29/07/2023
🔎Kinoteatrlarda xarici filmlərin təqdim edilməsi zamanı mübahisəli mövzulardan biri də dil normativlərinə əməl olunmaması ilə bağlıdır.
📍Bəs bu məsələnin hər hansı hüquqi tənzimlənməsi mövcuddurmu?
09/05/2023
İkinci Dünya Müharibəsi tarixdə hər mənada silinməz iz qoysa da, müharibənin gedişində törədilən hərbi cinayətlərə görə alman nasist liderlər məsuliyyətə cəlb olunarkən Nürnberq məhkəmə prosesləri ilə beynəlxalq cinayət hüququnun ilk təməlləri qoyulur. Qeyd edək ki, Birinci Dünya Müharibəsi zamanı Almaniya ordusunun heç bir komandanı və zabiti cinayət məsuliyyətinə cəlb edilməmişdi.
Müharibədə qalib gələn dövlətlər 1945-ci ilin yayında keçirilən London Konfransında Beynəlxalq Hərbi Tribunalın yaradılması barədə razılığa gəldilər. 29 avqust 1945-ci il tarixində əsas hərbi cinayətkarların siyahısı dərc edildi və bu siyahıda 24 nəfərin adı var idi.
Nürnberq proseslərində mühakimə olunan alman liderləri və generalları üç cinayətlə ittiham olunurdular: I) Sülh əleyhinə cinayətlər; II) Müharibə cinayətləri; III) İnsanlıq əleyhinə cinayətlər.
Bu səbəbdən Nürnberq məhkəmə prosesləri beynəlxalq cinayət hüququnun ilkin əsası hesab olunur. Məhkəmə prosesləri nəticəsində ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu.
30/04/2023
2017-ci ildən bəri Azərbaycanda keçirilən Formula-1 avtomobil yarışı hər il olduğu kimi, bu il də Bakının mərkəzi küçələrində təşkil olunur. Bu dolama yollar hər nə qədər yarış üçün ideal görünsə də, şəhər sakinləri üçün bu vəziyyət heç də ürək açan deyil. Ötən illərin təcrübəsinə əsaslanaraq demək olar ki, yarış üçün mərkəzi küçələrə gedən yolların bağlanması sakinlərin günlük gediş-gəlişinə kifayət qədər maneçilik törədir. Yarışa hazırlıq məqsədilə bir-iki ay ərzində gediş-gəliş yollarının bağlanması isə arzuolunmaz vəziyyətə - saatlarla bitməyən tıxaclara səbəb olur.
Formula 1 üzrə Qrand Prinin Azərbaycanda təşkil olunması ölkənin dünyada tanınması və turizm sahəsini inkişaf etdirmək məqsədi daşısa da, insanların hərəkət azadlığını məhdudlaşdıran, eyni zamanda gündəlik gediş-gəlişi iflic vəziyyətə qoyan belə bir yarışın keçirilməsi qanunvericiliklə hansı dərəcədə tənzimlənir?
İlk olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndinə görə “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.”
Hazırki məsələ isə daha spesifik olduğundan sualımıza cavab tapmaq üçün yalnız Konstitusiyaya deyil, bu sahədə qəbul olunmuş digər qanunvericilik aktlarına da nəzər yetirmək lazımdır.
Belə ki, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsində qeyd olunur: “Avtomobil yollarında idman yarışları (qaçış, avto-velo və digər yarışlar) yol təsərrüfatı orqanlarının razılığı ilə verilən icazə əsasında təşkil olunur və xüsusi qaydalara müvafiq aparılır. Bu tədbirlərin keçirilməsi mümkün dolama yolların köməyi ilə yol şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin etməklə həll edilməlidir.”
Eyni zamanda “Yol hərəkəti haqqında” Qanunun 11-ci maddəsinin 5.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmadan avtomobil yollarında və nəzarət edilən zonalarda yarışların, məşqlərin və digər idman tədbirlərinin keçirilməsi (krosslar, avtomotoyarışlar, digər kütləvi tədbirlər) qadağan edilmişdir.
Həmin Qanunun 12-ci maddəsinin tələblərinə görə yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi zəruri olarsa, müvafiq orqanlar tərəfindən yol hərəkətinin məhdudlaşdırılmasının və ya qadağan edilməsinin yeri, səbəbi, vaxtı və şərtləri və digər zəruri məlumatlar göstərilməklə qərar qəbul edilməli və dolayı yol ilə yol hərəkətinin təşkil edilməsinə dair tədbirlər həyata keçirilməlidir.
