İctimai Fənlər Kafedrası

İctimai Fənlər Kafedrası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from İctimai Fənlər Kafedrası, Education Website, Baku.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azər...
22/07/2026

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən “Yüksəliş” müsabiqəsinin VI mövsümünün qalibləri müəyyənləşib.
Kafedramızın baş müəllimi Tili Rəhimova ekspert seçimlərində uğur qazanaraq müsabiqənin yarımfinal və final mərhələsində qiymətləndirmə eksperti olaraq öz töhfəsini vermişdir.
Kafedranın dəyərli müəlliməsi Tili xanımı təbrik edirik, uğur hər zaman yol yoldaşı olsun ✍️🇦🇿

ATMU-nun professoru, Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olunub.Təbrik edirik!✍️🇦🇿
14/07/2026

ATMU-nun professoru, Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olunub.
Təbrik edirik!✍️🇦🇿

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olunub. Uşaqlar üçün hazırlanmış “ Atillanın yeni sərgüzəştləri” kitabında Atilla Paşa oğlu Zülfüqarlının ağıllı və məntiqli söhbətləri toplanıb.

12/07/2026

ATMU-nun bir qrup məzun və tələbəsi Sağandakı Əqli və Fiziki Qüsurlu Uşaqlar Evini ziyarət edib. Gənclər yay günündə uşaqlara dondurma paylayaraq onlarla birlikdə əyləncəli vaxt keçiriblər. Uşaqların üzündəki təbəssüm gənclər üçün ən böyük mükafat olub. ✍️🇦🇿

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup məzun və tələbəsi Sağanda yerləşən Əqli və Fiziki ...
12/07/2026

Bu gün Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) bir qrup məzun və tələbəsi Sağanda yerləşən Əqli və Fiziki Qüsurlu Uşaqlar Evini ziyarət etdi.Ziyarətin əsas məqsədi isti yay günlərində uşaqlara mövsümə uyğun olaraq dondurmalar paylamaq, onlara sevinc bəxş etmək və birlikdə xoş, əyləncəli vaxt keçirmək idi. Uşaqların üzündəki hər bir təbəssüm bizim üçün ən böyük mükafat oldu. ✍️🇦🇿

Universitetimizin humanitar sahədə qazandığı uğurların davamı olaraq, MD 1801 qrupunun istedadlı məzunu Aynur Ədilin tan...
10/07/2026

Universitetimizin humanitar sahədə qazandığı uğurların davamı olaraq, MD 1801 qrupunun istedadlı məzunu Aynur Ədilin tanınmış gürcü ifaçısı Dato Kençiaşvili ilə apardığı səmimi müsahibə ölkə mətbuatında geniş əks-səda doğurub. Məzunumuzun mədəniyyət və sənət platformasında atdığı bu uğurlu addımı yüksək qiymətləndirir, ona gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.✍️🇦🇿

10.07.26 - "Azərbaycanda hər zaman böyük, səmimi sevgi görmüşəm" - Dato Kençiaşvili...

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professor-müəllim heyəti və kollektivi universitetimizin Dosenti İ...
08/07/2026

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professor-müəllim heyəti və kollektivi universitetimizin Dosenti İbrahim Əliyevə, qardaşı Kamal Zülfüqar oğlu Əliyevin 6 iyul 2026-cı il tarixində vaxtsız vəfatı ilə əlaqədar dərindən hüzünlə başsağlığı verir.
​Kollektivimiz adından mərhumun ailə üzvlərinə, yaxınlarına və doğmalarına səbr və dözüm diləyir, kədərlərini ürəkdən bölüşürük.
​Allah rəhmət eləsin!

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ATMAM 24 və MM 24 qruplarının magistratura pilləsi üzrə təhsil ala...
28/06/2026

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ATMAM 24 və MM 24 qruplarının magistratura pilləsi üzrə təhsil alan tələbələri dissertasiya müdafiələrini uğurla başa vuraraq məzun adını qazandılar!
​Elmi fəaliyyətlərini uğurlu sonluqla məzun olan hər bir magistrimizi ürəkdən təbrik edir, onlara gələcək peşəkar karyeralarında yeni-yewi zirvələr fəth etməyi arzulayırıq! Yolunuz açıq olsun! ✍️🇦🇿

ATMU nun professoru Məhərrəm Zülfüqarlının Bakı Xəbərə verdiyi müsahibəsini təqdim edirik ✍️
26/06/2026

ATMU nun professoru Məhərrəm Zülfüqarlının Bakı Xəbərə verdiyi müsahibəsini təqdim edirik ✍️

Kitab və məqalələrin əksəriyyətində yazılmayanlar süni intelekdə

Bu gün Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 26 İyun – Azərbaycan Silahlı Qüvvələri ...
26/06/2026

Bu gün Ukrayna Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi tərəfindən 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü və Ukrayna Konstitusiyası Gününə həsr olunmuş rəsmi tədbir keçirilmişdir.
​Tədbir çərçivəsində Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Yuriy Hüsev (Yuriy Husyev) tərəfindən xeyriyyəçilik və könüllülük fəaliyyətlərinə görə kafedrasının baş müəllimi, Tofiq İmanov xüsusi Təşəkkür Sertifikatı ("Certificate of Appreciation") ilə təltif edilmişdir.
​Universitetimizin kollektivi adından baş müəllimi Tofiq İmanovu bu ali diqqət və uğur münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni-yuni nailiyyətlər arzulayırıq! ✍️🇦🇿

Universitetimizin MD 22 qrupunun tələbələri təhsil illərini uğurla başa vuraraq məzun adını qazandılar. Tələbəlikdən peş...
20/06/2026

Universitetimizin MD 22 qrupunun tələbələri təhsil illərini uğurla başa vuraraq məzun adını qazandılar. Tələbəlikdən peşəkar həyata addım atan gənclərimizi ürəkdən təbrik edir, onlara gələcək karyeralarında və planlarında sonsuz uğurlar arzulayırıq!
​Yolunuz açıq olsun, əziz Məzunlar! ✍️🇦🇿

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when İctimai Fənlər Kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to İctimai Fənlər Kafedrası:

Shortcuts

Share