25/07/2025
Mən dünya Qran Prisinin qızıl mükafatçısı və dünya dünya çempoinu, 1-ci dan qara kəmər ustası Nəzrin Hacıyeva. Üzümü tuturam məndən qabiliyyət imtahanı götürən Gənclər və İdman Nazirliyinin nümayəndələrinə; Siz məni hansı haqla imtahandan kəsdiniz ? Mən ədalətə o qədər arxayın olmuşdum ki, digər qruplara blok imtahanı belə vermədim. Siz isə məni qabiliyyət imtahanından uydurma bəhanə ilə kəsdiniz. Guya mən 100 metrlik məsafəyə qaçışda 0,5 saniyə gecikmişəm. Gecikmişdimsə sübut təqdim edərdiz. Heç bir sübut təqdim etmədən, qəzərli şəkildə məni tələbəlik xəyallarımdan ayırdınız. Sonradan məlum oldu ki, digər qruplara imtahan verib yetərincə bal toplaya bilməyən hər kəsi öncədən sövdələşərək müxtəlif vasitələrlə İdman akademiyasına qəbul etdirmisiz. Mən isə 365 gün gündə iki dəfə ağır məşqlərdə olmağıma baxmayaraq oxudum, yetərincə halal bal topladım, amma qabiliyyətdən kəsib tələbə adından məhrum etdiniz məni. Necə deyərlər: ədalətinizə bir quş.!
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi