Telebe.az

Telebe.az

Share

Azərbaycanın ən böyük təhsil portalı. Cəhd et, hər şey alınacaq! Telebe.az saytı bu günə kimi bir çox qurumlarla əməkdaşlıq edib və edir.

2008 ci ilin aprelin 4-də rəsmi olaraq internetdə fəaliyyətə başlayan www.telebe.az portalı Azərbaycanda və onun hüdudlarından kənarda təhsil alan tələbələrin maarifləndirilməsi, təhsil barədə informasiya almaq imkanlarının genişləndirilməsi məqsədilə yaradılıb. İnformasiya resursunda bir sıra mövzular barədə məlumatlar gündəlik olaraq yerləşdirilir. Saytda Azərbaycanda və dünyada tələbə həyatında

Photos from Telebe.az's post 26/11/2025

Qərbi Kaspi Universitetinin komandası hakatonda ll yerə layiq görüldü və 1500$ mükafat qazandı

Qərbi Kaspi Universitetinin “Labrix” komandası Avropanın aparıcı innovasiya platformalarından olan Tenity və Rəqəmsal İnkişaf Agentliyinin (IDDA) birgə təşkil etdiyi Fintech Hackathonda uğurla iştirak edib.

Komandamızın üzvləri - Aysu Məhərrəmova, Mübariz Hüseynzadə və Tuncay Əliyev – 3 gün ərzində intensiv şəkildə çalışaraq innovativ fintech həlli təqdim edib və münsiflər heyəti tərəfindən ll yerə layiq görülüb. Qalib komanda 1500$ mükafat qazanıb.

Tələbələrimizi təbrik edir, gələcək layihələrində uğurlar arzulayırıq❗️

26/11/2025

🚀 Bu gün uğurlu hər bir məhsulun arxasında onu formalaşdıran, idarə edən və hər detalını düşünən bir Məhsul Sahibi (Product Owner) dayanır.

Bəs məhsul sahibi kimdir?, nə iş görür?, gündəlik prosesləri nələrdir? və bu sahəyə necə başlamaq olar?
Bütün bu sualların cavabını axtarırsansa — bu seminar tam sənin üçündür.

🎯 Seminar zamanı sən:
– Məhsul sahibliyinin real iş mühitində necə tətbiq edildiyini
– Prioritizasiya, roadmap hazırlığı, backlog idarəsi kimi əsas bacarıqları
– Komanda ilə iş və məhsulun inkişaf mərhələlərini
– Və ən əsası, karyera yolunu necə formalaşdırmağı

birbaşa sahənin peşəkarından öyrənəcəksən.

👤 Teymur Əsgərov — ABB-də Product Lead
Təcrübəsini, iş prosesini və real nümunələri səninlə bölüşəcək.

🔥 Yerini indi rezerv et – gələcəyin məhsul sahibinə çevril!

+994103332324
[email protected]
idtech.edu.az

Photos from Telebe.az's post 26/11/2025

AzMİU ilə Türk Dövlətləri Beynəlxalq Universiteti arasında akademik əməkdaşlıq Memorandumu imzalanıb

Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru və Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru professor Bahodir Turaev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olub. Qonaq AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tərəfindən qəbul edilib. Görüşdə AzMİU və Türk Dövlətləri Beynəlxalq Universitetinin nümayəndələri də iştirak ediblər.
Müqavilə imzalanmazdan öncə hər iki rektor çıxış edərək Özbəkistan ilə Azərbaycan arasında son illər güclənən əməkdaşlıq əlaqələrinə, Prezident İlham Əliyevin və Prezident Şövkət Mirziyoyevin qarşılıqlı səfərlərinə, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən qardaşlıq münasibətlərinə diqqət çəkiblər. Bu münasibətlərin universitetlər arasında əməkdaşlıq üçün geniş perspektiv yaratdığı vurğulanıb.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb və əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə nəqliyyat, logistika və digər uyğun profilli ixtisaslar üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
Nəticədə, AzMİU və Türk Dövlətləri Beynəlxalq Universiteti arasında Memorandum imzalanıb. Memorandum tərəflər arasında akademik əməkdaşlığı gücləndirməyi, müəllim, tələbə və işçi heyət mübadiləsini təşviq etməyi, birgə tədqiqat layihələri həyata keçirməyi, simpoziumlar, konfranslar və qısa kurslar təşkil etməyi nəzərdə tutur.
Tərəflər həmçinin tədris və idarəçilik praktikalarını paylaşacaq, ekoloji idarəetmə ilə bağlı birgə fəaliyyətlərdə iştirak edəcək və elmi-metodik nəşrləri mübadilə edəcəklər.
Memorandum eyni zamanda koordinasiya edilən layihələr üçün resurs və infrastruktur istifadəsini təmin edir. Bu əməkdaşlıq universitetlərin beynəlxalq əlaqələrinin gücləndirilməsi və təhsil, elmi tədqiqat sahələrində inkişafın sürətləndirilməsi üçün mühüm addım hesab olunur.

