Azərbaycan Dövlət İqtisad Universitetinin Debat klubu

Azərbaycan Dövlət İqtisad Universitetinin Debat klubu Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubu 2005-ci ildə Tələbə Gənclər Təşkilat?

Debat - insanların danışıq qabiliyyətlərini inkişaf etdirməyə, auditoriya qarşısında sərbəst çıxış edə bilməyə yardım edən, özünə əminlik yaradan, insanları inandırma qabiliyyətini inkişaf etdirməyə imkan verən oyundur.

🗣️İqtisad yenə zirvədə!Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Metakronomika” adlı açıq debat tur...
02/09/2026

🗣️İqtisad yenə zirvədə!

Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə keçirilən “Metakronomika” adlı açıq debat turnirində klubumuzun komandaları hər iki bölmə üzrə iştirak etmişdir.

Azərbaycan bölməsi üzrə klubumuzun üzvlərinin yer aldığı “Var?” (Əli Nəbiyev, Raul Rəhimov, Firuzə Teymurova) miks komandası final mərhələsinə yüksələrək turnirin çempionu olmuşdur! 🏆

Rus bölməsi üzrə isə final mərhələsində klubumuzu təmsil edən “Мы ваш номер 1” (Əli Qulizadə, Aytən Həsənova, Məleykə Əliquliyeva) və “Без названия” (İslam Ağayev, Cavid Yusufov, Amina Bəxtiyarova) komandaları qarşı-qarşıya gəlmişdir. Final oyununun nəticəsinə əsasən, “Без названия” komandası turnirin çempionu olmuşdur! 🏆

Beləliklə, klubumuz “Metakronomika” turnirində hər iki bölmə üzrə çempionluq əldə etmişdir! 💙

Turnirdə fərqlənən ən yaxşı natiqlərimizi təqdim edirik:

Azərbaycan bölməsi üzrə:
🥉Firuzə Teymurova, Raul Rəhimov
8. İbrahim Ağazadə

Rus bölməsi üzrə:
🥈 2. Elmira Kazımova
🥉 3. Nurlana Məcidova
4. Hüseyn Alparslan
5. Cahid Abbasov
8. Əli Quluzadə
9. Məleykə Əliquliyeva
10. Aydın Sultanlı

Turnirdə klubumuzu təmsil edən bütün komandalarımıza və spikerlərimizə təşəkkür edir, göstərdikləri uğurlu nəticələr münasibətilə hər birini təbrik edirik! 💙

İqtisad “All in One” turnirində! 💙4-5 iyul tarixlərində “All in One” adlı turnir keçirilib. Turnirdə komandalarımız hər ...
10/08/2026

İqtisad “All in One” turnirində! 💙

4-5 iyul tarixlərində “All in One” adlı turnir keçirilib. Turnirdə komandalarımız hər iki bölmə üzrə klubumuzu təmsil edib.

Turnirin rus bölməsi üzrə final mərhələsində klubumuzu təmsil edən “Дабл таппим без БМ-а” (Firuddin Rzayev, Ağa Rəfi Zeynalzadə, Kənan Baxşəliyev) və “ГАЗ” (Cahid Abbasov, Elina Belaya, Xədicə Novruzova) komandaları qarşı-qarşıya gəlmişdir. Final oyununun nəticəsinə əsasən, “Дабл таппим без БМ-а” komandası turnirin çempionu olmuşdur! 🏆

Turnirdə fərqlənən ən yaxşı natiqlərimizi təqdim edirik:

Azərbaycan bölməsi üzrə:
🥉 3. Firuzə Teymurova
7. Raul Rəhimov
8. İbrahim Ağazadə
9. Nihad Rəhimli

Rus bölməsi üzrə:
🥈 2. Ayxan Əhmədzadə, Hüseyn Alparslan
4. Nihad Cavadlı
6. Cahid Abbasov
9. Xədicə Novruzova
11. Elina Belaya
13. Kənan Baxşəliyev, Atilla Rüstəm

Eyni zamanda Kənan Tağıyev azərbaycan bölməsi, Aylin Abbasova isə rus bölməsi üzrə ən yaxşı hakim seçilmiş, Ülvi Rəhimli isə turnirin ən yaxşı klub nümayəndəsi adına layiq görülmüşdür.

_________________________________

İqtisad на турнире «All in One»! 💙

4-5 июля состоялся открытый турнир «All in One». На турнире наш клуб представляли команды в обоих секторах.

