demişəm ki, “mənə görə olmaz”, “mən düşünürəm ki olmamalı”, və s... Bəzənsə demişəm ki, əgər bu halla rastlaşsaz, iş Məhkəməyə gedərsə, ola bilər siz haqlı çıxasız, amma bu o demək deyil ki, bu məsələ birmənalı şəkildə belədir. Cavab verdiyim, bu mövzuda müzakirə apardığım şəxslər təsdiq edə bilərlər ki, həmişə reallıqda nələrin baş verməsindən aslı olmayaraq, Qanuna əsaslanırıqsa, “olmaz” cavabını vermişəm. Ən p*s halda isə Qanunu tətbiq edərək başa salmağa çətinlik çəkdiklərimə praktikada rastlaşacaqları çətinlikləri izah edərək, ərlə arvad arasında avtomobili idarə etməyə icazə verən etibarnamənin dövlət rüsumunun 10 manat olduğunu və o çətinliklərlə rastlaşmaqdansa, 10 manat dövlət rüsum ödəyərək etibarnamə almalarının daha sərfəli olduğunu izah etməyə çalışmışam.

Bu sualın hələ də müxtəlif vaxtlarda, müxtəlif insanlar tərəfindən təkrar verilməsini nəzərə alaraq, ümumi şəkildə, amma tam Qanuna əsasən izah yazaraq, cavab verirəm:

- 𝐎𝐋𝐌𝐀𝐙, Həyat yoldaşınızın adına olan avtomobili etibarnamə olmadan, ancaq NİKAH HAQQINDA ŞƏHADƏTNAMƏ ilə idarə edə BİLMƏZSİNİZ.

- Niyə?

- Çünki Yol Hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir. Sürücü nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş 𝐞𝐭𝐢𝐛𝐚𝐫𝐧𝐚𝐦ə və ya nəqliyyat vasitəsinə ü𝙢𝙪𝙢𝙞 𝙢ü𝙡𝙠𝙞𝙮𝙮ə𝙩 𝙝ü𝙦𝙪𝙦𝙪𝙣𝙖 𝙙𝙖𝙞𝙧 şə𝙝𝙖𝙙ə𝙩𝙣𝙖𝙢ə göstərilmişdir.
Göründüyü kimi bu siyahıda NİKAH HAQQINDA ŞƏHADƏTNAMƏ yoxdur. Düşünürsüz ki, burada “nəqliyyat vasitəsinin sahibi olmadıqda” yazılır və ər (arvad) nikahdadırsa, onun da arvadın (ərin) əmlakına sahiblik hüququ var. Düz düşünürsüz, var, amma burada nikah haqqında şəhadətnamə o sahiblik hüququnu tam, istisnasız, mübahisəsiz təsdiq etmək üçün kifayət deyil. Nikah haqqında şəhadətnamə yalnız nikahın bağlanması haqqında qeyd aparıldıqda verilir və tərəflər arasında nikah münasibətlərinin olmasını təsdiqləyir, nikahın olması isə Qanuna əsasən onların hər hansı birinin adına qeydiyyata alınmış əmlaklarına sahiblik hüququnun yaranması üçün müəyyən şərtlər daxilində səbəbdir, yekun sənəd deyil. Bəlkə də hər hansı başqa sahədə bu yekun sənəd kimi də qiymətləndirilsin, amma haqqında danışdığımız bu mövzuda, yəni avtomobili idarə etmək üçün yekun sənəd kimi qəbul edilmir.

Nəzərə alsaq ki, Ailə Məcəlləsi və eləcə də Mülki Məcəllənin müvafiq maddələrində ərlə arvadın birgə əmlakı müəyyən şərtlər daxilində qiymətləndirilir (Nikah dövründə əldə edilən, nikah kontraktında başqa şərtlər nəzərdə tutulmadıqda, nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında əldə edilən əmlak və s.), o zaman bu fikir öz təsdiqini bir az da qüvvətləndirir.

- Belə olduqda, bu məsələ hüquqi baxımdan yekunda öz həllini necə tapır?

- Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinin I hissəsinin 1-ci bəndində qeyd olunur ki, sürücünün yanında olmalı sənədlərdən biri də "nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə"dir. Bu sənəd Notarius tərəfindən ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə verilən, birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamədir (Notariat haqqında Azərbaycan Respublikasının Qanunu, 61-ci maddə). Yol Hərəkəti Haqqında Qanun 37-ci maddənin I hissəsinin 1-ci bəndində də nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün NİKAH HAQQINDA ŞƏHADƏTNAMƏnin yox, onların ümumi mülkiyyət hüququ haqqında şəhadətnaməsinin sürücünün yanında olması açıq şəkildə tələb edilir.

Deməli, sürücü ər (arvad) həyat yoldaşının sahibi olduğu nəqliyyat vasitəsini idarə edirsə, yanında ər-arvadın nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadığı halda, nəqliyyat vasitəsini idarə edərkən etibarnamə olmalıdır. Bu sənədlərin heç biri yoxdursa, İnzibati Xətalar məcəlləsinin 332.1 maddəsinə əsasən 40 manat cərimə yazılır və 96.1.1 maddəsinə əsasən avtomobil duracağa aparılır.

Qanunvericilikdə hər hansı bir dəyişiklik edilənə qədər, yəni Nəqliyyat vasitəsinin mülkiyyətçisi olmayan şəxsin nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamənin zəruriliyi tələbi müvafiq qanunvericilikdə aradan qaldırılınadək bu belədir.

İstinad olunan mənbələr:
1. Yol Hərəkəti Haqqında Azərbaycan Respublikasının Qanunu.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
3. Azərbaycan Respublikasının Ailə Haqqında Qanunu.
4.Notariat Haqqında Azərbaycan Respublikasının Qanunu.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Haqqında Məcəlləsi.
6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q Ə R A R I (24.07.2023).

Mansur F. Novruzov.
https://www.facebook.com/mansur.novruzov.5

25/10/2023
23/10/2023

YENİ QRUPLARA QEYDİYYAT DAVAM EDİR. ÖDƏNİŞSİZ SINAQ DƏRSLƏRİMİZƏ QOŞULMAĞA TƏLƏSİN. ✔️

18/10/2023

18 Oktyabr - Müstəqilliyin Bərpası Günüdür!🇦🇿

Tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır!

Photos from "Genius" Tedris Merkezi's post 13/10/2023
Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Yasamal Rayonu, Zərgərpalan 128 (Nizami Metrosunun çıxışından Sola 50 Metr)
Baku