Photos from Telebe.az's post 25/04/2025

Bakıda II Milli Təhsil Zirvəsi keçirilib

"Azərbaycan Respublikası Təhsil Cəmiyyəti" İctimai Birliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının təşkilatçılığı ilə 19 aprel 2025-ci il tarixində Nizami Kino Mərkəzində “Müasir təhsil sistemində dəyərlərin təbliği” mövzusunda II Milli Təhsil Zirvəsi keçirilib.

Zirvədə Azərbaycanın müxtəlif bölgələrindən 200-dən çox təhsil ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin sədri Murad Ağalarov Birliyin əsas məqsədinin respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin daha da yüksəldilməsinə yardım göstərmək olduğunu bildirib. O, Birliyin 35 illik fəaliyyəti dövründə onlarla layihəyə imza atıldığını, çoxsaylı yerli və beynəlxalq konfransların, simpoziumların, forumların, seminarların keçirildiyini nəzərə çatdırıb, Milli Təhsil Zirvəsinin bundan sonrakı illərdə fəaliyyətini uğurla davam etdirəcəyinə inamını ifadə edib, tədbirin işinə uğur arzulayıb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İdarə Heyətinin sədr müavini Mirzə Cəfərzadə Zirvə iştirakçılarını və qonaqları salamlayıb, İttifaqın bundan sonra da belə tədbirlərin keçirilməsində Azərbaycan Respublikası Təhsil Cəmiyyətinə dəstək olacağını bildirib.

Məruzəçilər- Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Fariz İsmayılzadə, millət vəkili Mehriban Vəliyeva, professor Fərrux Rüstəmov, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov xalqımızın həssaslıqla yanaşdığı, qoruyub saxladığı, yaşatdığı və təbliğ etdiyi milli xüsusiyyətlər, adət-ənənələrin, milli-mənəvi dəyərlərin metodikanın tərkib hissəsinə çevrilməsi istiqamətində vahid konsepsiyanın vacibliyi, təhsil sahəsində tətbiq edilən yeniliklər, təhsil islahatları, təhsildə psixoloji xidmətin aparılması istiqamətində məruzələrlə çıxış ediblər.

Sonra Türkiyə Cümhuriyyətindən Zirvəyə təşrif buyuran qonaqlar-Niğde Ömer Halisdemir Universitetinin rektoru prof. Hasan Uslu, İzmir Yaşar Universitetinin prorektoru Hasan Atasoy, “Study in North Cyprus” Assosasiyasının təsisçisi Selman Arslanbaş, Ankara Atılım Universitetinin Beynəlxalq əlaqələr üzrə direktoru Özgün Özgər təhsilin inkişaf etdirilməsi istiqamətində dəyərli fikirləri ilə tədbirə rəng qatıblar.

Daha sonra “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, şəhid anası Tünzalə Abduləlimova çıxış edib. Qeyd edib ki, xalqımızın ən böyük dəyəri Azərbaycan torpağıdır, bu torpağın bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının yetişdirilməsi təhsil müəssisələrinin qarşısında dayanan vacib məsələlərdən biridir. O, Vətənə sədaqətli, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan gəncliyin yetişməsi istiqamətində aparılan işlərdə müəllimlərə uğur diləyib, dəvət üçün tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.

Bədii hissədə tədbirin aparıcısı, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İdarə Heyətinin üzvü, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Reyhan Miqdadqızının ifasında "Vətən" şeirini səsləndirilib.

VII Muğam Müsabiqəsinin diplomantı, xanəndə Mehranə Vəliqızının ifasında “Çırpınırdı Qara dəniz”, “Yaşa Azərbaycan” mahnıları dinlənilib.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

09/11/2024

1 təlim 2 sertifikat!
Türkiyə Cumhuriyəti Eskişehir Osmangazi Universitenin təşkilatçılığı ilə müəllimlər və pedaqoji təhsil alan bütün tələbələr üçün online STEAM təlimi.
Təlimin müddəti: 16 saat
Qruplar: 20-25 nəfər
Müdavimlərə Eskişehir Osmangazi Universiteti və Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən sertifikatlar veriləcək
Qeydiyyat linki: https://forms.gle/PeQhLJFwR16fuyW67
Əlavə məlumat üçün: 055 247 45 35

