06/11/2022
Bu gün təhsil sistemi müasir zamanla ayaqlaşır və ənənəvi təhsil sistemi daha müasir bir anlayışa çevrilir. 🛎 Təhsil anlayışında məktəb şagirdlərə tək informasiya verən yer olmamalıdır, çünki informasiya indi hər yerdədir.🌍 Təhsil sistemi şagirdə fərqli öyrənmə metodları, dünyagörüş, rəngarəng düşünmə, təhlil, analiz və araşdırma bacarıqları qazandırmalıdır. Bunun üçün şagird təkcə məktəbdə deyil, hər yerdə öyrənməyə həvəsli olmalı, müəllim isə tək dərs deyən deyil, yaradıcı müəllim, ustad təlimçi olmalıdır. Bəzən cəmiyyətin düşüncələri şagirdlərin nailiyyətlərini, həvəslərini məhv edə bilər. Ona görə də təhsil məktəbdən çıxarılmalı və bütün cəmiyyətə yayılmalıdır. 🔊
Ənənəvi təhsil sistemi zamanı şagirdlər dərsdə əldə etdikləri yeni informasiyanı müəllimin verdiyi məlumatlarla kifayətlənir və bununla məhdudlaşırdılar. Müasir təhsil anlayışında isə şagirdin necə öyrənməsi, problemin öhdəsindən necə gəlməsi, şagirdin öyrənmədə necə fəal olacağı kimi daha daimi öyrənmə ön planda olur. Müasir dərs sistemində söhbət nəyi öyrətməkdən deyil, necə öyrətməkdən gedir. 📖
Hər bir şagirdin öyrənmə metodu olduğu kimi, hər bir müəllimin də doğru öyrətmə metodu olmalı, şagirdi həvəsləndirməyin yollarını bilməlidir.
Dəyərli müəllimlər və müəllim olmaq istəyən hər kəs, “Teacher Club” platformasında keçirilən təlimlərdə iştirak etməklə yaradıcılığınızı inkişaf etdirərək, uşaq psixologiyasını kəşf edərək, yeni öyrətmə metodikaları öyrənək sağlam gələcək üçün savadlı şagirdlər yetişdirə bilərsiniz. 🥰
Daha ətraflı məlumat üçün bizə yazın və ya zəng edin. 📲
📞Əlaqə: 055 446 08 04