14/09/2021
Almaniya iqtisadiyyatı Sosial yönümlü bazar iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslaşmış işçi qüvvəsi, inkişaf etmiş infastruktur, böyük həcmdə kapital ehtiyatı, korrupsiyanın çox aşağı səviyyəsi xarakterikdir. Lakin ölkədə son illər korrupsiyanın və rüşvətin artması meylləri sezilir. Həmçinin Almaniyada yüksək səviyyəli innovasiya mövcuddur.
Almaniyanın ÜDM-i 3.332 milyard dollara bərabərdir. Bu göstəriciyə görə Almaniya Avropada birinci, dünyada isə 4-cü yeri tutur.
𝐀𝐥𝐦𝐚𝐧𝐢𝐲𝐚𝐝𝐚 𝐲ü𝐤𝐬ə𝐤 𝐬ə𝐯𝐢𝐲𝐲ə𝐥𝐢 𝐯ə 𝐤𝐞𝐲𝐟𝐢𝐲𝐲ə𝐭𝐥𝐢 𝐭ə𝐡𝐬𝐢𝐥 𝐦ö𝐯𝐜𝐮𝐝𝐝𝐮𝐫. Burada təhsil ilə əlaqədar işlərə mərkəzi hökumət deyil, federal əyalətlər cavabdehdir. Uşaq bağçalarına gediş könüllü olsa da, orta məktəbdə 9 illik təhsil ölkədəki bütün uşaqlar üçün məcburi xarakter daşıyır. Bu gün Almaniyanın ali məktəblərində 1,98 milyon tələbə təhsil alır. Onların demək olar ki, yarısı, 48 faiz qadınlardır. Ümumilikdə 376 ali məktəb ali təhsil təklif edir və bunlardan 102-si universitet, 170-i ali peşə məktəbi və 69-u özəl ali məktəbdir. Ötən illərdə xarici tələbələrin sayı hiss olunacaq dərəcədə artmışdır.
Avropanın yalnız çox az dövlətləri Almaniya kimi çoxtərəfli təhsil imkanları təklif edir. 160-dan çox şəhərdə 376 ali məktəb gənclərə ali təhsil verir. Elmi cəhətdən güclü olan məktəblər yalnız Berlin və Hambuq kimi böyük şəhərlərdə deyil, Haydelberq kimi balaca şəhərlərdəki təhsil məktəbləri də bütün dünyada tanınır.