Aydındır ki, qanunverici avtoyarışlar keçirildiyi təqdirdə yolların müvəqqəti məhdudlaşdırılmasına yol verir. Lakin belə bir vəziyyətin sakinlərin gündəlik vəziyyətini ağırlaşdırmaması üçün eyni zamanda alternativ yolların köməyi ilə yol şəbəkəsinin fasiləsiz fəaliyyətinin təmin olunmasını aidiyyatı dövlət qurumları qarşısında tələb kimi qoyur.
Qanunvericilikdə belə bir tələbin olmasına baxmayaraq, günümüzdə yol şəbəkəsinin fasiləsiz fəaliyyəti hansı səviyyədə təmin olunur?
29/04/2023
Artıq dünən Formula 1 üzrə sayca 7-ci Azərbaycan Qrand Prisi start götürmüşdür. Son illər ərzində daima gərgin mübarizəyə şahid olan Azərbaycan Qrand Prisinin bu ilki qalib pilotunun kim olacağı böyük maraq doğurur: son dünya çempionu Maks Verstappenmi, Azərbaycan Qrand Prisini sevən Serxio Perezmi, Formula 1-i bir dövrlər şəxsi sürüş pistinə çevirmiş Louis Hamiltonmu, yoxsa başqa birimi?
Xüsusən də son Azərbaycan Qrand Prisinin qalibi olan Maks Verstappenin öz titulunu qoruya biləcəyi maraqlı məqamlardan biridir. Bütün bu məqamlarla yanaşı Formula 1-in ən uğurlu pilotlarından biri olan Maks Verstappen Azərbaycan Qrand Prisinin başlamasından təxminən 2 ay öncə “hüquqi yarışda” da özünü sınamışdır.
Belə ki, Reb Bull’un məşhur pilotu 2021-ci ilin dekabrında Benelüks Əqli Mülkiyyət Ofisinə geyim növləri üzrə “MAX 1” əmtəə nişanının qeydiyyatı üçün müraciət etmişdir. Bundan sonra 2022-ci ilin fevralında dünyaca məşhur NIKE şirkəti tərəfindən bu qeydiyyat müraciətinə etiraz edilmişdir. Etiraza əsasən “MAX 1” əmtəə nişanı NIKE şirkəti tərəfindən qeydiyyata alınmış və məşhur idman ayaqqabısı (sneakers) üçün istifadə olunan “AIR MAX” əmtəə nişanı ilə oxşarlıq təşkil edir və əvvəlkinin qeydiyyatı istehlakçıların yanılmasına səbəb olacaqdır.
Bununla bağlı, 2023-cü ilin 27 Fevralında NIKE şirkətinin etirazı qəbul edilmiş və “MAX 1” əmtəə nişanının qeydiyyatı imtina edilmişdir. Qərara əsasən:
1) “MAX 1” və “AIR MAX’ əmtəə nişanları üzrə həm vizual, həm də səslənmə olaraq əsas vurğu “MAX” elementi üzərindədir. “MAX 1” əmtəə nişanı üzrə “1” elementi isə “MAX” elementinin sadəcə təyinedicisi rolunu oynayaraq fərqləndirici xüsusiyyətə malik deyildir;
2) Bununla yanaşı, “MAX 1” və “AIR MAX” əmtəə nişanlarının istifadə ediləcəyi məhsullar arasında da oxşarlıq mövcuddur;
Beləliklə, Maks Verstappen əmtəə nişanı üzrə “hüquqi yarışda” uğuzsuzluqla üzləşmişdir. “Hüquqi yarışda” uğursuzluğa baxmayaraq Maks ardıcıl olaraq Bəhreyn və Avstraliya Qrand Prilərində podiumun ən üst pilləsinə çıxaraq Formula 1-də öz sözünü deməyə davam edir. Görək, Red Bull’un son dünya çempionu olan pilotu üçün növbəti məkan Azərbaycan Qrand Prisimi olacaq yoxsa yox?
