28/05/2026
Bakı şəhəri 1 nömrəli idman liseyi
okul
28/05/2026
🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
28 May Müstəqillik Günüdür!
19/05/2026
Gigiyena və sağlam həyat mövzusunda maarifləndirici dərs keçirilmişdir
Liseydə şagirdlərin sağlam həyat tərzinin formalaşdırılması və şəxsi gigiyena qaydalarına düzgün əməl etmələrinin təşviqi məqsədilə “Gigiyena anlayışı” mövzusunda maarifləndirici dərs təşkil olunmuşdur. Dərs zamanı şagirdlərə gigiyenanının insan sağlamlığının qorunmasındakı rolu, şəxsi təmizlik qaydaları, sağlam həyat tərzinin əhəmiyyəti və müxtəlif xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilmişdir.
Təqdimat əsasında keçirilən dərsdə şagirdlər gigiyenik qaydalara riayət etməyin sağlam və təhlükəsiz həyat üçün vacib olduğunu öyrənmiş, mövzu ilə bağlı fikir mübadiləsi aparmışlar. Bu cür maarifləndirici tədbirlərin keçirilməsi şagirdlərin sağlamlıq mədəniyyətinin inkişafına mühüm töhfə verir.
19/05/2026
Şagirdimizin növbəti uğuru!
Liseyimizin şagirdi Fəridə Dəmirova ingilis dili sahəsində qazandığı yüksək nailiyyətə görə təltif olunmuşdur. Şagirdimiz VIII English Language Olympiad for Academic Purposes olimpiadasında göstərdiyi yüksək nəticəyə əsasən “Certificate of Award for Outstanding Performance” sertifikatına layiq görülmüşdür.
Bu uğur əzm, bilik və zəhmətin gözəl nümunəsidir. Fəridəni ürəkdən təbrik edir, gələcək təhsil həyatında daha böyük nailiyyətlər arzulayırıq! 👏📚✨
16/05/2026
16/05/2026
📢 Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumat
🗓️ Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 17–19 və 23–25 iyun 2026-cı il tarixlərində təşkil olunacaq. Test imtahanının vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib.
ℹ️ Təhsilverənlər portal.edu.az platformasında qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.
🎥 Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üzrə hazırlanmış təlimat videosunu aşağıdakı keçid vasitəsilə izləmək mümkündür:
https://youtu.be/lpLKFasQtm4
Qeyd edək ki, cari ildə təşkil olunacaq təhsilverənlərin sertifikatlaşdırılması prosesində təsviri incəsənət, musiqi, texnologiya, tarix, fiziki tərbiyə fənlərini tədris edən təhsilverənlər, eyni zamanda fizika, kimya, biologiya, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.
Sertifikatlaşdırma prosesində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayırıq!
Liseyin xor qrupunun ifasında səsləndirilən “Heydərbabanın nəvələriyik” mahnısı böyük maraqla qarşılanmışdır. Şagirdlərin ifasında təqdim olunan musiqi nömrəsi vətənpərvərlik ruhu, milli dəyərlərə bağlılıq və Ulu Öndər Heydər Əliyevə olan sonsuz ehtiram hisslərini əks etdirmişdir. Xor qrupunun ahəngdar çıxışını təqdim edirik.
Musiqi müəllimi -Arzu Aslanova
09/05/2026
Liseydə ümumilli lider Heydər Əliyevin anadan olmasının103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə müəllim və şagirdlər ümummilli liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etmişlər.
Şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilmiş, mahnılar ifa olunmuş və ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir. Xor qrupunun ifasında səslənən musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirin məqsədi şagirdlərdə vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması və Heydər Əliyevin dövlətçilik ideyalarının gənc nəslə çatdırılması olmuşdur
08/05/2026
Liseyimizdə Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirilmişdir. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və Ulu Öndərin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələrin daha yaxından tanıdılması olmuşdur.
Videorolikin nümayişi zamanı şagirdlərə Heydər Əliyevin ölkəmizin inkişafı, təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirdiyi mühüm xidmətlər haqqında ətraflı məlumat verilmişdir. Şagirdlər videoroliki böyük maraqla izləmiş, dahi şəxsiyyətin həyat yolu və siyasi fəaliyyəti barədə geniş bilik əldə etmişlər.
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Address
Nizami Rayon, Məshəti 133
Baku
Opening Hours
| Monday | 10:00 - 17:00 |
| Tuesday | 10:00 - 17:00 |
| Wednesday | 10:00 - 17:00 |
| Thursday | 10:00 - 17:00 |
| Friday | 10:00 - 17:00 |