26/04/2026
“Tehsil365” İnformasiya Agentliyi ən yaxşı aparıcı müxbirini seçdi.
“Tehsil365” İnformasiya Agentliyi peşəkarlıq, düzgün təqdimat və tamaşaçı ilə effektiv ünsiyyət meyarları əsasında ən yaxşı aparıcısını müəyyən edib. Seçilən aparıcı təqdimat bacarığı, operativlik və etibarlı informasiya çatdırılması ilə fərqlənib. Bu seçim media sahəsində keyfiyyətli jurnalistikanın təşviqi baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, seçilən aparıcı "Tehsil365" İnformasiya Agentliyinin icraçı direktoru Amidə Zeynalovadır.
Əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.
01/02/2026
"Tehsil365" İnformasiya Agentliyi gənclərin ictimai fəallığının artırılması və media mühitində könüllülük fəaliyyətinə cəlb olunması məqsədilə yeni layihəyə start verir.
Belə ki, 16 yanvar 2026-cı il tarixində Tehsil365 İnformasiya Agentliyinin 4-cü Könüllülük Proqramı rəsmi olaraq başlayır. Proqram çərçivəsində könüllülər media sahəsi ilə tanış olacaq, komanda işi, sosial fəaliyyət və informasiya mübadiləsi proseslərində iştirak edəcəklər.
Könüllülük proqramı əsasən tələbələr və ictimai fəaliyyətə maraq göstərən gənclər üçün nəzərdə tutulub. Layihənin məqsədi gənclərin aktivliyini artırmaq, media mühitinə maraq oyatmaq və onları ictimai təşəbbüslərə cəlb etməkdir.
Qeyd edək ki, proqram könüllülük xarakteri daşıyır və iştirak üçün əvvəlcədən xüsusi bilik və ya iş təcrübəsi tələb olunmur.
Əlaqə nömrələri:
📞 077 333 78 98
📞 051 578 26 95
Xüsusi Qeyd:
Könüllülük proqramının ilk 3 günü tanışlıq və öyrədici mərhələ kimi nəzərdə tutulub. Bu müddət ərzində iştirakçılara jurnalistikaya dair əsas biliklər, xəbər yazılışı, özəl xəbərlərin hazırlanması, media etikası və praktiki iş prinsipləri öyrədiləcək. İlkin mərhələdən sonra könüllülərin fəaliyyətə uyğunluğu qiymətləndiriləcək. Əgər könüllü davam etmək istəməzsə, öz xoş istəyi ilə proqramdan ayrıla bilər. Lakin proqramda qalmağa qərar verib sonradan səbəbsiz şəkildə yarımçıq çıxan iştirakçılar üçün maddi öhdəlik nəzərdə tutulur.
27/01/2026
🇦🇿 Şəhidin səsi – yaddaşlarda yaşayan ömür 🇦🇿
Şəhidlərimizin xatirəsini yaşatmaq, onların səsini gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Bu məqsədlə həyata keçirilən “Şəhidin səsi” proqramı şəhidimizin səsini yaşatmaq istəyən hər kəs üçün bir fürsətdir.
📌 Proqrama çəkiliş üçün müraciət edə bilərsiniz.
📞 Bizimlə əlaqə:
051 578 26 95
077 333 78 98
▶️ YouTube kanalımız: Tehsil365
🕊️ Şəhidlər ölməz, Vətən bölünməz!
27/01/2026
“Tehsil365” İnformasiya Agentliyinə yeni icraçı direktor təyin olunub
"Tehsil365" İnformasiya Agentliyinin icraçı direktor vəzifəsinə yeni təyinat həyata keçirilib.
“Tehsil365" xəbər verir ki, bu vəzifəyə Amidə Zeynalova təyin edilib.
Qeyd edək ki, Amidə Zeynalova bundan əvvəl "Tehsil365" İnformasiya Agentliyinin “Könüllü müxbir” layihəsində könüllü müxbir kimi fəaliyyət göstərmiş, öz işini peşəkarlıqla yerinə yetirmiş və fəaliyyətinə görə diplomla təltif olunmuşdur.
Onun peşəkarlığı və media sahəsində qazandığı təcrübənin “Tehsil365”in fəaliyyətinə əlavə dəyər qatacağına əminik.
Amidə Zeynalovaya yeni vəzifəsində uğurlar arzu edirik!
26/01/2026
“Tehsil365” İnformasiya Agentliyində vəzifə dəyişikliyi olub
"Tehsil365" İnformasiya Agentliyinin icraçı direktor vəzifəsində dəyişiklik olub.
"Tehsil365" xəbər verir ki, Rəşanə Quliyeva öz istəyi ilə icraçı direktor vəzifəsindən azad edilib.
Qeyd edək ki, Rəşanə Quliyeva bu vəzifəyə 17 Oktyabr 2025-ci il tarixində təyin edilib. O bundan əvvəl Xeberlenti.az, Biznesxeber.az, Newsbaku.az, Tiha.az və Zengezur TV kimi media qurumlarında çalışaraq geniş təcrübə qazanmışdır. Onun peşəkarlığı və göstərdiyi xidmətlər üçün təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzu edirik.
19/01/2026
Bu gün Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş Qara Yanvar faciəsindən 36 il keçir. Həmin tarix Azərbaycan xalqının yaddaşına Ümumxalq Hüzn Günü kimi həkk olunub.
16/01/2026
"Tehsil365" İnformasiya Agentliyi gənclərin ictimai fəallığının artırılması və media mühitində könüllülük fəaliyyətinə cəlb olunması məqsədilə yeni layihəyə start verir.
Belə ki, 16 yanvar 2026-cı il tarixində Tehsil365 İnformasiya Agentliyinin 4-cü Könüllülük Proqramı rəsmi olaraq başlayır. Proqram çərçivəsində könüllülər media sahəsi ilə tanış olacaq, komanda işi, sosial fəaliyyət və informasiya mübadiləsi proseslərində iştirak edəcəklər.
Könüllülük proqramı əsasən tələbələr və ictimai fəaliyyətə maraq göstərən gənclər üçün nəzərdə tutulub. Layihənin məqsədi gənclərin aktivliyini artırmaq, media mühitinə maraq oyatmaq və onları ictimai təşəbbüslərə cəlb etməkdir.
Qeyd edək ki, proqram könüllülük xarakteri daşıyır və iştirak üçün əvvəlcədən xüsusi bilik və ya iş təcrübəsi tələb olunmur.
Əlaqə nömrələri:
📞 070 887 12 40