23/04/2023
📌Çarlz Dikenzin 19-cu əsrdə çap edilmiş “İki şəhərin hekayəsi” (“A Tale of Two Cities”) əsərində bir-birindən fərqli həyatın hökm sürdüyü London və Paris şəhərləri təsvir edilmişdir. Bu günkü bloq yazımızın “qəhrəmanları” olacaq şəxslər də tamamilə fərqli xüsusiyyətlərə malik iki ölkəni, iki regionu və iki şəhəri təmsil edirlər. Onları əhatə edən mühitlərin fərqli olmasına baxmayaraq hər ikisini birləşdirən bir məqam vardır: beynəlxalq cinayətlərin törədilməsi üzrə ittiham olunmaları. Həmin şəxslər Sudanın vaxtı ilə prezidenti olmuş Əl-Bəşir və Rusiya Federasiyasının hazırkı prezidenti Vladimir Putindir. Məhz, hər iki şəxs barəsində Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən beynəlxalq cinayətlərin törədilməsi üzrə həbs qərarı verilmişdir.
🏛️Son aylar Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyəti ilə bağlı sual doğuran məsələlərdən biri məhz həbs qərarının icra edilməsi ilə bağlıdır. Xüsusilə, BCM tərəfindən son dövrlər prezidentlərə qarşı verilmiş həbs qərarlarının icrası mübahisəli məsələlərə səbəb olmuşdur. Bu mənada Vladimir Putinə qarşı verilmiş həbs qərarının icrası zamanı ona məxsus olan immunitetin tətbiqinin necə həyata keçiriləcəkdir?
🔖Qeyd etmək istəyirik ki, ilk bloq yazısında Vladimir Putinlə bağlı verilmiş həbs qərarının yurisdiksiya məsələsi araşdırılmış idi. Hazırki bloq yazısında isə bu həbs qərarının icrası məsələsi Əl-Bəşir məhkəmə işinin fonunda analiz ediləcəkdir.
✍️Aşağıdakı linkə keçid edərək bloq yazısının tam mətni ilə tanış ola bilərsiniz:
https://fortiuslaw.blogspot.com/2023/04/blog-post.html
17/04/2023
Nizamnamə kapitalı - şirkəti müəyyən bir məqsədlə yaradan şəxslərin bu məqsədlərə cavab vermək üçün öz aktivlərini birləşdirdikləri kapital məbləğidir. Şirkətin yaradılması yolunda onun təsisçilərinin qarşısında duran vəzifələrdən biri də nizamnamə kapitalının formalaşdırılmasıdır.
İlk baxışda nizamnamə kapitalı hüquqi şəxsin maliyyə vəziyyəti barədə fikir formalaşdırmağa imkan verən ən vacib göstərici və kreditorların maraqlarının qarantiyası kimi çıxış edir. Bəs hüquqi və praktiki vəziyyətdə bu doğrudan da belədir mi?
📌 Nizamnamə kapitalı üçün qanunvericilikdə minimum məbləğ müəyyən edilməmişdir.
Mülki Məcəllənin 103.2-ci maddəsinə əsasən nizamnamə kapitalı müvafiq icra hakimiyyəti orqanı və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilmiş miqdardan az ola bilməz. İlk baxışda burada hər hansı ziddiyyətli məqam görünməsə də, bu normanın qüvvəyə minməsindən illər keçməsinə baxmayaraq minimal məbləğ hələ də müəyyən edilməmişdir.
Bu da onu deməyə əsas verir ki, təsisçilər istəsələr, nizamnamə kapitalını 10 manat belə müəyyənləşdirə bilərlər. Bəs real iqtisadi vəziyyətdə 10 manat nə dərəcə kreditorların mənafeyinə təminat verə bilər? Təbii ki, belə olan halda hər hansı maddi təminatdan söhbət gedə bilməz.
📌 Nizamnamə kapitalı sabit deyil və daim dövriyyədədir.
Nizamnamə kapitalından hüquqi şəxsin digər ehtiyaclarının (icarə haqqı; işçilərin əmək haqqı; təmir xərcləri və s.) qarşılanması üçün də istifadə oluna bilər və buna hər hansı qadağa mövcud deyildir. Bu halda kreditor tələbinin təminatından söhbət açsaq, nizamnamə kapitalı məfhumunun bu problemin həllində «aciz qaldığını» görərik. «Kreditor tələblərinin təminatı» ifadəsi iddialı səslənir, lakin bu iddianın arxasında, təəssüf ki, bir boşluq dayana bilər.
📌Kapital azaldılarsa, kreditorun dərhal öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ var.
Mülki Məcəllənin 105.2-ci maddəsinə əsasən nizamnamə kapitalının azaldılması halı olduqda kreditorların bu məlumatı aldıqdan sonrakı 30 təqvim günü ərzində hüquqi şəxsin öhdəliklərinin vaxtından əvvəl icrasını və ya onlara xitam verilməsini tələb edə bilərlər.
