10/06/2026
Il Müalicə profilaktika fakültəsinin 6 kurs tələbələrinin 6-9 iyun tarixlərində keçirilən yekun qiymətləndirmə imtahanı
ATU-nun II Uşaq Xəstəlikləri Kafedrası. Kafedra müdiri Tibb elmləri doktoru Sultanova Nailə
10/06/2026
Il Müalicə profilaktika fakültəsinin 6 kurs tələbələrinin 6-9 iyun tarixlərində keçirilən yekun qiymətləndirmə imtahanı
10/06/2026
Kafedramızın dosenti Məleykə Kərimova 30-31 may tarixlərində İspaniyanın Madrid şəhərində keçirilmiş , xəstəliklərin ən müasir diaqnostikasına dair beynəlxalq forumda iştirak etmişdir.
18/05/2026
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Rezidentura va magistratura şöbasi, II Uşaq xəstəlikləri kafedrası və Tələbə Həmkarlar Ittifaqı Komitəsinin təşkilatçılığı ilə “İrsi metabolik xəstəliklər: erkən
diaqnostika, müasir yanaşmalar və profilaktik tədbirlər” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
Seminarda kafedra müdirimiz professor Naila Sultanova irsi metabolik xəstəliklər, o cümlədən daşıyıcı zülal va kofaktor defektləri, metabolik pozğunluqlar, toksik metabolitlərin toplanması və s. məsələləri haqqında ətraflı məlumat verib. Seminarda kafedramızın assistenti Qoşqar İsmayılov da yaxından iştirak edib.
14/05/2026
📍 05–10 may 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “ # # #. Ulusal Pediatrik Endokrinoloji və Diyabet Kongresi”ndə kafedramız uğurla təmsil olunmuşdur.
Konqres çərçivəsində əməkdaşlarımız dos., t.e.d. Gündüz Əhmədov tərəfindən 2 poster və 1 şifahi məruzə təqdim edilmiş, t.ü.f.d Günay Cəbrayılova isə iştirakçı qismində pediatrik endokrinologiya sahəsində aktual elmi və klinik mövzular üzrə beynəlxalq müzakirələrdə fəal iştirak edilmişdir.
Tədbir müddətində müxtəlif ölkələrdən olan mütəxəssislərlə elmi əməkdaşlıq imkanları müzakirə olunmuş, yeni əlaqələr qurulmuş və sahə üzrə müasir yanaşmalar mübadilə edilmişdir.
Kafedramızın beynəlxalq elmi platformalarda fəal iştirakı davam edir.
14/05/2026
Vatikanın “Bambino Gesu” pediatrik xestaxanasının nümayanda heyati Azerbaycan Tibb Universitetinin qonağı olub. Görüşdə kafedra müdiri proessor Nailə Sultanova, dosent Nurəngiz Hacıyev, assistent Afaq Axundova, dosent Sevinc Muxtarova, assistent Qoşqar İsmayılov iştirak etmişdir.
14/05/2026
Kafedramızın növbəti uğuru ..
Kafedra müdiri professor Nailə xanım Sultanovanın rəhbərliyi altında kafedra əməkdaşlarının iştirakı ilə Pediatriyada tibb bacılığı/qardaşlığı kitabı ışıq üzü görmüşdür.
09/05/2026
6-8 may tarixində Azərbaycan Tibb Universitetinin təşkil etdiyi 2026-cı il “Şəhərsalma və Memarlıq ili” SAĞLAMLIQ VƏ TEXNOLOGİYALARIN ZİRVƏSİ konfransında kafedramızın əməkdaşları mühazirəçi qismində iştirak etmişdir.
09/05/2026
6-8 may tarixində Azərbaycan Tibb Universitetinin təşkil etdiyi 2026-cı il “Şəhərsalma və Memarlıq ili” SAĞLAMLIQ VƏ TEXNOLOGİYALARIN ZİRVƏSİ konfransında kafedramızın əməkdaşları sədr və moderator kimi iştirak etmişdir.
29/04/2026
Bu gün II Usaq xəstəlikləri kafedrasında Pediatriya ixtisası üzrə Yekun atestasiyasının II mərhələsi keçirilmişdir.