01/06/2023
OCEP layihəsi çərçivəsində 1️⃣8️⃣ may tarixində 🇲🇦Mərakeş Krallığının VI Məhəmməd orta məktəbi və 8️⃣2️⃣nömrəli tam orta məktəb arasında onlayn görüş keçirilib. Görüşdə ölkələr bir- birilərinə adət ənənələri, məktəbləri, şəhərləri, tarixi abidələri, mahnıları, rəqsləri və milli bayramları ilə tanış oldular. Onlayn görüş zamanı ilk öncə məktəbimizin direktoru Leyla Fətiyeva Mərakeş Krallığını VI Məhəmməd orta məktəbini təmsil edən müəllim və şagird kollektivini salamlayaraq görüşü açıq elan elədi. Hər iki ölkənin dövlət himni səsləndirildi.
Görüş zamanı məktəbimizin şagirdləri digər ölkənin şagirdlərini ərəb dilində salamlayaraq özlərini təqdim etdilər, şagirdlərimiz ölkəmiz, məktəbimiz, idman sahəsində şagirdlərimizin qazandığı uğurlar haqqında məlumatlar verib, rəqs və mahnı ifa etdilər. Mərakeş Krallığının şagirdləri də öz ölkələri, məktəbləri, təhsil sistemi, şəhərləri, mahnı və milli rəqsləri haqqında ətraflı çıxış etdilər.
Hər iki ölkənin şagirdləri tərəfindən çəkilmiş rəsmlər nümayiş edildi.
National Olympic Committee of Azerbaijan
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi
OCEP 2019
Embassy of Morocco / Mərakeş səfirliyi