Bəs əgər nizamnamə kapitalında əsaslı dəyişiklik olmamışsa bu, kreditora borcunu vaxtından əvvəl tələb etməyə əsas verirmi?
Məsələn nizamnamə kapitalı 110.000 manat olan hüquqi şəxs nizamnamə kapitalını 100.000 manata endirməyə qərar veribsə nəyə görə bu qərar şirkətin kreditorlarına öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ verməlidir?
Əgər hüquqi şəxsin nizamnamə kapitalının azaldılması onun öhdəliklərini zamanında və tam olaraq yerinə yetirməsinə maneə olmursa, hazırkı iqtisadi vəziyyətdə kreditorun yuxarıda qeyd olunmuş hüququndan istifadə etməsi nə dərəcədə məqsədəuyğundur? Bu, bazarın məhdudlaşdırılmasına və azad sahibkarlığa maneə olur.
🔎Belə olan halda qanunvericiliyimizdə nəzərdə tutulan aidiyyəti normalara əsasən nizamnamə kapitalını həqiqətən “iqtisadi sabitlik göstəricisi” adlandıra bilərikmi? Bu maddələr nizamnamə kapitalının öz məqsədinə xidmət etməsini nə dərəcədə təmin edir?
💡Bu barədə fikirlərinizi bölüşməyiniz bizim üçün maraqlı olar.
03/04/2023
📌 seriyasının ilk bloq yazısı.
Aşağıdakı linkə keçid edərək bloq yazısının tam mətni ilə tanış ola bilərsiniz:
https://fortiuslaw.blogspot.com/2023/04/sousenkdn-qacs-filmi-biz-huquqi.html
01/04/2023
Bildiyimiz kimi hər il aprel ayının 1-i Avropa və bir çox Asiya ölkələrində Gülüş Günü kimi keçirilir. Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətlərində qeyd olunduğu hamımız tərəfindən bilinən bir faktdır. Bəs bu gün verilən qeyri-ciddi vədlər tərəfin iradə ifadəsi kimi sayılmalıdır mı? Və yaxud hər hansı hüquqi nəticələrə səbəb olmalıdır mı?
2001-ci ildə Jodee Berry tərəfindən Gulf Coast Wings Inc. şirkətinə qarşı başladılmış “Toyota yoxsa Toy Yoda” adlı məhkəmə işi 1 aprel zarafatlarının hansı hüquqi nəticələrə səbəb ola biləcəyinin maraqlı nümunəsidir.
2001-ci ildə Jodee Berry məşhur restoran şəbəkəsi olan Hooters’da çalışırdı. Həmin ilin aprel ayında restoran şəbəkəsinin meneceri bütün işçilərə satış müsabiqəsinin keçirilməsi barədə məlumat vermişdir. Müsabiqəsinin şərtlərinə əsasən aprel ayı ərzində ən çox pivə satışı edən işçi qalib olaraq yeni Toyota markalı avtomobil ilə mükafatlandırılacaqdı. Bir ay boyunca davam edən müsabiqədə restoranın işçisi Jodee Berry qalib olmuşdur.
Mükafatın təqdim edilmə mərasimində Berry’nin gözləri bağlanılmış və restoranın avtodayanacağına aparılmışdır. Gözlərini açdığında gördüyü vəziyyət Berry üçün həqiqətən də təəccüblü idi. Belə ki, müsabiqənin qalibi kimi ona verilən hədiyyə Toyota markalı avtomobil deyil, Star Wars’ın sevilən qəhrəmanlarından biri olan Yoda oyuncağı idi (ingiliscə Toy Yoda).
Ətrafdakı insanlar gülsələr də, Berry bu “zarafatı” heç də yaxşı qarşılamamışdı. Bu hadisə ilə bağlı menecer Berry’ə bildirmişdir ki, Toyota avtomobilinin mükafat olaraq verilməsi sadəcə 1 aprel zarafatı idi və söz oyunu edərək ona müsabiqənin qalibi olduğuna görə hədiyyə kimi Toy Yoda (Yoda oyuncağı) təqdim edilmişdir.
Bu hadisədən sonra Berry restorandakı işinə xitam verərək restoran şəbəkəsinə qarşı məhkəmə prosesi başlatmışdır. Berry’nin müraciətinə əsasən onun restoran şəbəkəsi ilə arasında müqavilə mövcud olmuş və restoranın meneceri müqavilənin pozulması və aldatma ilə bağlı məsuliyyət daşıyır.
