ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kolleci

ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kolleci AZ 1035 Azərbaycan Respublikası, Bakı şəhəri, Bakixanov qəsəbəsi, R.Qəmbərov küç, 2

QQM şöbəsi ilə görüş keçirildiBakı Neft-Energetika Kollecində QQM şöbəsi ilə görüş keçirilmiş, tədris prosesində tələbəl...
11/09/2026

QQM şöbəsi ilə görüş keçirildi

Bakı Neft-Energetika Kollecində QQM şöbəsi ilə görüş keçirilmiş, tədris prosesində tələbələrlə işin səmərəli təşkili, onların akademik və sosial fəaliyyətinin izlənilməsi, eləcə də mövcud məsələlərin vaxtında müəyyənləşdirilməsi istiqamətində müzakirələr aparılmışdır.

Görüş zamanı tyutorlara tələbələrlə işin gücləndirilməsi, tələbələrin davamiyyəti, akademik göstəriciləri, müraciət və problemlərinin mütəmadi izlənilməsi, həmçinin tələbələr haqqında müvafiq məlumatların sistemli şəkildə hazırlanması ilə bağlı tapşırıqlar verilmişdir.

🎓Bakı Neft-Energetika Kollecinin əməkdaşı respublika səviyyəli yay düşərgəsində müəssisəmizi uğurla təmsil edib!2–7 sent...
09/09/2026

🎓Bakı Neft-Energetika Kollecinin əməkdaşı respublika səviyyəli yay düşərgəsində müəssisəmizi uğurla təmsil edib!

2–7 sentyabr 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, AMEA-nın tərəfdaşlığı və AMEA Gənclər Akademiyasının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Kəndə gəl” yay düşərgəsi keçirilib.
Düşərgədə Kollecimizi təmsil edən əməkdaşımız Hüseyn Süleymanov gənclərə təlim keçərək “Gənclər üçün inkişaf xəritəsi” mövzusunda məqalə ilə çıxış etmiş və fəal iştirakına görə diplomla təltif olunmuşdur.
Əməkdaşımızı təbrik edir, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq! 👏✨

🎓 ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində yeni tədris ilinə start verildi!Yeni tədris ilinin başlanması münas...
08/09/2026

🎓 ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində yeni tədris ilinə start verildi!

Yeni tədris ilinin başlanması münasibətilə kollecin akademik heyəti ilə görüşlər keçirilib. Görüşlər zamanı qarşıdakı tədris ilinin əsas prioritetləri, nəzərdə tutulan fəaliyyətlər, yeni layihələr və kollecin inkişaf istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşlərdə kollecin strateji hədəfləri, təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbəyönümlü yanaşmanın gücləndirilməsi, praktiki təlim imkanlarının genişləndirilməsi, sənaye və əmək bazarı ilə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də yeni layihə və təşəbbüslərin həyata keçirilməsi ilə bağlı planlar müzakirə olunub.

Eyni zamanda, yay dövründə peşəkar inkişaf istiqamətində fəallıq göstərən, müxtəlif təlimlərdə iştirak edən, magistratura təhsilinə qəbul olunan və əlavə təhsil imkanlarından yararlanan əməkdaşlarımız təbrik edilib və onların inkişaf səyləri yüksək qiymətləndirilib. 👏

Qarşıdakı tədris ilində əsas məqsədimiz daha keyfiyyətli təhsil, daha güclü akademik mühit və əmək bazarının tələblərinə cavab verən yüksəkixtisaslı məzunların hazırlanmasıdır.

🚀 Yeni tədris ili – yeni hədəflər, yeni imkanlar və daha böyük ambisiyalar!

Bakı Neft-Energetika Kolleci olaraq yeni uğurlara birlikdə doğru!

Kollecimizin əməkdaşı Xəyalə Xanbaba qızı müasir təhsilin əsas çağırışlarından biri olan süni intellektin təhsil prosesi...
04/09/2026

Kollecimizin əməkdaşı Xəyalə Xanbaba qızı müasir təhsilin əsas çağırışlarından biri olan süni intellektin təhsil prosesində tətbiqi ilə bağlı fikirlərini AZƏRTAC-a verdiyi müsahibədə bölüşüb.

