09/08/2022
İnsanların 18-ci əsrdə belə təkamül prosesi barədə fikirləşib, fərziyyələr irəli sürürdülər. Təkamül prosesi olub, ya yox? Olubsa, bu proses necə gedib? Hazırda bir çox fərziyyələr mövcud olsa da, bu dəfə biz Lamark barədə danışacağıq.
Onun fərziyyəsinin üstünlükləri:
- O qeyd etmişdi ki, canlı orqanizmlər dəyişilməyən vəziyyətdə yaranmayıblar, onlar zamanla dəyişilib.
- Orqanizmlərin dəyişilməyi ətraf aləmin təsiri altında baş verir.
Lakin, hər bir insan kimi Lamark da bəzən səhvlərə yol verirdi. Məhz buna görə də səhv məqamlara nəzər yetirək:
- Dəyişikliklər orqanları məşq etdirməklə baş verir. Məsələn, zürafənin uzun boynu var, çünki o və əcdadları onu daim yuxarı çəkirdilər.
Təlim vasitəsilə hamımız çevik bədənə və ya ağırlıqları qaldırmaq üçün nəhəng əzələlərə malik olan super qəhrəmanlara çevrilsək, çox yaxşı olardı.
- Həyat boyu əldə edilən xüsusiyyətlər irsi xarakter daşıyır.
İndi isə məlumdur ki, həyat boyu əldə edilən əlamətlər genetik materiala təsir etmir, ona görə də ötürülə bilməz. Bilik kimidir. Əgər kəşfinizi yazmağı və ya başqasına ötürməyi unutmusunuzsa, ətrafınızdakılar bundan heç vaxt xəbər tutmayacaq.
- Mükəmməllik sevdası orqanizmləri daha da mürəkkəbləşdirən qüvvədir.
Lakin, bu istək genetik materialı dəyişdirməyə kömək edə bilməz.
__________________________
Kimya- Biologiya Aygünün dili ilə
🟢Əlaqə: 050 683 32 45
🟢Ünvan: S. Bəhlulzadə 70 (Dünya məktəbinin yanı)