Photos from Telebe.az's post 17/09/2024

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti 06 oktyabr 2024-cü il tarixdə Nizami Kino Mərkəzində keçiriləcək “TəhsildəSƏN” adlı Sərgi-forumda tərəfdaş kimi çıxış edəcəkdir.
Biletləri əldə etməyə tələsin.
Qeyd: Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin üzvlərinə 20% güzəşt olunacaqdır.
(+994) 55 674 72 30 wp

Photos from Telebe.az's post 10/05/2024

🚀⚡️SEO xidməti sahəsində 7 ildən artıq təcrübəsi olan və bir sıra layihələrin gerçəkləşdirilməsində çox böyük əməyi keçmiş Məhəmməd İbadlı’nın rəhbərliyi altında başlamış start-up layihəsi olan “CodaPays”, koderlərə layiqli iş tapmaqda kömək edəcək. Çox yaxında sizinlə olacaq bu platforma, sizə münasib iş təkliflərini bir araya gətirərək, karyera hədəflərinizə çatmaqda dəstək olacaq.

✅🎯Bizi izləməyə davam edin ki, gələcək yeniliklərdən və təkliflərdən xəbərdar olasınız. İş dünyasında sizin üçün nələrin mümkün olduğunu kəşf edin!

Ətraflı məlumat ⬇️
📱 (055/050) 306-54-34
☎️ +994 12 441 04 21
🌐adas.az
📨[email protected]
📍 Azadlıq pr.192E (Bakı Sağlamlıq Mərkəzi ilə üzbəüz)

23/04/2024

Məktəblilər üçün "Eagles Olimpiada" Respublika Bilik Müsabiqəsinin yaz mərhəsinə qeydiyyat başladı.

30/06/2023

‼️ Dövlət Məşğulluq Agentliyi və ADAS-ın əməkdaşlığı ilə keçirilən Back-end üzrə peşə hazırlığına qeydiyyat başlayır.
İlkin görüntüdə onun əməyi görünməsə də, o olmasa heç nə tamamlanmayacaq.
Dərslərimizə qoşulun ki, yarımçıq qalan işi tamamlayasınız 😊

☎️ (055/050) 306-54-34
☎️ +994 12 441 04 21
🌐adas.az
📨[email protected]
📍Azadlıq pr.192E (Bakı Sağlamlıq Mərkəzi ilə üzbəüz)

29/06/2023

Dünya Təhsil Forumunun direktoru “Yeni çağırışlar”da

Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə “Yeni çağırışlar” müzakirə proqramında daha təhsilli gələcək barəsində danışılır.

28/06/2023

👉 Nomre1App ilə "Nömrə 1 YARIŞI"nda ÖDƏNİŞSİZ iştirak et! 😊
📢 Nomre1App ilə "Nömrə 1 Yarışı" bu gün aktiv olub. İmtahan Nomre1App ilə onlayn keçirilir. Gün ərzində və ya digər günlərdə də iştirak edə bilərsiniz. İmtahanda 2,3,4,5,6,7,8,9,10 və 11-ci sinif Azərbaycan və Rus bölməsi şagirdləri iştirak edə bilər.
▪️ İmtahan fənləri: Ana dili, riyaziyyat, məntiq, ingilis dili və həyat bilgisi/tarix.
📲 Play Store və App Storedə Nomre1App yazıb yükləyin.

27/06/2023

English Language Courses for July, August & September 2023
Location: London, UK
Course Type, Hours & Price:
- General English Price include Accommodation (Twin Room): 590GBP per Week (20 Lessons/15 Hours)
- General English Price include Accommodation (Single Room): 660GBP per Week (20 Lessons/15 Hours)

Package Duration: Minimum 2 Weeks
Starting Month: Any month on Monday
Class Size: Max. 8 - 15 students
English Levels of Applicants: Any level
Age Limit: minimum 12 or older

Ancillary Expenses
- Airport transfer: 120GBP for 1 way London Heathrow
- DHL Service cost for Invitation Letter: 120GBP (If needed)

For registration please contact by email [email protected] or via LinkedIn profile or WhatsApp number
Regarding visa application process we strongly advice all international students to register at least 2 months in advance the starting time of the course.

PS: We are as well will be happy to assist you on admission to Bachelor and Master Degree programs.

E-mail: [email protected]
Cell / WhatsApp: +41764316170
LinkedIn Profile: https://www.linkedin.com/in/fakhrinur-huseynli-574776223/

Want your school to be the top-listed School/college in Bakı?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Azadlıq Pr. 192E
Bakı
AZ1007