Khoyski Mediation Moot

Khoyski Mediation Moot

Share

Xoyski Mediasiya Müsabiqəsi görkəmli hüquqşünas Fətəli xan Xoyskinin xatirəsinə həsr olunmuşdur.

Müsabiqə ölkəmizdə mediasiya sahəsində həyata keçirilən yeganə müsabiqədir.

26/03/2025

27 oktyabr 2024-cü il tarixində "Landmark Hotel Baku"-da baş tutmuş 2024 Xoyski Mediasiya Müsabiqəsinin Final raundunun videosu Youtube səhifəmizə yerləşdirilmişdir.

Müvafiq videonu izləmək üçün keçid: https://youtu.be/TGiMWPJNkvc

Xoyski Mediasiya Müsabiqəsi ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün səhifəni izləməyə davam edin!

10/12/2024

Mediasiyada tərəflər arasında çoxsaylı sessiyalar keçirildikdə mediatorun topladığı məlumatları dəqiqləşdirilməsi zərurəti yarana bilər. Belə ki, sessiyalarda tərəflərin yanlış məlumat verməsi və ya mediatorun müəyyən faktları səhv anlaması ehtimalları mövcuddur. Belə hallarda mediator tərəflərlə yenidən əlaqə saxlayaraq məlumatları dəqiqləşdirməlidir.

Mediator tərəflərlə yenidən danışıqlar apardıqda qarşı tərəfin qəsdən yanlış məlumat verdiyi ehtimalını düşünməməli və ittihamedici üslubdan çəkinməlidir. Bunun əksinə, o, neytral və peşəkar üslubla qarşı tərəfi informasiyanı daha dəqiq və ətraflı şəkildə çatdırmağa təşviq etməlidir. Beləliklə, proses daha səmərəli keçir və barışığın əldə edilmə şansı artır.

Mənbə: Christopher W. Moore, The Mediation Process, 186 (4th ed. 2014).

26/11/2024

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa aid növbəti postumuzu sizlərlə paylaşırıq!

Budəfəki postumuz mülki və kommersiya mübahisələri üzrə mediasiyanın mümkünlüyündən bəhs edən 25.1-ci maddəyə həsr olunur.

19/11/2024

Mübahisələrin alternativ həlli üsullarının hər birində olduğu kimi mediasiyada da mənfi nəticələrin meydana gəlməsinə şərait yarada biləcək xüsusiyyətlər var:

- Mediasiyanın rəsmi prosessual qaydalara və sübutlarla bağlı standartlara əsaslanmaması onu qeyri-sabit və çətin proqnozlaşdırılan bir prosesə çevirə bilər.

- Mediasiyanın konfidensial xarakter daşıması barışıq sazişindən şikayət verilməsini və işə yenidən baxılmasını qeyri-mümkün edir.

- Barışıq sazişi əldə olunmadıqda tərəflərin digər mübahisələrin həlli mexanizmlərinə müraciəti əlavə xərclərin yaranmasına səbəb olur.

Mənbə: Zeynep Derya Tarman, Mediation as an Option for International Commercial Disputes, 48 Annales De La Faculté De Droit d’Istanbul 229, 235-236 (2016).

12/11/2024

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa aid növbəti postumuzu sizlərlə paylaşırıq!

Budəfəki postumuz Mediasiya Şurası tərəfindən mediatorun müəyyən edilməsindən bəhs edən 28.4-cü maddəyə həsr olunur.

05/11/2024

"Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa aid növbəti postumuzu sizlərlə paylaşırıq!

Budəfəki postumuz tərəflərdən birinin barışıq sazişinin könüllü icrasından imtina etməsindən bəhs edən 34.3-cü maddəyə həsr olunur.

Photos from Khoyski Mediation Moot's post 29/10/2024

27 oktyabr 2024-cü il tarixində 2024 Xoyski Mediasiya Müsabiqəsinin Final mərhələsi baş tutmuşdur!

