17/11/2025
Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür
Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.
Həmin vaxt SSRİ rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan "Azadlıq"da (keçmiş Lenin meydanı - red.) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından "sovet" və "sosialist" sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi.
Bununla ümummilli lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb.
Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu, Milli Dirçəliş Günü 1992-ci il noyabrın 17-də elan olundu.
12/11/2025
Noyabrın 12-si Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür
Ölkə Konstitusiyası 30 il əvvəl, 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.
Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi.
Azərbaycan dövlətinin ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-in 1978-ci il aprelin 21-də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da, müəyyən özünəməxsusluğa malik idi.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.
1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilib.
08/11/2025
Bu gün Şuşanın işğaldan azad olunmasından beş il ötür
Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.
Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb.
Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən "İsgəndər" ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub.
2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.
Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.
08/11/2025
Azərbaycanın Qarabağda qazandığı Böyük Qələbənin beşinci ildönümü - Zəfər Günü qeyd olunur
Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli bəyanat imzalanıb. Ermənistan həmin gün kapitulyasiya aktına imza atıb. Bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub.
Noyabrın 8-də Şuşanın işğaldan azad olunması ilə Ermənistan ordusu diz çökdüyünün fərqinə vardı və işğalçı ölkənin hərbi-siyasi rəhbərliyi İkinci Qarabağ müharibəsində üzləşdikləri məğlubiyyətlə barışmalı oldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında hər gün yeni-yeni kənd və şəhərləri işğaldan azad edən Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında duruş gətirə bilməyən Ermənistan noyabrın 10-da kapitulyasiya aktına imza atmalı oldu.
03/11/2025
Bu gün jurnalistikanın ən böyük problemi nədir?
Fikirlərinizi bizimlə şərhdə bölüşün!
31/10/2025
Jurnalist olmaq üçün ən vacib xüsusiyyət nədir?
Fikirlərinizi bizimlə şərhdə bölüşün!
30/10/2025
Baku TV Rəqəmsal Media Məktəbində azərbaycan qrupunda "Diksiya" təlimləri davam edir. Bu gün böyük söz ustası Bəxtiyar Vahabzadənin "Axı dünya fırlanır" şeirini oxuduq. Tələbələrimizin hər biri təlimcimiz, Baku tv-nin rəsmi səsi Gyull Nar Muradova nın tövsiyyələrinə əsasən şeiri özünəməxsus formada, fərqli şəkildə oxudular. Gülnar xanımın qiraətində isə şeir bir başqa rəngə, təsir gucünə malik idi...Uğurlar dostlar, təşəkkürlər Baku TV!
29/10/2025
Baku.tv Rəqəmsal Media Məktəbində "PR və kommunikasiya" təlimlərinə böyük önəm veririk. Bu gün jurnalist həmkarlarımızın bir çoxu dövrümüzdə gərəkli sayılan həmin sahədə çalışmaq üçün iş təklifləri alırlar. Biz də tələbələrimizi sabahın PR mütəxəssisləri kimi də yetişdirməyə çalışırıq. Təlimçimiz, Baku TV-nin "İctimaiyyətlə əlaqələr və kommunikasiya" şöbəsinin baş mütəxəssisi Səfurə Rəhimova bu sahədə təcrübəsini tələbələrimizlə bölüşür. Təşəkkürlər Baku TV!
27/10/2025
BakuTV Rəqəmsal Media Məktəbi 9-cu qrupunun rus bölümündə "Aparıcılıq sənəti' təlimlərini kanalımızın xəbər spikeri Səbinə Qafarova tədris edir. Tələbələrimiz və onlarin sevimli təlimçisi Səbinə xanım. Yalnız yüksək nəticələrə köklənmişik. Uğurlar dostlar! Təşəkkürlər Baku TV!
21/10/2025
Baku.tv Rəqəmsal Media Məktəbi nin 9-cu qrupunda tələbələrimizə "Ünsiyyət növləri və üsulları. Emosional intellekt" adlı təlim də tədris olunur. Təlimi peşəkar psixoloq və jurnalist Zarina İsmayılova təqdim edir. Gənc jurnalistlərə müxtəlif situasiyalarda vəziyyətə nəzarət, ozünə inam, işgüzar mədəniyyət kimi mühüm dəyərlər aşılamağa çalışırıq. Jurnalistin psixoloji durumu və ətrafına münasibəti daim stabil olmalıdır. Bu peşə sahiblərindən hər zaman stresə davamlı olmağı tələb edir. Təlim zamanı xüsusi hazırlanmış psixoloji testlər və oyunlardan da istifadə edirik. Uğurlar Zarina xanım. Təşəkkürlər Baku TV!