15/09/2018
Su Həyat üçün nədirsə-Məktəb də Millət üçün, Cəmiyyət üçün odur. Məktəb başlayır, deməli Həyat və Hərəkət başlayır...
Və bu başlanğıcda doğru olsaq, ancaq özümüz qazanarıq.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Balakən Hazırlıq Mərkəzi, Education, Bakikhanov.
15/09/2018
Su Həyat üçün nədirsə-Məktəb də Millət üçün, Cəmiyyət üçün odur. Məktəb başlayır, deməli Həyat və Hərəkət başlayır...
Və bu başlanğıcda doğru olsaq, ancaq özümüz qazanarıq.
08/09/2018
04/09/2018
Müddətli müqavilə əsasında işə qəbul prosesinin I turu ilə bağlı məlumatlandırma
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu necə həyata keçiriləcək?
2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda iştirak etmək üçün namizədlər nə etməlidirlər?
Cari ilin 8-9 sentyabr tarixlərində müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna elektron sənəd qəbulu keçiriləcək. Builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş namizədlər cari elektron ərizələrində, ötənilki müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlər isə miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçərək vakant yer seçdikdən sonra elektron ərizələrini təsdiq etməlidirlər.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda kimlər iştirak edə bilər?
Müddətli müqavilə ilə müəlllimlərin işə qəbulu prosesində bu il və ötən il keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə qatılmış namizədlər müvafiq imtahan balı ilə iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə iştirak edərək elektron ərizəsində vakansiya seçimi etməyən, vakansiya seçib ərizəsini təsdiqləməyən, vakansiya seçimi zamanı uğur qazanmayan, vakant yer tutub müsahibəyə gəlməyən, müsahibədə uğur qazanmayan, müsahibədə uğur qazanıb 28 avqust (I tur) və 4 sentyabr (II tur) tarixinədək tutduğu vakant yerdən imtina etdiyi barədə ərizə ilə İnsan Resursları Mərkəzinə müraciət edən şəxslər iştirak edə bilərlər.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə hansı vakant yerlər veriləcək?
Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə vakant yer kimi verilmiş, lakin boş qalmış yerlər, yeni yaranan vakant yerlər, sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərə müddətli müqavilə ilə müəllimlər işə qəbul ediləcək. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif vakansiyalarına müddətli müqavilə ilə müəllimlərin işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər neçə vakant yer seçə bilərlər?
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçə biləcəklər.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı keçid bal nə qədərdir?
Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilmişdir.
Müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi həyata keçiriləcək?
Hər il müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədilə müddətli müqavilə ilə işləyən müəlllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsahibələri keçirilir. Müddətli müqavilə ilə işləyən müəllimlər sözügedən müsahibələrdə uğur qazanaraq daimiləşə bilərlər.