В финале русского сектора встретились команды «Дабл таппим без БМ-а» (Фируддин Рзаев, Ага Ряфи Зейналзаде, Кянан Бахшалиев) и «ГАЗ» (Джахид Аббасов, Элина Белая, Хадиджа Новрузова). По итогам финальной игры команда «Дабл таппим без БМ-а» стала чемпионом турнира! 🏆

Представляем лучших спикеров нашего клуба по итогам турнира:

Азербайджанский сектор:
🥉 3. Фируза Теймурова
7. Рауль Рагимов
8. Ибрагим Агазаде
9. Нихад Рагимли

Русский сектор:
🥈 2. Айхан Ахмедзаде, Гусейн Алпарслан
4. Нихад Джавадлы
6. Джахид Аббасов
9. Хадиджа Новрузова
11. Элина Белая
13. Кянан Бахшалиев, Атилла Рустам

Также Кянан Тагиев был признан лучшим судьёй азербайджанского сектора, Айлин Аббасова лучшим судьёй русского сектора, а Ульви Рагимли удостоился звания лучшего представителя клуба на турнире.

Bu günə qədər klubumuzun inkişafına verdiyiniz töhfələr, göstərdiyiniz fədakarlıq və sərf etdiyiniz zəhmət bizim üçün ço...
02/08/2026

Bu günə qədər klubumuzun inkişafına verdiyiniz töhfələr, göstərdiyiniz fədakarlıq və sərf etdiyiniz zəhmət bizim üçün çox dəyərlidir. Hər birinizə bu yolda bizimlə birlikdə olduğunuz üçün sonsuz təşəkkür edirik.

Qarşıdakı həyat yolunuzda sizə uğurlar, yeni nailiyyətlər və xoş xatirələrlə dolu bir gələcək arzulayırıq. Yolunuz hər zaman işıqlı və açıq olsun, əziz məzunlar! 💙

30/07/2026
Klubumuzun dəyərli məzun debatçısı Elnur Əiyevi “Yüksəliş” müsabiqəsinin qalibi seçilməsi münasibəti ilə ürəkdən təbrik ...
25/07/2026

Klubumuzun dəyərli məzun debatçısı Elnur Əiyevi “Yüksəliş” müsabiqəsinin qalibi seçilməsi münasibəti ilə ürəkdən təbrik edir, gələcək həyat və fəaliyyətində ona uğurlar arzu edirik!

🏆 “AQEM ölkələrinin gənclər arasında nitq və debat” turniri keçirilib.🎙️ Turnirin final mərhələsində “Ca-CICA” (Mukhamme...
10/07/2026

🏆 “AQEM ölkələrinin gənclər arasında nitq və debat” turniri keçirilib.

🎙️ Turnirin final mərhələsində “Ca-CICA” (Mukhammedali Meiramuly (Qazaxıstan), Azizbek Toirov (Özbəkistan), Cavidan Muradov (Azərbaycan)) və “Rupee-Manat” (UNEC Debat Klubunun debatçısı Nihad Cavadlı (Azərbaycan), Akila Chamodya Mallikarachchige Don (Şri-Lanka), UNEC Debat Klubunun debatçısı Hüseyn Alparslan (Azərbaycan)) komandaları üz-üzə gəlib. Hakimlər heyətinin yekun qərarına əsasən 🥇 “Rupee-Manat” komandası turnirin qalibi adına layiq görülüb.

🇦🇿 Qeyd edək ki, komandanın Azərbaycanı təmsil edən üzvləri, UNEC Debat Klubunun debatçıları Nihad Cavadlı və Hüseyn Alparslan, ölkəmizi beynəlxalq debat platformasında uğurla təmsil edərək bu mötəbər turnirdə qələbə qazanıblar.

Bu uğur münasibətilə onlarla qürur duyur, gələcək fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayırıq! 💙

5–7 iyun tarixlərində mədəniyyətinin və maliyyə savadlılığının təşviqi məqsədilə ali təhsil müəssisələrinin tələbələri a...
12/06/2026

5–7 iyun tarixlərində mədəniyyətinin və maliyyə savadlılığının təşviqi məqsədilə ali təhsil müəssisələrinin tələbələri arasında debat turniri keçirilmişdir.

Turnirdə Azərbaycan Dövlət İqtisad Universiteti Debat Klubu da iştirak edərək Azərbaycan və rus bölmələri üzrə çempionluq əldə etmiş, ingilis bölməsi üzrə isə final mərhələsinə qədər yüksələrək uğurlu nəticə göstərmişdir.

