Zengi liseyi

Zengi liseyi Zəngi liseyi

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır!📅 20 avqust 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tə...
17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır!

📅 20 avqust 2026-cı il, saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək.

🔹 Elektron yerdəyişmə prosesi 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

📚 Zəngi Liseyi olaraq şagird və valideynlərə elektron yerdəyişmə prosesində uğurlar arzulayırıq!

17/08/2026

Bakı şəhərində uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında MMA və qrapplinq idman növləri üzrə III "LEGİON DÖYÜŞ Çempionatı – LFC" turniri keçirilmişdir.

Turnirdə Zəngi liseyinin şagirdi İsmayılzadə İsmayıl I yerə 🥇 çıxmışdır.

İdmançılar müxtəlif çəki dərəcələrində yüksək əzmkarlıq nümayiş etdirərək uğurlu nəticələr əldə etmiş, fəxri yerlərə layiq görülərək diplom və medallarla təltif olunmuşlar.

Komanda hesabında isə Qusar Olimpiya İdman Kompleksi II yerə layiq görülmüşdür. 🥈

Bu münasibətlə uğur qazanan şagirdimizi ürəkdən təbrik edir, ona gələcək yarışlarda yeni qələbələr, möhkəm iradə və daha böyük idman nailiyyətləri arzulayırıq.

👏 Təbrik edirik və uğurlarınızın davamlı olmasını diləyirik!

Liseyimizin 8a¹ sinif şagirdi Musalı Ümid beynəlxalq İngilis dili olimpiadası olan VOS English Olimpiad-da iştirak edərə...
17/08/2026

Liseyimizin 8a¹ sinif şagirdi Musalı Ümid beynəlxalq İngilis dili olimpiadası olan VOS English Olimpiad-da iştirak edərək bürünc medala layiq görülüb. 🇦🇿🌍

Şagirdimizi bu gözəl nailiyyət münasibətilə ürəkdən təbrik edir, ona təhsildə və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq! 👏✨

14/07/2026
Liseydə pedaqoji şuranın növbəti iclası keçirilmişdir.Pedaqoji şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:2025-2026-...
30/06/2026

Liseydə pedaqoji şuranın növbəti iclası keçirilmişdir.

Pedaqoji şurada aşağıdakı məsələlər müzakirə olunmuşdur:

2025-2026-cı tədris ilinin II yarımilinin yekunları
Şagirdlərin II yarım il və illik üzrə akademik nailiyyətləri təhlil edilmiş;
BSQ, KSQ və cari qiymətləndirmələrin nəticələri müzakirə olunmuşdur.

Tədrisin keyfiyyət göstəriciləri
Dərslərin təşkili, təlim metodlarının tətbiqi və müəllim fəaliyyətinin səmərəliliyi dəyərləndirilmiş;
Dərsdinləmələrin nəticələrinin diqqətə çatdırılması.

Aparılmış monitorinqlərin nəticələri
Fənlər üzrə keçirilmiş monitorinqlərin təhlili aparılmış;
Nəticələrə əsasən mövcud çatışmazlıqlar müəyyən edilmişdir.

Şagirdlərlə fərdi iş və tərbiyə məsələləri
Risk qrupuna aid şagirdlər barədə məlumat verilmiş;
Sinif rəhbərlərinə fərdi işlərin gücləndirilməsi tapşırılmışdır.

Valideynlərlə işin təşkili
Valideyn–məktəb əməkdaşlığının mövcud vəziyyəti qiymətləndirilmiş;
Aşağı nəticə göstərən şagirdlərin valideynləri ilə mütəmadi əlaqənin vacibliyi vurğulanmışdır.

Mövcud problemlər və onların aradan qaldırılması yolları
Tədris prosesində rast gəlinən problemlər qeyd olunmuş;
Problemlərin həlli üçün konkret tədbirlər planı müəyyən edilmişdir.

2026-2027-cı tədris ili üçün qarşıda duran vəzifələr
Təlimin keyfiyyətinin yüksəldilməsi;
Şagird nailiyyətlərinin artırılması;
Monitorinq və qiymətləndirmə işlərinin sistemli aparılması;

Tərbiyəvi tədbirlərin gücləndirilməsi qərara alınmışdır.