Finalda Təşəbbüskar "Məhəmməd Əmin Rəsulzadə" və Cavabverən "Əlimərdan bəy Topçubaşov" komandaları iştirak etmişdirlər. Mediatorların qiymətləndirməsi nəticəsində Təşəbbüskar "Məhəmməd Əmin Rəsulzadə" komandası Müsabiqənin qalibi olmuşdur.

Final sessiyasından sonra "Ən Yaxşı Təşəbbüskar Planı", həmçinin "Ən Yaxşı Cavabverən Planı" nominasiyaları üzrə "Məhəmməd Əmin Rəsulzadə" komandası qalib olmuşdur. Bununla yanaşı, "Ən Yaxşı Natiq" nominasiyası üzrə qalib "Əlimərdan bəy Topçubaşov" komandasının üzvü Xanım Hüseynquliyeva seçilmişdir.

Müsabiqənin təşkilinə göstərdikləri dəstəyə görə partnyorlarımız – SME Hüquq şirkətinə, Azem & Partners şirkətinə, Hüquq Məhəlləsi, 10 saylı Mediasiya Təşkilatı, 15 saylı Mediasiya Təşkilatı və 18 saylı Mediasiya Təşkilatına, həmçinin sessiyalarda iştirak edən bütün mediatorlara öz təşəkkürümüzü bildirir və qalib komandanı təbrik edirik!

23/10/2024

2024 Xoyski Mediasiya Müsabiqəsinin Final Raundu 27 oktyabr tarixində "Landmark Hotel Baku"-da baş tutacaqdır.

Müsabiqənin Final mərhələsində Təşəbbüskar "Məhəmməd Əmin Rəsulzadə" və Cavabverən "Əlimərdan bəy Topçubaşov" komandaları iştirak edəcəkdir.

Final mərhələsinə keçən komandalara uğurlar arzulayır, digər komandalara isə göstərdikləri mübarizə üçün təşəkkür edirik!

Qeyd edək ki, Final mərhələsində izləyici kimi iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSf2Vme-Q4c4E-rHu6BMWXvs6JYdesinDP2464-MHG_WntJ74A/viewform?usp=sharing

23/10/2024

18 saylı Mediasiya Təşkilatı (Bakı 18 saylı Mediasiya Təşkilatı) 2024 Xoyski Mediasiya Müsabiqəsinin partnyorudur!

18 saylı Mediasiya Təşkilatı mülki mübahisələrin həllində şəxslərə peşəkar mediasiya xidməti göstərir. Təşkilat mübahisələrdə könüllülük, qərəzsizlik, müstəqillik və konfidensiallıq prinsiplərini rəhbər tutaraq mübahisələrin səmərəli həllinə çalışır.

Partnyorumuza ölkəmizdə mediasiya ənənələrinin formalaşmasında göstərdiyi təşkilati dəstəyə və istedadlı yeni nəsil hüquqşünasların yetişməsinə verdiyi töhfəyə görə təşəkkür edirik!

Daha ətraflı məlumatı partnyorumuzun sosial media hesabından əldə edə bilərsiniz: https://www.instagram.com/18saylimediasiya/profilecard/?igsh=MWk4YmJhZ3V5MWR4Nw==

22/10/2024

“Azem & Partners” MMC 2024 Xoyski Mediasiya Müsabiqəsinin partnyorudur!

2007-ci ildə təsis edilmiş Şirkət hüquqi konsaltinq və vergi konsaltinqi xidmətləri göstərir. Şirkət həm də əmək, müqavilə, əqli mülkiyyət və dəniz hüququ kimi sahələrdə ixtisaslaşmışdır.

Partnyorumuza ölkəmizdə mediasiya ənənələrinin formalaşmasında göstərdiyi təşkilati dəstəyə və istedadlı yeni nəsil hüquqşünasların yetişməsinə verdiyi töhfəyə görə təşəkkür edirik!

Daha ətraflı məlumatı partnyorumuzun internet səhifəsindən əldə edə bilərsiniz: https://www.azem.az/

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Academic Zahid Khalilov Streer 23
Baku
AZ1148