20/03/2021
Ruslan İbrahimli 1999-cu il aprelin 25-ində Qazax rayonunda anadan olub. 2005-2016-ci ildə Səməd Vurğun adına QAZAX ŞƏHƏR 2№-li ORTA ÜMUMİTƏHSİL MƏKTƏBİ-nin nəzdində Yuxarı Əskipara kənd tam ümumtəhsil məktəbində təhsil alıb. 2019-cu ildə Khan Akademiyası Türkiyə (animasiya və ssenari bölməsi), Pixar Animasiya studiyası dərsləri, İstanbul Film Akademiyası (Film, rejissorluq, ssenaristlik bölməsi), "British Council Azerbaijan"da təhsil (Sosial bacarıqlar, kompüter proqramları), psixoloji konsultasiya və s. alıb. 2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən 10-cu beynəlxalq qısa filmlər festivalında iştirak edib. Çəkdiyi "İki ağac" qısa animasiya filmi "Ən yaxşı animasiya filmi" adını qazanıb və münsiflər heyətinin diplomu ilə mükafatlanıb. 2020-ci ildə isə "İki ağac" III ANİMAFİLM Beynəlxalq Animasiya Filmləri Festivalında iştirak hüququ qazanıb. Bundan əlavə, onun filmləri beynəlxalq arenaya da çıxıb. 2020-ci ildə "Qərar" adlı qısametrajlı filmi Birləşmiş Krallıqda keçirilən "The Lift of Global Network" tərəfindən keçirilən "First Time Filmmarker Sessions 2020" Beynəlxalq Film Festivalı və Lift-Off Sessions November 2020 festivalında iştirak edib. Həmçinin Qərar filmi ABŞ-ın Sanibel, Florida da keçiriləcək Miracle Film Festivalı (başqa adı ilə Mira Film Festivalı) və Vision film festivalı müsabiqə proqramına seçilib. Fərqli ölkələrdən göndərilmiş filmlər arasında Azərbaycan filmi iştirak hüququ qazanıb. 21 Fevral 2021-ci il tarixində Sanibel, Florida da yerləşən İsland Cinema kinoteatrında keçirilmişdi. 16 yanvar 2020-ci ildən etibarən Animafilm animasiya Festivalında könüllü olaraq Komanda üzvü, olaraq çalışır. 5 Mart 2020-ci ildən etibarən Khan Academy Azərbaycanca-da öncə SMM komandasında vizual video mütəxəsis olaraq daha sonra Video yaradıcı komanda da Təhsil Nazirliyi, Edumedia üçün video dərslər hazırlayır. 27 yanvar 2020-ci ildən etibarən Məhdudsuz Moda layihəsinin beynəlxalq əlaqələr üzrə layihə meneceri vəsifəsində çalışır. 2021-ci ildən Khan Academy Azərbaycanın nəzdində Pixar Animasiya Studio şirkətinin video dərslərini lokallaşdırır və orta məktəblərdə animasiya dərsləri keçirilir. 20 Fevral 2021-ci ildə Oxford HSC tərəfindən təsdiq olunmuş ELearning College tərəfindən hazırlanmış onlayn İnsan Resurslarının İdarəedilməsi haqqında kursu tamamlamlayaraq bitirmə məktubu qazanıb. 4 Aprel 2021-ci ildə Beynəlxalq müsəlman ölkələrinin mədəniyyət və sənətinin nümayiş olunduğu Macfest festivalın ölkəmizdə keçirəcəyi Macfest Azerbaijan 2021 festivalının iştirakcısıdır. Festivalda ölkəmizin Qazax rayonunu "Gazakh District" adlı qısa filmlə təmsil edir. Edufilestock.com saytında Filmmaking dərsləri paylaşır.