18/09/2018
Xatırlayıram ki bir il öncə Teorem.az təqdimatı zamanı müəllimlər, şagirdlər, abituriyentlər, hazırlıq kursları və məktəblər üçün bu onlayn təhsil resursunun təklif etdiyi onlarla təhsil və imtahan xidmətləri sadalanırdı.
Birdən bir müəllim sual verdi ki bəs Teorem.az dan istifadə edib müəllimlər necə pul qazanacaqlar?
Baxmayaraq ki, bu onlayn təhsil platformasından muəllimlər xeyli faydalana bilirlər, artıq Teorem.az komandası ciddi bir yeniliyi, ayrıca Müəllim Platformasını başa çatdırmaq üzrədir.
Hər bir müəllim bu resursdan istifadə edərək mövcud standartlara uyğun öz kontentini, test bazasını , imtahan paketlərini formalaşdıra və müstəqil olaraq onlayn formada təhsil alanlara təklif edə biləcəklər.
Müəllimlər və təhsil alanlar arasında daha effektiv və sadə onlayn mexanizmlər hazırlanır.
Yeri gəlmişkən , artıq Teorem.az da qeydiyyat prosesi də bu gündən etibarən daha da sadələşdirilib.
Mobil telefona daxil olan SMS kodla da qeydiyyatı başa çatdırmaq mümkündür.