Müsahibədə süni intellektin qadağan edilməsindən daha çox, onun etik, təhlükəsiz və səmərəli istifadəsinin tənzimlənməsinin vacibliyi vurğulanıb. Xəyalə xanım həmçinin rəqəmsal savadlılığın artırılması, şagirdlərdə tənqidi düşünmə və müstəqil problem həll etmə bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Əməkdaşımızın müasir təhsilin inkişafı və innovativ texnologiyaların tətbiqi ilə bağlı fikirlərinin AZƏRTAC-da işıqlandırılması kollektivimiz üçün qürurverici hadisədir. 👏

Xəyalə Xanbaba qızını bu uğuru münasibətilə təbrik edir, fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

📌 Müsahibə ilə daha ətraflı tanış olmaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz:

Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrinə, o cümlədən təhsil sisteminə ciddi təsir göstərir. Bu, eyni zamanda, təhsil ictimaiyyəti qarşısında mühüm sualı gündəmə gətirir: süni intellekt texnologiyalarından düzgün və məsuliyyə...

📢 Kollecdə əlavə təhsil üzrə müsahibə mərhələsinə start verildi!ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində əlavə...
27/08/2026

📢 Kollecdə əlavə təhsil üzrə müsahibə mərhələsinə start verildi!

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində əlavə təhsil üzrə qəbulun müsahibə mərhələsi artıq başlayıb.

🎓 Namizədlərə müsahibə mərhələsində uğurlar arzulayırıq!

📢 QƏBUL PROSESİ DAVAM EDİR!ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində qəbul prosesi davam edir! 🎓
27/08/2026

📢 QƏBUL PROSESİ DAVAM EDİR!

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində qəbul prosesi davam edir! 🎓

Bakı Neft-Energetika Kollecinin müəllimləri beynəlxalq təlim proqramında iştirak ediblər.Bakı Neft-Energetika Kollecinin...
05/08/2026

Bakı Neft-Energetika Kollecinin müəllimləri beynəlxalq təlim proqramında iştirak ediblər.

Bakı Neft-Energetika Kollecinin müəllimləri Əsgərova Günay, Məmmədova Afaq və Novruzova Günay Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim proqramında uğurla iştirak ediblər.

Təlim proqramı çərçivəsində iştirakçılar İstanbul İşıq Universiteti, İstanbul Nişantaşı Universiteti, Topkapı Universiteti və American Life təşkilatında keçirilən müxtəlif mövzularda seminar və təlimlərə qatılıblar.

📢 Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi başlayıbÜmumi orta təhsil bazasında orta ixtisas təhsili müəssis...
04/08/2026

📢 Ümumi orta təhsil bazasında kolleclərə ixtisas seçimi başlayıb

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən şəxslər üçün ixtisas seçimi mərhələsi 3 avqust tarixindən başlayıb və 9 avqust saat 23:59-dək davam edəcək.

İxtisas seçimi zamanı namizədlərə seçmək istədikləri ixtisaslar və təhsil müəssisələri üzrə seçimlərini müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirmələri tövsiyə olunur.

📌 Bakı Neft-Energetika Kolleci üzrə təqdim olunan ixtisaslar, qəbul qaydaları və təhsil imkanları ilə bağlı ətraflı məlumatları növbəti paylaşımlarımızdan əldə edə bilərsiniz.

🎉 Müəllimlərimizi təbrik edirik! 🎉Bakı Neft-Energetika Kolleci (PHŞ) olaraq magistratura pilləsinə qəbul olunmaları müna...
03/08/2026

🎉 Müəllimlərimizi təbrik edirik! 🎉

Bakı Neft-Energetika Kolleci (PHŞ) olaraq magistratura pilləsinə qəbul olunmaları münasibətilə dəyərli müəllimlərimizi səmimi qəlbdən təbrik edirik!

Bu uğur onların bilik, zəhmət və peşəkarlığının növbəti göstəricisidir. İnanırıq ki, əldə etdikləri yeni bilik və təcrübə kollecin tədris keyfiyyətinin daha da yüksəlməsinə mühüm töhfə verəcək.

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində Yay Məktəbi fəaliyyətə başladı. İştirakçılar bu müddət ərzində yeni b...
29/07/2026

ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kollecində Yay Məktəbi fəaliyyətə başladı. İştirakçılar bu müddət ərzində yeni bilik və bacarıqlar qazanacaq, interaktiv təlimlərdə iştirak edərək həm öyrənəcək, həm də faydalı təcrübə əldə edəcəklər.

Address

Azərbaycan
Bakıxanov
AZ1035

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+994124286792

Alerts

Be the first to know and let us send you an email when ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADNSU-nun nəzdində Bakı Neft - Energetika Kolleci:

Shortcuts

Share