UNEC Ömürboyu Təhsil Mərkəzi - Lifelong Learning Center

UNEC Ömürboyu Təhsil Mərkəzi - Lifelong Learning Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNEC Ömürboyu Təhsil Mərkəzi - Lifelong Learning Center, Education Website, Bakı.

UNEC Lifelong Learning Center beynəlxalq yay məktəbləri, peşə hazırlığı kursları, sertifikat proqramları, korporativ təhsil, mini ixtisas proqramları, qısa və intensiv kursların tədrisini həyata keçirir.

19/06/2026

Əziz UNEC ailəsi!
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in 96 il yaşı tamam olur. 96 il ərzində UNEC on minlərlə peşəkar yetişdirərək ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr vermişdir. Bu zəngin tarix, əldə olunan nailiyyətlər və formalaşan ənənələr hər birimiz üçün böyük qürur mənbəyidir. Bu şərəfli yolun hər bir uğurunda universitetimizin professor-müəllim heyətinin, əməkdaşlarının, tələbələrinin və məzunlarının əməyi, zəhməti və fədakarlığı dayanır. Bu gün UNEC yalnız zəngin tarixi ilə deyil, həm də yenilikçi yanaşmaları, beynəlxalq uğurları və gələcəyə yönəlmiş inkişaf strategiyası ilə fərqlənir. Bu əlamətdar gündə bütün professor-müəllim heyətini, əməkdaşlarımızı, tələbələrimizi, məzunlarımızı və bütün UNECsevərləri təbrik edir, hər birinə möhkəm cansağlığı, yeni uğurlar və tükənməz enerji arzulayıram. Qoy UNEC bundan sonra da elm, təhsil və innovasiya sahəsində yeni zirvələr fəth etsin, dünyanın ən nüfuzlu universitetləri sırasında mövqeyini daha da gücləndirsin.
96 yaşın mübarək, əziz UNEC!
Bayramınız mübarək!
Hər şey daha da yaxşı olacaq!

15/06/2026

15 İyun – Milli Qurtuluş Günü - Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunduğu, müasir inkişaf yolunun müəyyənləşdirildiyi tarixi gündür.

28/05/2026

Xalqın milli-vətənpərvərlik ruhunun alovlanmasına təkan
verən gün - 28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən
əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda,
həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman
Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün
Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və
millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28
may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya
göstərdi. 108 yaşlı Azərbaycan Demokratik Cumhuriyyətinin
bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan
Respublikasında Müstəqillik Günü kimi təsbit olunmuşdur.

27/05/2026

Müqəddəs Qurban Bayramınız mübarək olsun.

22/05/2026
Photos from Rabitabank's post 21/05/2026
Photos from UNEC Ömürboyu Təhsil Mərkəzi - Lifelong Learning Center's post 21/05/2026

UNEC-də Özbəkistan Bank və Maliyyə Akademiyasının tələbələri üçün beynəlxalq təlim proqramı həyata keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Ömürboyu Təhsil Mərkəzinin təşkilatçılığı ilə Özbəkistan Respublikası Bank və Maliyyə Akademiyasının tələbələri üçün “Gənc Maliyyəçilər üçün İnkişaf Proqramı” uğurla yekunlaşıb.

Proqramın əsas məqsədi iştirakçıların maliyyə sektoru üzrə nəzəri və praktiki biliklərinin artırılması, onların beynəlxalq təcrübə və real iş mühiti ilə tanışlığının təmin edilməsi olub.

Təlimlər UNEC-in Bloomberg Maliyyə Laboratoriyasında təşkil olunub. Maliyyə bazarları istiqamətində təlimlər ABB Invest şirkətinin əməkdaşları tərəfindən tədris edilib və iştirakçılara maliyyə sektoru üzrə praktiki biliklər təqdim olunub.

İştirakçıların praktiki biliklərinin artırılması məqsədilə onların “SOFAZ” və “Rabitəbank”a səfərləri təşkil olunub, real iş mühiti və maliyyə sektorunun fəaliyyəti ilə bağlı praktiki məlumatlar təqdim edilib.

Proqram çərçivəsində iştirakçılar üçün Bakı şəhərinin tarixi və mədəni məkanlarını əhatə edən ekskursiya proqramı da təşkil olunub.

Təlim müddətində iştirakçılar UNEC-in rektoru, professor Ədalət Muradov ilə də görüşüblər. Görüş zamanı tələbələr onlar üçün yaradılmış şəraitə və proqramın yüksək səviyyədə təşkilinə görə təşəkkürlərini bildiriblər.

Sonda proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar UNEC-in tədris işləri üzrə prorektoru Gəray Musayev tərəfindən təqdim edilib.

UNEC Ömürboyu Təhsil Mərkəzi proqram çərçivəsində göstərdikləri dəstəyə görə ABB Invest şirkətinin əməkdaşlarına, həmçinin iştirakçıların işgüzar səfərlərinin təşkili və yaradılmış şəraitə görə “SOFAZ” və “Rabitəbank”a təşəkkürünü bildirir.

Photos from Ədalət Muradov's post 19/05/2026
10/05/2026

Bu gün müasir Azərbaycanın qurucusu, milli dövlətçilik ideologiyasının müəllifi və böyük Şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Dərin ehtiramla yad edirik...

Want your school to be the top-listed School/college in Bakı?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Bakı