13/06/2026
13.06.2026 tarixdə 309 nömrəli tam orta ümumtəhsil məktəbində "Son Zəng" tədbiri keçirildi.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Vətənin şəhid oğullarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ramiz Osmanov məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı.
Daha sonra tədbir məzunların hazırladığı maraqlı ədəbi - bədii kompozisiyaların nümayişi ilə davam etdi