14/05/2026
Məktəbimizin IV C sinif şagirdləri tərəfindən məktəbdaxili nizam-intizam qaydalarının təbliği və sağlam məktəb mühitinin formalaşdırılması məqsədilə maarifləndirici videoçarx hazırlanmışdır.
Hazırlanan videoçarxda şagird davranış qaydaları, məktəb mühitində etik münasibətlər, dərsə davamiyyət, müəllim və şagird münasibətlərində qarşılıqlı hörmət, eləcə də məktəbin daxili intizam qaydalarına əməl edilməsinin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Şagirdlərimizin təşəbbüsü ilə ərsəyə gələn bu videoçarx gənclər arasında məsuliyyət hissinin artırılması, nümunəvi davranışın təşviqi və məktəb mühitində müsbət dəyərlərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Məktəb rəhbərliyi olaraq şagirdlərimizin bu cür faydalı təşəbbüslərini yüksək qiymətləndirir, onların həm təhsildə, həm də ictimai fəaliyyətlərdə fəallığını daim dəstəkləyirik.
İnanırıq ki, qarşılıqlı hörmətə, məsuliyyətə və nizam-intizama əsaslanan məktəb mühiti uğurlu gələcəyin əsas təməlidir.