34 Nömrəli Uşaq Musiqi Məktəbi.

34 Nömrəli Uşaq Musiqi Məktəbi. Bakı

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif ...
13/08/2026

Azərbaycan Respublikasi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin nəticələri ilə bağlı sənəd qəbulu müddəti uzadılıb.

Qəbul olunan namizədlər tələb olunan sənədləri 23 avqust 2026-cı il tarixinədək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.

2026/2027-ci tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub!Azərbaycan Respublikası...
28/07/2026

2026/2027-ci tədris ili üzrə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi nəticələri elan olunub!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə I sinif üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinin nəticələri açıqlanıb.
Namizədlər nəticələri qeydiyyatdan keçdikləri “MyCulture” vahid şəxsi kabineti və exam.culture.az portalı vasitəsilə əldə edə bilərlər.
Qəbul olunan namizədlər tələb olunan sənədləri 15 avqust 2026-cı il saat 18:00-dək “MyCulture” şəxsi kabinetində müvafiq bölməyə yükləməklə qəbullarını təsdiqləməlidirlər.
Yeni tədris ilində bütün şagird və müəllimlərimizə uğurlar arzulayırıq!


Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbininin şagirdləri Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən Ü...
13/07/2026

Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbininin şagirdləri
Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 103 illik yubileyinə həsr olunmuş Beynəlxalq incəsənət, musiqi, rəqs müsabiqəsində çıxış ediblər.

İncəsənət məktəb və mərkəzlərinə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinə başlanılıb6–20 iyul 2026-cı il...
06/07/2026

İncəsənət məktəb və mərkəzlərinə qəbul müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsinə başlanılıb

6–20 iyul 2026-cı il tarixlərində Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə 2026/2027-ci tədris ili üzrə şagird qəbulu müsabiqəsinin ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək.

Qəbul imtahanında iştirak edərək mümkün 100 baldan 50 və daha yuxarı bal toplamış namizədlər “My Culture” vahid şəxsi kabinet sistemi üzərindən qeydiyyatdan keçdikləri hesab vasitəsilə ixtisas və məktəb seçimi edə bilərlər. Hər bir namizədə 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçmək imkanı verilir.

Qeyd: xarici ölkə vətəndaşları müvafiq regional mədəniyyət idarəsinə yaxınlaşaraq məktəb və ixtisas seçimi edə biləcəklər.

Qəbul prosesi ödənişsiz təhsil üzrə aşağıdakı yaş hədləri çərçivəsində həyata keçirilir:
🔹 Musiqi alətləri ixtisasları üzrə:
• fortepiano, simli alətlər — 7 illik təhsil: 6–8 yaş
• fortepiano, simli, nəfəs, zərb və xalq çalğı alətləri — 5 illik təhsil: 9–12 yaş
🔹 Vokal, estrada oxuma, xanəndəlik və xor ixtisasları üzrə:
• vokal, estrada oxuma və xanəndəlik — 5 illik təhsil: 7–11 yaş
• xor ixtisası — 7 illik təhsil: 7–10 yaş
🔹 Təsviri sənət ixtisasları üzrə:
• rəssamlıq və heykəltəraşlıq — 4 illik təhsil: 8–12 yaş
🔹 Xoreoqrafiya ixtisası üzrə:
• 5 illik təhsil: 6–10 yaş

📌 Ödənişli əsaslarla təhsil üçün minimum yaş hədləri saxlanılmaqla maksimum yaş 40 olaraq müəyyən edilib.

Qeyd edək ki, qəbul prosesi müsabiqə prinsipi əsasında həyata keçirilir. Namizədlər topladıqları bala uyğun olaraq ixtisaslar üzrə reyting sırası ilə yerləşdirilir və müəyyən olunmuş plan yerləri çərçivəsində qəbul olunurlar. Hər bir ixtisas və məktəb üzrə plan yerə sonuncu qəbul olunan namizədin balı keçid balı hesab edilir.

Məktəb və ixtisas seçiminin nəticələri elan olunduqdan sonra namizəd, 18 yaşına çatmayan namizədlərin isə valideyni və ya qanuni nümayəndəsi aşağıdakı sənədləri sistemə yükləyir və sistem üzərindən təhsil alacağını təsdiqləyir:
🔹 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi — xarici ölkə vətəndaşları üçün;
🔹 sağlamlıq haqqında tibbi arayış

⁩ Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbində 2025/2026-cı tədris ilinin başa çatması  ilə əlaqədar Pedaqoji Şuranın i...
30/06/2026


Bakı şəhəri 34 nömrəli Uşaq Musiqi Məktəbində 2025/2026-cı tədris ilinin başa çatması ilə əlaqədar Pedaqoji Şuranın iclası keçirilib.
İclasda şöbə müdirləri hesabatlarla çıxış ediblər.

Bakı şəhər 34 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi Mədəniyyət İşciləri  Həmkarlar İttifaqı Bakı Şəhər Komitəsinə tə...
29/06/2026

Bakı şəhər 34 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi Mədəniyyət İşciləri Həmkarlar İttifaqı Bakı Şəhər Komitəsinə təşəkkürünü bildirir.

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü
25/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

15 İyun - Milli Qurtuluş Günüdür
14/06/2026

15 İyun - Milli Qurtuluş Günüdür

Address

Cavanşir Küçesi 6
Baku
[email protected]

Telephone

+994123715127

Website

Alerts

Be the first to know and let us send you an email when 34 Nömrəli Uşaq Musiqi Məktəbi. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 34 Nömrəli Uşaq Musiqi Məktəbi.:

Shortcuts

Share