ADPU THİK

ADPU THİK

Share

İctimai təşkilat

Photos from ADPU THİK's post 19/04/2026

18.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, Xəzər İntellektual Gənclər Klubunun tərəfdaşlığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “II Tələbələrarası Azərbaycan Kuboku” adlı bilik yarışı keçirilib. Yarış Universitet Liqası çərçivəsində Consensus Tədris Mərkəzinin və APAR-ın tərəfdaşlığı ilə baş tutub.

Liqanın ilk turunda təmsil olunan 20 komanda arasından 12 komanda THİK təmsilçisi olub.

Bütün iştirakçılara uğurlar arzulayır və irəlidə 3 tur olacağını xatırladaraq sizləri də Gənc İntellektlər klubunun bir parçası olmağa dəvət edirik.

19/04/2026

📢 VAKANSİYA AÇIQDIR!

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) tərəfindən SMM Qrafik Dizayner / Editor vakansiyası elan olunur.

Əgər sən sosial media kontenti hazırlamağı, kreativ dizaynlar yaratmağı və video montaj işlərini bacarırsansa, komandamıza qoşulmaq fürsətini qaçırma!

📩 Qeydiyyat üçün: bio-dakı linkə keçid edə bilərsiniz.

18/04/2026

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komandasının nəzdində fəaliyyət göstərən “Futzal” komandası Azərbaycan Tələbə Liqasının B divizionunda ilk oyununa çıxıb. Komandamızın rəqibi Bakı Mühəndislik Universitetinin “Futzal” komandası olub.

Gərgin və maraqlı keçən qarşılaşmada ADPU komandası 4:3 hesabı ilə qələbə qazanaraq turnirə uğurlu start verib.
Bu nəticə komandamızın növbəti mərhələlər üçün yüksək motivasiya ilə mübarizə aparacağını göstərir.

16/04/2026

Əziz tələbələr!

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən şahmat klubunun qeydiyyatına start verilir!

Klub tələbələrin şahmata olan marağını artırmaq, məntiqi düşünmə bacarıqlarını inkişaf etdirilmək, asudə vaxtlarının səmərəli təşkili və sağlam rəqabət mühitini yaratmağa kömək edir.

Qeyd edək ki, şahmat dərsləri hər həftənin şənbə günləri mütəmadi olaraq keçirilir. Sonda isə tələbələr üçün yarışlar təşkil olunur. Dərslərdə daimi iştirak mütləqdir.

Qeydiyyat üçün: +994-50-781-19-01 (Fatimə Hüseynzadə)

📌Qeydiyyat üçün son tarix: 16.04.2026
Qeydiyyat yanlız şahmat dərslərinə qoşulmaq üçün nəzərdə tutulub.

14/04/2026

Əziz Tələbələr!

18.02.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Gənc İntellektlər” klubunun start verdiyi intellektual yarış sessiyasının yeni oyunu baş tutacaq!

“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə II Tələbələrarası Azərbaycan Kuboku Xəzər İntellektualın iştirakı ilə olacaq.

Universitet Liqası çərçivəsində keçiriləcək bu oyun tələbələrin intellektual bacarıqlarını sınaqdan keçirməyi üçün fürsətdir!

Məkan: ADPU əsas tədris binası
Tarix: 18.04.2026
Saat: 12:00
Qeydiyyat nömrəsi: 055-307-28-11 (Sevil Hüseynli)

Photos from ADPU THİK's post 09/04/2026

09.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Gənc İntellektlər” klubunun təşkil etdiyi İntellektual oyun baş tutub.

“Tarixin Everesti” adlanan bu yarış Tarix fənni üzrə hazırlanmış suallardan ibarət olub, yarışda ümumi 20 komanda iştirak edib.

Yarışın yekun nəticələrinə əsasən:
1-ci yer: Amerikada Globaldayıq
2-ci yer: Wilson Lo Siento
3-cü yer: 1984

Yarışın sonunda qaliblər diplomla təltif olunmuşdur, sonda isə xatirə şəkli çəkilmişdir. Yarışda iştirak edən bütün tələbələrə təşəkkür edir, qalibləri səmimi qəlbdən təbrik edirik. 🏆

09/04/2026

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “İZ CUP” adlı İntellektual Yarış layihəsinin növbəti mərhələsi baş tutacaq.

Yarışda iştirak edən komandalar müxtəlif sahələri əhatə edən suallar üzərində bilik və məntiq bacarıqlarını nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparacaqlar.

Yarış 18 komanda arasında keçiriləcək. Hər komanda 5 iştirakçıdan ibarət olacaq. Yeni yarış formatında gənc tələbələri “Zirvə, Game over və Sirli round” adlı 3 yeni mərhələ gözləyir.

Tarix: 11. 04. 2026
Saat: 10:00
Məkan: ADPU, əsas tədris binası

Photos from ADPU THİK's post 08/04/2026

08.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkil etdiyi və 55 tələbənin iştirakı ilə “Hacı Zeynalabdin Tağıyev-Ev Muzeyi” maarifləndirici ekskursiyası təşkil olunub.