Sonda liseyin direktoru liseyin ictimai işlərində fəal olmuş müəllimlərə təşəkkürnamələr təqdim etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanin təşəbbüsü ilə Azə...
30/06/2026

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA ictimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanin təşəbbüsü ilə Azərbaycanın ümumtəhsil müəssisələrinin müəllimlərinə həsr olunmuş Xeyirxahlıq Festivalı keçirilib. IDEA ictimai Birliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "Thinkln" təşkilatinin əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə ölkənin 290 ümumtəhsil nüəssisəsindən 1000-e yaxın müəllim iştirak edib.

Festivalda liseyimizin müəllimləri Həsənova İradə, Məcidova Lətifə, Qasımova Afaq, Quliyeva Günay da iitirak etmişdir.

Xeyirxahliq Festivalı müəllimlərin əməyinə hörmət və minnətdarlıq ifadəsi olaraq keçirilən, xeyirxahlıq, empatiya və həmrəyliyi təşviq edən xüsusi tədbirdir.
Əsas məqsəd müəllimləri araya toplamaq, pozitiv tədris mühitinə töhfə vermək və xeyirxahlığı gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir.

3-cü sinif rus bölməsinin şagirdi Nazli İbrahimova beynəlxalq səviyyəli LEMARI Uşaq və Gənclər Yaradıcılıq Layihəsi – “M...
27/06/2026

3-cü sinif rus bölməsinin şagirdi Nazli İbrahimova beynəlxalq səviyyəli LEMARI Uşaq və Gənclər Yaradıcılıq Layihəsi – “Məharətlər Dəyirmanı” və LEMARI Beynəlxalq Uşaq Yaradıcılığı Müsabiqə-Festivalında uğurla iştirak edərək yüksək nailiyyətlər qazanmışdır.
Nazli “Visual and Applied Arts – Drawing” nominasiyasında təqdim etdiyi “The Harmony of Happiness” əsərinə görə I dərəcəli laureat , “Mountain Spirit of Azerbaijan” adlı işi ilə isə II dərəcəli laureat adına layiq görülmüşdür.
Bu uğur Nazlinin yaradıcılıq qabiliyyətinin, zəhmətinin və incəsənətə olan sevgisinin parlaq göstəricisidir. Ona gələcək fəaliyyətində yeni nailiyyətlər, tükənməz ilham və daha böyük uğurlar arzulayırıq!🏆

🇦🇿 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri GünüVətənimizin təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüy...
26/06/2026

🇦🇿 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Vətənimizin təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanan bütün hərbi qulluqçularımızı 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edirik.

Xalqımızın qürur mənbəyi olan rəşadətli Ordumuza daim uğurlar, qüdrət və yeni nailiyyətlər arzulayırıq. Vətənimizin keşiyində duran bütün qəhrəman hərbçilərimizə möhkəm cansağlığı, şərəfli xidmət və ailə səadəti diləyirik.

Silahlı Qüvvələr Gününüz mübarək! 🇦🇿

Zəngi liseyinin müəllimləri sertifikasiya imtahanında uğurlu nəticələr əldə edərək öz peşəkarlıq səviyyələrini bir daha ...
25/06/2026

Zəngi liseyinin müəllimləri sertifikasiya imtahanında uğurlu nəticələr əldə edərək öz peşəkarlıq səviyyələrini bir daha nümayiş etdirmişlər.

Müəllimlərimizi göstərdikləri yüksək nəticələr münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər, uğurlar və davamlı inkişaf arzulayırıq.

Təhsilimizin keyfiyyətinin yüksəldilməsinə verdikləri töhfəyə görə hər bir müəllimimizə təşəkkür edir, peşə fəaliyyətlərində yeni uğurlar diləyirik.

Zəngi liseyinin məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək məktəbimizin uğur ...
25/06/2026

Zəngi liseyinin məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr əldə edərək məktəbimizin uğur salnaməsinə yeni nailiyyətlər əlavə etmişlər.

Şagirdlərimizi qazandıqları yüksək ballar münasibətilə səmimi qəlbdən təbrik edir, onlara tələbəlik həyatında və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Bu nailiyyətlərin əldə olunmasında əməyi olan müəllimlərə və valideynlərə təşəkkür edir, məzunlarımıza yeni zirvələr fəth etməyi diləyirik.

Uğurlarınız daim olsun!

Address

Nizami Rayonu Mehseti Gencevi 1
Baku

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994124212413

Website

Alerts

Be the first to know and let us send you an email when Zengi liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zengi liseyi:

Shortcuts

Share

Category