Azərbaycan bölməsi üzrə çempion komandamız:
Gradius (Raul Rəhimov, Yusif Əliyev)

Rus bölməsi üzrə çempion komandamız:
Светлая сторона луны (Ülvi Rəhimli, Nihad Cavadlı)

İngilis bölməsi üzrə finalist komandamız:
The Dark Side of the Moon (Hüseyn Alparslan, Aylin Abbasova)

Azərbaycan bölməsi üzrə ən yaxşı natiqlərimiz:
4. Raul Rəhimov
8. Yusif Əliyev

Rus bölməsi üzrə ən yaxşı natiqlərimiz:
2. Nihad Cavadlı
4. Ülvi Rəhimli

İngilis bölməsi üzrə ən yaxşı natiqimiz:

1. Hüseyn Alparslan

İqtisad növbəti səfər çempiondur! 🦾23-24 may tarixlərində Milli Aviasiya Akademiyasının Debat Klubunun 10 illik yubileyi...
09/06/2026

İqtisad növbəti səfər çempiondur! 🦾

23-24 may tarixlərində Milli Aviasiya Akademiyasının Debat Klubunun 10 illik yubileyi münasibətilə Parlament Debatı formatında keçirilən “Onun Gücü” adlı açıq debat turniri keçirilmişdir.

Turnir zamanı bütün komandalarımız qrup mərhələsindən uğurla keçmiş, 3 komandamız yarı-final mərhələsinə qədər irəliləmiş, “Qollara-Qanad” (Uğur Nabatzadə, Məhəmməd Hüseynli) adlı komandamız final mərhələsində iştirak hüququq qazanmışdır. Final oyunu nəticəsində turnirin çempionu “Qollara-Qanad” sayəsində yenidən İqtisad Debat Klubu olmuşdur! 🏆

Turnirdə fərqlənən ən yaxşı natiqlərimiz:
1. Raul Rəhimov 🥇
2. ⁠Uğur Nabatzadə🥈
3. ⁠Əli Rəhimov🥉
5. Rəcəbəli Əbdüləziz
6. ⁠Yusif Əliyev
7. ⁠Məhəmməd Hüseynli
10. İbrahim Fərzullayev

Başda Milli Aviasiya Akademiyasının Debat Klubu olmaqla turnirdə zəhməti keçən hər kəsə təşəkkür edir, bütün debatçılarımıza uğurlar arzu edirik! 💙

16-17 may tarixlərində NAYORA və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəşdaşlığı ilə “Şəhərsalma və Memarl...
26/05/2026

16-17 may tarixlərində NAYORA və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin tərəşdaşlığı ilə “Şəhərsalma və Memarlıq İli”ndə Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində (AUC2026) Parlament Debatı formatında keçirilən “Gələcəyin Şəhərləri” adlı debat turniri baş tutmuşdur.

Turnir zamanı Azərbaycan bölməsi üzrə final mərhələsində “Rəcəbəli və İlahə” (Rəcəbəli Əbdüləziz, Püstə Sadıqova) və “Xətdə qal” (Zeynəb Mirzəyeva, Nərminə Ağayeva) komandaları iştirak etmişdir. Nəticədə “Rəcəbəli və İlahə”komandası qalib olmuşdur.

Rus bölməsi üzrə isə final mərhələsində “Молния Маккуин” (Əli Qulizadə, Atilla Rüstəm) və “Завтра подумаем” (Əminə Bəxtiyarova, Günay Quliyeva) komandaları iştirak etmiş, nəticədə “Молния Маккуин” komandası qalib olmuşdur.

Azərbaycan bölməsi üzrə ən yaxşı natiqlər:
1. Raul Rəhimov
2. Uğur Nabatzadə
3. Rəcəbəli Əbdüləziz
4. Nuray Şahmirzəyeva
5. Gülnar Çinkil
6. Xanım Səfərli
7. Püstə Sadıqova
8. Nərminə Ağayeva
9. Zeynəb Mirzəyeva
10. Əli Rəhimov

Rus bölməsi üzrə ən yaxşı natiqlər:
1. Ülvi Rəhimli
2. Hüseyn Alparslan
3. Nihad Cavadlı
4. Rəşid Həmidov
5. Elmira Kazımova
6. Əli Qulizadə
7. Əminə Bəxtiyarova
8. Esmira Vəzirova və Günay Quliyeva
9. Aytən Həsənova, Elina Belaya və Cavid Yusufov
10. Əsmər Sadıqlı, Aylin Abbasova və Məleykə Əliquliyeva


Address

İstiqlaliyyət Küçəsi 6
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Dövlət İqtisad Universitetinin Debat klubu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share