Menecer sadəcə zarafat etdiyini bildirsə də, məhkəmə prosesinin daha da uzanmaması üçün Berry’nin lehinə tərəflər arasında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin məzmunu açıqlanmasa da, Berry’nin vəkilinin sözlərinə görə ona xeyli miqdarda kompensasiya ödənilmiş və həmin kompensasiya nəticəsində istənilən Toyota markalı avtomobili almaq mümkündür.
Gördüyünüz kimi zarafatların edilməsi bəzən üzdə gülüş yaratmaq əvəzinə, hüquqi nəticələrə də səbəb olur, hətta məhkəmə prosesinin başladılmasına gətirib çıxarır. Ümid edirik, bu 1 Aprel zamanı üzünüzdə gülüş, zarafatlarınızda da hüquqi uyğunluq əskik olmaz.
Ümid edirik, 1 Aprel zamanı üzünüzdə gülüş, zarafatlarınızda da hüquqi uyğunluq əskik olmaz.
29/03/2023
Frans Kafkanın 1914-1915-ci illərdə yazdığı və ölümündən sonra nəşr olunmuş "Məhkəmə" romanında uzaq və əlçatmaz hakimiyyət tərəfindən mühakimə olunan Jozef K-nın hekayəsindən bəhs edilir. Yaxın günlərdə də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Federativ Respublikasının Prezidenti Vladimir Putinin Ukraynada törətdiyi müharibə cinayətlərinə görə onun həbs edilməsi barədə qərar qəbul etmişdir. Bu hadisədən sonra dünya ictimaiyyəti qarşısında bir sıra maraqlı suallar yaranmışdır: “Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putini mühakimə edə bilər mi?”, “Məhkəmənin bu iş üzrə yurisdiksiyası mövcuddurmu?”, “Qərar hansı ölkə(lər) tərəfindən və hansı formada icra ediləcək?”, “Qərarın icrası Rusiya üçün məcburidirmi?
Aşağıdakı linkə keçid edərək bloq yazısının ilk hissəsinin tam mətni ilə tanış ola bilərsiniz:
https://fortiuslaw.blogspot.com/2023/03/blog-post.html
12/03/2023
Hüquqi şəxslərin idarəetmə orqanlarında təmsil olunan şəxslərə münasibətdə fidusiar vəzifələrin müəyyən olunmasına dair müddəalar korporativ idarəetmə normaları arasında mühüm əhəmiyyətə malikdir. Mülki Məcəlləyə yaxın keçmişdə əlavə edilmiş həmin normalara nəzər saldıqda görürük ki, fidusiar vəzifələr vicdanlılıq (duty of good faith), qayğı (duty of care) və sadiqlik (duty of loyalty) vəzifələrini ehtiva edir və bu vəzifələr hüquqi şəxs və onun iştirakçıları qarşısında yaranır.
Bu məqamda qanunvericilik “hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqları” dedikdə bir ümumiləşdirmə aparır. Aşağıdakı bloq yazısında ətraflı şəkildə izah ediləcəyi kimi bu iki subyektin maraqları heç də həmişə üst-üstə düşmür. Bu ümumiləşdirmə isə nəinki hüquqi şəxsin adından qərar qəbul etməkdə ixtiyar sahibi olan şəxslərdə, eyni zamanda fidusiar vəzifələrə əməl edilib-edilmədiyini yoxlamaqda məhkəmələr üçün də çaşqınlıq yaradır. Bununla əlaqədar olaraq hazırkı bloq yazısı fidusiar vəzifələrin hüquqi şəxs, yoxsa onun iştirakçıları qarşısında yaranması məsələsini hüququn iqtisadi analizi baxımından araşdıracaqdır.
Məqalənin tam mətni ilə tanış olmaq üçün keçid:
https://fortiuslaw.blogspot.com/2023/03/should-corporate-fiduciary-duties-be.html
31/12/2022
Hər kəsi yeni il münasibəti ilə təbrik edirik!
05/12/2022
Növbəti bloq yazımızda hələ də aramızda olan Rembrandtla bu suallara cavab tapmağa çalışmışıq. Linkə keçid edərək bloq yazısı ilə tanış ola bilərsiniz:
https://fortiuslaw.blogspot.com/2022/12/blog-post.html