25/08/2021
Erkən uşaqlıq dövrü inkişafı nə üçün
lazımdır?
Erkən uşaqlıq dövrü inkişafı (EUDİ) mayalanmadan
məktəbə qəbul yaşına qədər nitq, dil, motorika, sosial və
emosional inkişaf sahələrində vərdiş və bacarıqların əldə
olunmasından ibarət fasiləsiz prosesdir. Bu bacarıqların
hamısı bizim düşünməyimizə, problemləri həll etməyimizə,
ünsiyyət qurmağımıza, emosiyalarımızı ifadə etməyimizə
və əlaqələr qurmağımıza kömək edir. EUDİ, həmçinin, yaxşı
sağlamlıq, məhsuldar öyrənmə və rifahın təməli və gələcək
insan kapitalının formalaşması üçün əsas hesab edilir.
Həyatın ilk illəri uşağın gələcəyinə - beyninin inkişafına,
sağlamlığına, xoşbəxtliyinə, məktəbdə öyrənmək
qabiliyyətinə, rifahına və hətta yetkinlik dövründə əldə
edə biləcəyi gəlirin məbləğinə böyük təsir göstərir.
Həyatın bu formalaşma mərhələsində körpənin beyni
hər saniyə 1 milyondan artıq yeni əlaqə yaradır ki, bu
temp də daha heç bir vaxt təkrarlanmır.
Erkən anlar önəmlidir. Məhz buna görə də, düzgün
qidalanma, stimullaşdırma və qayğı körpənin həyatının
ilk 1000 günündə onun beyninin inkişafı üçün çox
vacibdir.
Erkən uşaqlıq dövrü inkişafına sərmayə qoyduqda,
uşaqlar, ailələr və ölkə aşağıdakılardan faydalanır:
Azyaşlı uşağın beyninin vaxtında inkişaf
etməsi
• 1 və 2 yaşlı uşaqlarda koqnitiv, nitq
və motorika bacarıqlarının daha yaxşı
inkişafı
• Sosial və emosional davranışın və rifahın
yaxşılaşması
• 3-5 yaşlı uşaqların məktəbə daha yaxşı
hazırlıqlı olması
• Məktəbdə daha yaxşı təlim nəticələr və
daha yüksək təhsil səviyyəsi
• Uşaqların təhlükəsiz və etibarlı mühitdə
yaşaması
• Səhiyyə, təhsil və sosial təminat
sistemlərinə düşən yükün azalması
• Gələcək işçi qüvvələrin keyfiyyət və
məhsuldarlığının artması
• Cinayətkarlıq səviyyəsinin və sosial
qeyri-stabilliyin aşağı düşəsi
• Nəsillərarası yoxsulluq sikllərinin
qırılması