Edufilestock

Edufilestock

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Edufilestock, Education Website, Baku.

20/03/2021

Həyatınız təravətli, günləriniz sevincli, ömrünüz sağlam keçsin. adından, Bayramınız Mübarək!

̈yrənməkəlçatandır ̧ul

20/03/2021

Mən Ağamalıyeva Ruqiyə Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsiyəm. Bu komandanın bir üzvü olmaqda məqsədim öyrənmək və inkişaf etmək istəyən hər bir şəxs üçün lazım olan materialları rahat və əlçatan etməkdir. Inanıram ki, bu işin öhdəsindən layiqincə gələcəyik.

̈yrənməkəlçatandır ̧ul

20/03/2021

Mən Mirzəyev Cavid, 22 yaşım var. İstanbul Cerrahpaşa Üniversitesində Magistr təhsili alıram. Bu komandaya qoşulmaqda məqsədim, insanları öz resurslarımla zənginləşdirmək və bu resurslardan tam pulsuz istifadə etmək imkanı yaratmaqdır.

̈yrənməkəlçatandır ̧ul

20/03/2021

Mən Zahir Zairli. Bu web saytı yaratmağımızdakı əsas məqsəd,daxili və ya xarici vətəndaşların böyük vaxt sərf etmədən, lazımsız məlumatlar əldə etmədən, axtardığı istənilən mövzu üzrə daha səmərəli və ətraflı məlumat əldə etməsini qismən də olsa sadələşdirməkdir. Ümid edirik ki, bu websayt komandamızın səyləri nəticəsində ölkəmizdə o cümlədən dünyada məşhur olan təhsil saytlarından birinə çevriləcəkdir.)
̈yrənməkəlçatandır ̧ul

20/03/2021

Ruslan İbrahimli 1999-cu il aprelin 25-ində Qazax rayonunda anadan olub. 2005-2016-ci ildə Səməd Vurğun adına QAZAX ŞƏHƏR 2№-li ORTA ÜMUMİTƏHSİL MƏKTƏBİ-nin nəzdində Yuxarı Əskipara kənd tam ümumtəhsil məktəbində təhsil alıb. 2019-cu ildə Khan Akademiyası Türkiyə (animasiya və ssenari bölməsi), Pixar Animasiya studiyası dərsləri, İstanbul Film Akademiyası (Film, rejissorluq, ssenaristlik bölməsi), "British Council Azerbaijan"da təhsil (Sosial bacarıqlar, kompüter proqramları), psixoloji konsultasiya və s. alıb. 2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən 10-cu beynəlxalq qısa filmlər festivalında iştirak edib. Çəkdiyi "İki ağac" qısa animasiya filmi "Ən yaxşı animasiya filmi" adını qazanıb və münsiflər heyətinin diplomu ilə mükafatlanıb. 2020-ci ildə isə "İki ağac" III ANİMAFİLM Beynəlxalq Animasiya Filmləri Festivalında iştirak hüququ qazanıb. Bundan əlavə, onun filmləri beynəlxalq arenaya da çıxıb. 2020-ci ildə "Qərar" adlı qısametrajlı filmi Birləşmiş Krallıqda keçirilən "The Lift of Global Network" tərəfindən keçirilən "First Time Filmmarker Sessions 2020" Beynəlxalq Film Festivalı və Lift-Off Sessions November 2020 festivalında iştirak edib. Həmçinin Qərar filmi ABŞ-ın Sanibel, Florida da keçiriləcək Miracle Film Festivalı (başqa adı ilə Mira Film Festivalı) və Vision film festivalı müsabiqə proqramına seçilib. Fərqli ölkələrdən göndərilmiş filmlər arasında Azərbaycan filmi iştirak hüququ qazanıb. 21 Fevral 2021-ci il tarixində Sanibel, Florida da yerləşən İsland Cinema kinoteatrında keçirilmişdi. 16 yanvar 2020-ci ildən etibarən Animafilm animasiya Festivalında könüllü olaraq Komanda üzvü, olaraq çalışır. 5 Mart 2020-ci ildən etibarən Khan Academy Azərbaycanca-da öncə SMM komandasında vizual video mütəxəsis olaraq daha sonra Video yaradıcı komanda da Təhsil Nazirliyi, Edumedia üçün video dərslər hazırlayır. 27 yanvar 2020-ci ildən etibarən Məhdudsuz Moda layihəsinin beynəlxalq əlaqələr üzrə layihə meneceri vəsifəsində çalışır. 2021-ci ildən Khan Academy Azərbaycanın nəzdində Pixar Animasiya Studio şirkətinin video dərslərini lokallaşdırır və orta məktəblərdə animasiya dərsləri keçirilir. 20 Fevral 2021-ci ildə Oxford HSC tərəfindən təsdiq olunmuş ELearning College tərəfindən hazırlanmış onlayn İnsan Resurslarının İdarəedilməsi haqqında kursu tamamlamlayaraq bitirmə məktubu qazanıb. 4 Aprel 2021-ci ildə Beynəlxalq müsəlman ölkələrinin mədəniyyət və sənətinin nümayiş olunduğu Macfest festivalın ölkəmizdə keçirəcəyi Macfest Azerbaijan 2021 festivalının iştirakcısıdır. Festivalda ölkəmizin Qazax rayonunu "Gazakh District" adlı qısa filmlə təmsil edir. Edufilestock.com saytında Filmmaking dərsləri paylaşır.

20/03/2021

Salam mən Zaur. 21 yaşım var, ADNSU-da 4 cü kurs tələbəsiyəm.
Tək mənim yox, komanda olaraq məqsədimiz elektron vəsaitləri bir yerə yığmaqdır. Yararlanmaq istəyən şəxslər asanlıqla öz istədikləri vəsaitləri pulsuz olaraq əldə edəcəklər.
̈yrənməkəlçatandır ̧ul

20/03/2021

Mən Rəvanə Şıxalı Azərbaycan Dillər Universitetinin SABAH qruplarının sonuncu kursunda təhsil alıram. Bu komandada olmağımın əsas məqsədi Azərbaycan gənclərinin təhsil sahəsində istədikləri materialları vahid bir saytda rahatlıqla və pulsuz əldə etməsinə vasitəçi olmaqdır.
̈yrənməkəlçatandır ̧ul

20/03/2021

Mən Röyal Məlikov. Bu komandanı qurmaqdan və bu saytı yaratmaqda əsas məqsədim ilkin mərhələdə dəyərli resursları bir araya toplamaq,rahat və əlçatan etməkdir. Daha sonra təhsillə bağlı müxtəlif tədbirlər keçirməkdir. Güclü komanda işi nəticəsində websayt qısa zamanda dəyərli resurslarla və planlı şəkildə formalaşdı və formalaşmağa da davam edəcək. Gələcəyə doğru inamlı addımlarla...
̈yrənməkəlçatandır ̧ul

07/03/2021

Hər kəsə salam
Yeni layihə ilə qarşınızdayıq.
Əsas məqsədimiz ilkin mərhələdə internet üzərindən müxtəlif mövzularda dəyərli resursları bir araya toplamaq,onları daha əlçatan etmək və yeni bilgilər öyrənmək istəyən insanlara rahatlığı təmin etməkdir.
Təqdim edilən resurslar isə tamamiylə pulsuzdur.Gələcəkdə daha uğurlu inkişaf yolu tutmaq niyyəti ilə.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Address


Baku