Ekskursiya zamanı tələbələr Azərbaycanın görkəmli xeyriyyəçisi və ictimai xadimi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti ilə yaxından tanış olublar. Muzeydə nümayiş olunan eksponatlar, şəxsi əşyalar və tarixi materiallar vasitəsilə tələbələrə Tağıyevin milli təhsilin inkişafına, maarifçilik hərəkatına və cəmiyyətə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib.

Ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, belə ekskursiyaların davamlı şəkildə baş tutmasının əhəmiyyətli olduğunu vurğulayıblar.

07/04/2026

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “İntellektual yarış” klubunun təşkilatçılığı ilə tələbələr üçün maraqlı və maarifləndirici intellektual yarış keçiriləcəkdir.

“Tarixin Everesti” adlı bu yarış iştirakçılara tarix sahəsində biliklərini sınamaq imkanı yaradacaq. Yarış ərzində iştirakçılar tarix fənni üzrə hazırlanmış sualları cavablandıraraq öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Tədbirin əsas məqsədi gənclərin tarixə marağını artırmaq, onların dünyagörüşünü genişləndirmək və sağlam rəqabət mühiti formalaşdırmaqdır. Yarışın sonunda fərqlənən komandalar mükafatlandırılacaqdır. 🏆

📅 Tarix: 09.04.2026
🕜 Saat: 13:30
📍 Məkan: ADPU II tədris binası
Qeydiyyat: +994-55-307-28-11 (Sevil xanım)

06/04/2026

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş fakültələrarası idman turniri start götürür!

Bu turnirin əsas məqsədi tələbələri sağlam həyat tərzinə təşviq etmək, idmana marağı artırmaq, eyni zamanda komanda ruhunu və birlik hissini gücləndirməkdir.

🔥 Turnir çərçivəsində yarışlar aşağıdakı idman növləri üzrə keçiriləcək:
⚽ Futbol (6+4)
🏀 Basketbol (5+4)
🏐 Voleybol (6+4)

👥 Yarışlar oğlanlar və qızlar kateqoriyası üzrə təşkil olunacaq və hər fakültə hər idman növü üzrə 1 komanda ilə təmsil olunacaqdır.

📊 Turnir mərhələli şəkildə keçiriləcək:
• Qeydiyyat
• Püşkatma
• 1/4 final
• Yarımfinal
• Final

🥇 Hər idman növü üzrə I, II və III yerlər müəyyən ediləcək, qaliblər medal və diplomlarla təltif olunacaq.
🏆 Ən çox medal qazanan fakültə isə “ADPU – 105 Yubiley Kuboku”nun qalibi olacaqdır.

Qeydiyyat üçün: +994-70-905-02-07 (Kənan bəy)

05/04/2026

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə tələbələr üçün “Hacı Zeynalabdin Tağıyev- Ev muzeyi” maarifləndirici ekskursiya baş tutacaq.

Ekskursiyanın əsas məqsədi Azərbaycan tarixində mühüm iz qoymuş böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin həyat yolu və fəaliyyət, zəngin irsi haqqında tələbələri məlumatlandırmaq, milli- mənəvi dəyərləri marağı artırmaqdır.

Qeyd edək ki, iştirakçı sayı məhduddur və yalnız 50 nəfər tələbə qəbul olunacaq.

Tarix: 8 aprel 2026-cı il
Saat: 13:30
Qeydiyyat üçün: +994 70 555 05 36 (Samir bəy)

Photos from ADPU THİK's post 31/03/2026

31 Mart 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin II saylı tədris binasında “31 Mart Azərbaycanlıların Soyqırımı” adlı seminar keçirilib.

Seminarda ADPU THİK sədri Cəmilə Qurbanova çıxış edərək bu hadisənin xalqımız üçün böyük bir faciə olduğunu bildirmiş və dünya ictimaətinə çatdırılmasında gənclərin rolunun danılmaz olduğunu qeyd etmişdir.
Daha sonra söz ADPU-nun tarix fakültəsinin gənc müəllimi Tərlan Ağayevə verilmişdir. Gənc müəllim bütün Azərbaycanın bu faciənin tarixini bilməli olduğunu, tarixi faktları və araşdırdığı mənbələri qeyd edərək soyqırım haqqında geniş çıxış edib. T.Ağayev bu cür tədbirlərin keçirilməsinin əsas məqsədinin tarixi yaddaşın qorunması, milli kimliyin möhkəmləndirilməsi və gələcək nəsillərin maarifləndirilməsi olduğunu vurğulayıb.

Seminarın yekununda tədbiri izləyən Doç. Dr. Sadık Çetin öz fikirlərini bölüşüb. Nitqində 1918-ci ilin mart hadisələrinin tarixi mahiyyəti, xalqımıza qarşı törədilən qırğınların səbəb və nəticələri haqqında məlumat vermiş və Türkiyə Azərbaycan dostluğuna diqqət çəkib. Zəfərlə taclandırılmış II Qarabağ müharibəsini anan müəllim bildirib ki, 21-ci əsrin ən böyük qələbəsi Qarabağ zəfəridir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Üzeyir Hacıbəyli Küçəsi 68, Bakı Azərbaycan
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00