26/09/2023
21 sentyabr 2023-cü il tarixində AZTUGEM Təlim-Tədris Mərkəzinin əməkdaşları “Qara dəniz-Xəzər logistika 2023: dəhlizlər, yüklər, infrastruktur” forumunda iştirak ediblər.
Forumda müasir reallıqlar, logistika şirkətlərinin və yük sahiblərinin Qara dəniz və Xəzər dənizi ölkələrinin ərazisindən keçən nəqliyyat dəhlizlərindən fəal istifadəsi və bu dinamikada yeni xidmətlərin, marşrutların və infrastrukturun inkişafı məsələləri müzakirə edilib.
Həmçinin forum çərçivəsində Qara dəniz və Xəzər regionunun logistika sənayesinin peşəkarları ilə birlikdə cari bazar problemləri istiqamətində müzakirələr aparılıb.