ATU II MPF

ATU II MPF

Share

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin rəsmi səhifəsi

09/05/2026
Photos from ATU II MPF's post 08/05/2026

II Müalicə-profilaktika fakültəsinin III kurs 223A3a qrup tələbələri Məmmədli Lena Ceyhun qızı və Rəcəbov Salman Rizvan oğlu “Nefrolitiazın patogenezində Randall plaklarının rolu” adlı elmi tədqiqat işi ilə 2025/2026 tədris ili üzrə keçirilən fakültə TEC konfransında çıxış edərək I yerə layiq görülmüş və həmin tədqiqatla “Sağlamlıq və Texnologiyanın Zirvəsi” Beynəlxalq Elmi Konfransında Tələbə Panelinin - Fundamental Elmlər və Müasir Terapiya adlı I Sessiyasında uğurla çıxış edərək fərqlənmişlər.

Tələbələrimizi təbrik edir və gələcək fəaliyyətlərində də uğurlar arzu edirik.

06/05/2026

“Sağlamlıq və Texnologiyanın Zirvəsi” konfransı çərçivəsində Özbəkistandan ezam olunmuş hörmətli çıxışçılar – Rayimjanova Kamilla, Nizamitdinova Shakhzoda, Olimjanova Farahnoz, Bagirova Umida II Müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəylinin rəhbərliyi ilə təşkil olunan konfransöncəsi şam yeməyinə dəvət olunmuşlar.

Səmimi və yüksək səviyyədə təşkil edilmiş bu görüş, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, elmi fikir mübadiləsinin genişləndirilməsi və gələcək ortaq layihələrin müzakirəsi üçün mühüm platforma rolunu oynamışdır.

Qonaqlar universitetimizin akademik mühiti ilə yaxından tanış olmuş, qarşılıqlı təcrübə paylaşımı aparılmış və səhiyyə sahəsində innovativ yanaşmalar ətrafında məhsuldar fikir mübadiləsi həyata keçirilmişdir.

Bu cür görüşlərin beynəlxalq əlaqələrin inkişafına, eləcə də tibb elminin tərəqqisinə mühüm töhfə verdiyinə inanırıq.

19/01/2026

04/11/2025

Bu gün Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin dekanı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertiza və Patoloji anatomiya birliyində fəaliyyət göstərən həkim ekspert komissiyasında anesteziologiya və reanimatologiya üzrə ekspert həkimi, dosent İsrail Məhərrəmbəylinin ad günüdür. Bu münasibətlə cənab dekanımızı təbrik edir, ona cansağlığı və işlərində daimi müvəffəqiyyətlər arzu edirik!

13/09/2025
Photos from ATU II MPF's post 13/09/2025

Fakültəyə yeni qəbul olunan I kurslarla rəhbərlik arasında görüş keçirilib.

12 sentyabr tarixində 3 saylı tədris korpusunda, II Müalicə-profilaktika fakültəsinin rəhbərliyi tərəfindən 2025/2026-cı tədris ilində fakültənin I kursun qəbul olunan tələbələrlə görüş keçirilib.

Görüşdə II Müalicə-profilaktika fakültəsinin dekanı dosent İsrail Məhərrəmbəyli, fakültənin dekan müavini, dosent Sevinc Məhərrəmova, Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev, II Cərrahi xastəliklər kafedrasının professoru Xaləddin Musayev, ATU-nun İnnovasiya və keyfiyyətə nəzarət şöbəsinin müdiri dosent Aygün Babayeva, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri, professor Anar Abdullayev iştirak edərək, yeni qəbul olunan tələbələrə və onların valideynlərinə təbriklərini çatdırıb, onları bir sıra universitetdaxili qaydalar tanış edib və təhsil həyatlarında uğurlar arzu ediblər.

Həmçinin II Müalicə-profilaktika fakültəsinin tələbə dekanı Eldar Baxşəliyev və fakültənin fəal tələbələri tərəfindən yeni qəbul olunan tələbələrə universitetlə bağlı vacib məqamların qeyd olunduğu məlumat kitabçaları paylanmış, I kurs tələbələri
kampusdaxili tədris korpusları və auditoriyalarla hərtərəfli tanış edilmişdir.

12.09.2025

Photos from ATU II MPF's post 11/09/2025

Diqqət!

12 sentyabr saat 13:00-da 3 saylı tədris korpusunda, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının mühazirə zalında II Müalicə-profilaktika fakültəsinin rəhbərliyi tərəfindən 2025/2026-cı tədris ilində fakültənin I kursuna qəbul olunmuş tələbələrlə görüş keçiriləcək!

Hər birinizi səbirsizliklə gözləyirik!

29/06/2025

Bu gün Azərbaycan Tibb Universitetinin rektoru, tibb elmləri doktoru, əməkdar müəllim, professor Gəray Gəraybəylinin ad günüdür. Bu münasibətlə cənab rektorumuzu II Müalicə-profilaktika fakültəsi adından təbrik edir, ona cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq!

18/06/2025

II MPF dekanlığı adından Normal fiziologiya kafedrasının dosenti və fakültə elmi şurasının katibi Gülcamal xanım Həsənovaya həyat yoldaşının vəfatı ilə əlaqədar, dərin hüznlə başsağlığı verir, ailə üzvlərinə səbir diləyirik.

Allah rəhmət eləsin!

Photos from ATU II MPF's post 01/06/2025

21 may 2025 tarixində saat 12:00-da Tədris Cərrahiyyə Klinikasının akt zalında‎ “Beyin ölümünün müasir diaqnostikası və orqan transplantasiyasında əhəmiyyəti” seminarı keçirilmişdir.

II MPF dekanı dosent İsrail Məhərrəmbəylinin təşkilati dəstəyi ilə keçirilən bu seminarda Səhiyyə Nazirliyinin orqan donorluğu və transplantasiya üzrə koordinasiya mərkəzinin idarə heyətinin sədri, tibb üzrə fəlsəfə doktoru, həkim-reanimatoloq-anestezioloq Yeganə Abbasovanın və Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, tibb üzrə fəlsəfə doktoru, cərrah-transplantoloq Mircəlal Kazıminin məruzələri professor-müəllim heyəti və tələbələr tərəfindən dinlənilmişdir. Seminarın sonunda tələbələrə xatirə hədiyyələri təqdim edilmişdir.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Ənvər Qasımzadə, 14
Baku
AZ1022

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00