Təsisçisi və rəhbəri tanınmış aparıcı, diksiya üzrə mütəxəssis, “Danışığınla həyatı qazan” kitabının müəllifi, Türkiyənin “Sayğın“ Fərdi İnkişaf mərkəzinin məzunu və Azərbaycandakı təmsilçisi Cəlalə Nəzəroğludur. Məqsədimiz:
Azərbaycan dilində qüsursuz danışmaq və yazmaq istəyən hər kəsə xidmət göstərmək bizim ən vacib missiyamızdır. Bəlkə, sizdə də bu hallar baş verir:
Danışanda həyəcanlanırs
ınız. Əslində, nə demək istədiyinizi bilirsiniz, amma kəlmələr heç cür dilinizə gəlmir. Fikrinizi dolaşıq ifadə edirsiniz, qarşı tərəf sizi anlamaqda çətinlik çəkir.
“Ağzınızın içində” danışırsınız. Sözlər, daşın altında qalıbmış kimi “əzilərək” tələffüz olunur (ağzınızdan çıxır). Diliniz “topuq çalır”, ağzınızı güclə açırsınız. Sanki danışmağa səbriniz çatmır. Sözləri tez deyib susmaq, xilas olmaq istəyirsiniz. Həyəcandan əl-ayağınız əsir, ürək döyüntüləriniz danışmağa imkan vermir. Mövzunu yaxşı bildiyiniz halda, hər şeyi unudub pərt vəziyyətə düşürsünüz. Səsinizi bəyənmirsiniz. Sanki sizə aid audio-video materialları dinlədikdə və izlədikdə utanırsınız. Gündəlik ünsiyyətdə kiməsə yolladığınız səsi təkrar dinləyib silir, dəfələrlə yazırsınız. Nitqinizdə olan probemlər sizi hər zaman narahat edir. Çünki cəmiyyətdə yaşayırıq, ünsiyyət qurmadan heç bir şey edə bilmərik. Ailədə, dostlar arasında, iş yerində – hər yerdə hörmət edilən, dinlənilən, sözünün kəsəri olan şəxs kimi tanınmaq istəyirsiniz. Bütün bu sadalananlar sonradan öyrənilə bilən məziyyətlərdir. Sadəcə, doğru sistemlə tanış olmaq və tətbiq etmək yetərlidir. Daha öncəki cəhdləriniz niyə baş tutmayıb?
Əlifbanı öyrənmədən yazmağa cəhd göstərmək nə dərəcədə düzgündür? Diksiyanı öyrənmək də işin əlifbasını bilməyi tələb edir. Diksiya Akademiyasının qurduğu sistemdə diksiya A-dan Z-yə öyrədilir. Təsirli danışıqda ən son öyrənilən mövzu bədən dilidir. Bu dərsi ilk dəfədən öyrənmək yarımçıqlıqdan başqa bir şey deyil. Əvvəlcə təməlini möhkəm qoymaq lazımdır. Unutmayın, diksiyada sistem zəncirvari şəkildə qurulub və halqaların hamısı bütövlük üçün qeyd-şərtsiz vacibdir. Hər şey çox asandır: sadəcə, qoşulun və elə ilk dərsdən nəticəni özünüz görün! Bu kurs kimlər üçündür?
· Fərdi inkişafında zirvəyə qalxmaq istəyənlər;
· Bilik və bacarıqlarını tam göstərmək istəyənlər;
· Karyerasında yüksəlmək, lider olmaq istəyənlər;
· Özünə inam hissi zəif olanlar;
· Rəhbər şəxslər;
· İşi danışmaqdan keçən bütün peşə sahibləri;
· Uşaq və yeniyetmələr üçün;
· Bir sözlə, hər kəs üçün! Diksiya Akademiyasına yaşından, vəzifəsindən, peşəsindən asılı olmayaraq, bütün şəxslər, istənilən sahədə fəaliyyət göstərən şirkətlər müraciət edə bilərlər.