Bakı şəhəri 310 nömrəli tam orta ümumtəhsil məktəbi

Məktəbimizin 2ç sinif şagirdi Əliyeva Əminə Elçin qızı Oxsford məktəbində keçirilən  " Gimnastika Baku" açıq birinciliyi...
22/06/2026

Məktəbimizin 2ç sinif şagirdi Əliyeva Əminə Elçin qızı Oxsford məktəbində keçirilən " Gimnastika Baku" açıq birinciliyində 23- cü ritmik gimnastika üzrə yarışda bütün rəqiblərini geridə qoyaraq 1- ci yerə çıxdı.Əminə balamızı təbrik edir, bütün yarışlarda qalib olmağı arzulayırıq.

Məktəbimizin daha iki müəllimi sertifikasiya imtahanından uğurla keçdilər.Təsviri incəsənət müəllimi Əsgərova Həqiqət Hə...
18/06/2026

Məktəbimizin daha iki müəllimi sertifikasiya imtahanından uğurla keçdilər.Təsviri incəsənət müəllimi Əsgərova Həqiqət Həmzə qızı 53 bal, Azərbaycan-dili və Ədəbiyyat müəllimi Əliyeva Xəyalə Məhəmməd qızı isə 51 bal topladılar.Afərin sizlərə.

13.06.2026- cı il tarixində Son Zəng tədbirimiz baş tutdu.Dövlət Himnimiz səsləndirildikdən sonra Şəhidlərimiz bir dəqiq...
13/06/2026

13.06.2026- cı il tarixində Son Zəng tədbirimiz baş tutdu.Dövlət Himnimiz səsləndirildikdən sonra Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.Tədbirdə məktəbimizin Şəhidləri Nazim Zahirovun və İlkin Quliyevin valideynləri də iştirak edirdilər.Onların çıxışından sonra məktəbin direktoru Rəsmiyə xanım Quliyeva 200+ bal yığan məzunlarımıza Təşəkkürnamə verdi və onları təbrik etdi.Təqaüddə olan müəllimimiz Cabir Səfərov da tədbirimizdə iştirak etdi.Məzunlarımızın çıxışından sonra məktəbin bilik rəmzi olan açar birinci sinif şagirdinə təqdim olundu.Nəhayət son zəng çalındı.

Məktəbimizin VI a sinif şagirdi Kərimzadə Murad Vasif oğlu Beyin Olimpiada Mərkəzi tərəfindən 02.05.2026- cı il tarixind...
12/06/2026

Məktəbimizin VI a sinif şagirdi Kərimzadə Murad Vasif oğlu Beyin Olimpiada Mərkəzi tərəfindən 02.05.2026- cı il tarixində keçirilən Qlobal Riyaziyyat Olimpiadasında bürünc medal qazandığına görə diplom və medalla mükafatlandırıldı.Afərin sənə , Murad.

" Ailəm və məktəbim" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq valideynlərin məktəblə tanışlığı o...
12/06/2026

" Ailəm və məktəbim" layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq valideynlərin məktəblə tanışlığı oldu. Valideynlər məktəbin akt zalı, kitabxanası, fənn kabinetləri, laboratoriyaları ilə yaxından tanış oldular.

09.06.2026- cı il tarixində buraxılış imtahanından  200+ bal toplayan 39 nəfər  şagirdimiz rəhbərlik tərəfindən mükafatl...
09/06/2026

09.06.2026- cı il tarixində buraxılış imtahanından 200+ bal toplayan 39 nəfər şagirdimiz rəhbərlik tərəfindən mükafatlandırıldı.Ən yüksək bal toplayan üç şagirdimizə qiymətli hədiyyə verildi.Şagirdlərimizi təbrik edir, XI sinifdə daha yüksək nəticələr gözləyirik.

Məktəbimizin oxumaqları və nümunəvi davranışları ilə fərqlənən şagirdlərinə " Yaşıl Kart" verildi.Məqsəd şagirdləri dərs...
09/06/2026

Məktəbimizin oxumaqları və nümunəvi davranışları ilə fərqlənən şagirdlərinə " Yaşıl Kart" verildi.Məqsəd şagirdləri dərslərə daha məsuliyyətlə yanaşmağa həvəsləndirmək, məktəbdə sağlam rəqabət mühiti yaratmaq və digər şagirdlər üçün nümunə göstərməkdən ibarət idi. Məktəbin direktoru Rəsmiyə xanım Quliyeva kartları təqdim etdi və qeyd etdi ki, bu cür motivasiyaedici tədbirlər şagirdlərin həm təhsil uğurlarının ,həm də mənəvi keyfiyyətlərinin inkişafına müsbət təsir göstərir.

Məktəbimizin O A sinif şagirdi Yusubova Zəhra gimnastika üzrə Azərbaycan Birinciliyi- 2026 yarışında bütün rəqiblərini g...
09/06/2026

Məktəbimizin O A sinif şagirdi Yusubova Zəhra gimnastika üzrə Azərbaycan Birinciliyi- 2026 yarışında bütün rəqiblərini geridə qoyaraq Respublika birincisi oldu. Afərin körpə balamıza.Səndən həmişə belə yüksək nəticələr gözləyirik.

Məktəbimizin V g sinif şagirdi Məhərrəmli Xədicə AKF Kapoeyra idman növündə X- XI yaşlı qızlar arasında ölkə çempionatın...
08/06/2026

Məktəbimizin V g sinif şagirdi Məhərrəmli Xədicə AKF Kapoeyra idman növündə X- XI yaşlı qızlar arasında ölkə çempionatında II yerə çıxdı.Xədicəni təbrik edir, həmişə zirvədə olmağını arzulayırıq.

Məktəbimizin IV e sinif şagirdi Zeynəb Məhərrəmli AKF Kapoeyra ölkə çempionatında 10-11 yaşlı qızlar arasında 1- ci yerə...
08/06/2026

Məktəbimizin IV e sinif şagirdi Zeynəb Məhərrəmli AKF Kapoeyra ölkə çempionatında 10-11 yaşlı qızlar arasında 1- ci yerə çıxaraq ölkə çempionu oldu.Səninlə fəxr edirik, Zeynəb.Həmişə birincilər sırasında olmağını arzulayırıq.

Address

Yavər Əliyev 30A
Bakikhanov

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 01:00

Telephone

+994124255336

Alerts

Be the first to know and let us send you an email when Bakı şəhəri 310 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı şəhəri 310 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category