Məktəb 254

Məktəb 254 Xətai rayonu Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəb

15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü

🔔🎓 Məktəbimizdə “Son zəng” tədbiri keçirildi.13 iyun 2026-cı il tarixində məzunlarımızı sevgi və xoş arzularla yeni həya...
13/06/2026

🔔🎓 Məktəbimizdə “Son zəng” tədbiri keçirildi.

13 iyun 2026-cı il tarixində məzunlarımızı sevgi və xoş arzularla yeni həyata yola saldıq. Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı. Məktəb rəhbərliyi, müəllimlər və 1-ci sinif şagirdlərinin çıxışları tədbirə xüsusi rəng qatdı.

Əziz məzunlar, yolunuz açıq, gələcəyiniz parlaq olsun! 🌟🇦🇿

13/06/2026

🏫 🔔 Bu gün 116 550 şagird üçün “Son zəng” çalınır.

Əziz məzunlar, sizi təbrik edirik!

Şagirdlərimiz Ramal Cəfərli, Murad Qumuxov və Əli Məmmədli beynəlxalq səviyyəli Hippo International English Language Oly...
08/06/2026

Şagirdlərimiz Ramal Cəfərli, Murad Qumuxov və Əli Məmmədli beynəlxalq səviyyəli Hippo International English Language Olympiad yarışmasında yüksək nəticələr göstərərək müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanmışlar.
Bu uğur onların əzmkarlığının, bilik və bacarıqlarının, eləcə də müəllimlərinin zəhmətinin parlaq göstəricisidir.

Şagirdlərimizi ürəkdən təbrik edir, onlara gələcək təhsil həyatlarında daha böyük nailiyyətlər və yeni uğurlar arzulayırıq. İnanırıq ki, onlar ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməyə davam edəcəklər.

Sizinlə fəxr edirik! 🌟🇦🇿

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik edirik! 👧🏻🧒🏻🎈

28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

28/05/2026
5 günlük distant tədris müddəti ərzində məktəbimizdə təhsil prosesi uğurla davam etdirildi. Müəllimlərimizin peşəkar və ...
22/05/2026

5 günlük distant tədris müddəti ərzində məktəbimizdə təhsil prosesi uğurla davam etdirildi. Müəllimlərimizin peşəkar və məsuliyyətli fəaliyyəti, şagirdlərimizin dərslərdə fəal iştirakı və valideynlərin dəstəyi sayəsində dərslər təşkil olundu. Bu müddət bir daha göstərdi ki, təhsil heç bir şəraitdə dayanmır, müəllim və şagird əməkdaşlığı daim davam edir.
Distant tədris günlərində əməyi olan bütün müəllimlərimizə, dərslərdə iştirak edən şagirdlərimizə və övladlarının təhsilinə dəstək göstərən valideynlərə təşəkkür edirik.

Məktəbimizin metodisti Səbinə Bədirova distant tədris günlərində pedaqoji heyətlə metodik görüş keçirdi.Görüş zamanı təd...
22/05/2026

Məktəbimizin metodisti Səbinə Bədirova distant tədris günlərində pedaqoji heyətlə metodik görüş keçirdi.Görüş zamanı tədris prosesinin daha səmərəli təşkili, distant təhsildə tətbiq olunan metodlar, müəllim-şagird əlaqələrinin gücləndirilməsi və dərslərin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparıldı. Müəllimlərin təklif və yanaşmaları dinlənildi, qarşılıqlı müzakirələr həyata keçirildi.
Bir daha göstərildi ki, distant tədris günlərində belə təhsil prosesi dayanmır, müəllimlər öz fəaliyyətlərini məsuliyyət və peşəkarlıqla davam etdirirlər. Şagirdlərin keyfiyyətli təhsil alması üçün bütün imkanlardan istifadə olunur.

🔢✨ Riyaziyyatın sehrli gecəsi ✨🔢5B, 7B, 7D və 9B sinif şagirdlərinin iştirakı ilə keçirilən “Riyaziyyat gecəsi” yadda qa...
17/05/2026

🔢✨ Riyaziyyatın sehrli gecəsi ✨🔢

5B, 7B, 7D və 9B sinif şagirdlərinin iştirakı ilə keçirilən “Riyaziyyat gecəsi” yadda qalan və rəngarəng anlarla dolu oldu. Bu maraqlı tədbirdə rəqəmlər və həndəsi fiqurlar sanki dilə gəldi, səhnədə canlanaraq insanlara riyazi arzular, uğur və zəka dolu mesajlar ünvanladı. 📐➕

Şagirdlərin yaradıcı çıxışları, səhnəcikləri və təqdimatları riyaziyyatın yalnız formul və hesablamadan ibarət olmadığını, eyni zamanda yaradıcılıq və düşüncə dünyası olduğunu bir daha göstərdi. 🌟

Tədbirin təşkilatçısı Fəridə Əliyeva olan müəlliməyə təşəkkür edir, şagirdlərimizə yeni uğurlar arzulayırıq! 👏📚

Address

Əhmədli Qəsəbəsi, A. Ələsgər Küçəsi 64
Baku

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+994123715450

Alerts

Be the first to know and let us send you an email when Məktəb 254 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Məktəb 254:

Shortcuts

Share

Category