Ağdam rayon Baharlı-2 qəsəbə tam orta məktəbi

Ağdam rayon Baharlı-2 qəsəbə tam orta məktəbi Ağdam rayon Baharlı-2 qəsəbə tam orta məktəbi

26/08/2026

📢10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə prosesinə başlanılır

📌27 avqust saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə başlanılacaq.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

🗓️ Qeyd edək ki, 20 avqust saat 15:00-dan etibarən başlayan 2026–2027-ci tədris ili üzrə 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edən elektron yerdəyişmə prosesi davam edir.

❗Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

26/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji tərəfdaşlığa doğru inkişaf yolu

Cənab Prezident İlham Əliyevin 2026-cı il avqustun 23-də Daşkənddə səsləndirdiyi bəyanat Azərbaycan-Özbəkistan münasibətlərinin strateji tərəfdaşlıqdan daha yüksək səviyyəyə – hərtərəfli və qardaşlıq münasibətlərinə doğru inkişaf etdiyini göstərir.
Dövlət başçısı ilk növbədə Özbəkistanda son illərdə həyata keçirilən genişmiqyaslı islahatları və sürətli sosial-iqtisadi inkişafı yüksək qiymətləndirib. O, Daşkəndin və bütövlükdə Özbəkistanın sürətli inkişafını Prezident Şavkat Mirziyoyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirib. Bu yanaşma Azərbaycanın Özbəkistanın əldə etdiyi uğurlara verdiyi siyasi və mənəvi dəstəyi nümayiş etdirir.
Bəyanatda xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin inkişafıdır. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin yaxın illərdə 1 milyard dollara çatdırılması perspektivini real hədəf kimi təqdim edib. Qarşılıqlı investisiyaların, enerji, nəqliyyat, avtomobil sənayesi, kənd təsərrüfatı, turizm, bankçılıq və digər sahələrdə birgə layihələrin genişlənməsi münasibətlərin yalnız siyasi deyil, həm də möhkəm iqtisadi əsaslara söykəndiyini göstərir.
Prezidentin fikirlərindən aydın olur ki, Azərbaycan və Özbəkistanın inkişaf prosesləri bir-birini tamamlayır. Hər iki ölkənin iqtisadi potensialının artması qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirir. Bu baxımdan Mərkəzi Asiya ilə Azərbaycanın vahid geosiyasi və geoiqtisadi məkan kimi təqdim edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığının genişlənməsi də bu prosesin mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Bəyanatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında Özbəkistanın göstərdiyi dəstəyə də xüsusi yer ayrılıb. Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşası, Xankəndidə tikiş fabriklərinə investisiya yatırılması və digər layihələr Özbəkistanın Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq prosesinə verdiyi töhfənin göstəriciləridir. Bu fakt iki ölkə arasında münasibətlərin yalnız iqtisadi maraqlara deyil, qarşılıqlı həmrəylik və mənəvi bağlılığa da əsaslandığını nümayiş etdirir.
Prezident İlham Əliyevin “münasibətlər çox möhkəm – həm mənəvi, həm də maddi təməl üzərində qurulub” fikri bu əməkdaşlığın mahiyyətini ümumiləşdirir. Azərbaycan və Özbəkistan arasında tarixi, mədəni və mənəvi yaxınlıq iqtisadi və siyasi əməkdaşlıqla tamamlanır. Bu sintez isə ikitərəfli münasibətləri regionda fərqləndirən əsas xüsusiyyətlərdən biridir.
Daşkənddə keçirilmiş Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası da münasibətlərin institusional əsaslarının möhkəmləndiyini göstərir. Eyni zamanda, prezidentlərin qarşılıqlı təltif olunması iki dövlət başçısı arasında şəxsi dostluğun və dövlətlərarası münasibətlərin yüksək səviyyəsinin simvolik ifadəsi kimi qiymətləndirilə bilər.
Ümumilikdə, İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-Özbəkistan münasibətləri artıq ayrı-ayrı layihələrlə məhdudlaşmır. Qarşılıqlı investisiyalar, ticarət, enerji, nəqliyyat və sənaye əməkdaşlığı ilə yanaşı, iki ölkənin regional proseslərdə koordinasiyası da getdikcə artır. Qarşıya qoyulan konkret fəaliyyət planları və yeni layihələr bu münasibətlərin gələcəkdə daha da dərinləşəcəyinə əsas verir.
Beləliklə, Daşkənddə səsləndirilən fikirlər Azərbaycan və Özbəkistanın yalnız ikitərəfli əlaqələri inkişaf etdirmədiyini, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni iqtisadi və geosiyasi əlaqələrin formalaşmasına töhfə verdiyini göstərir. Prezidentin Özbəkistan Prezidentini Azərbaycana dövlət səfərinə dəvət etməsi isə bu strateji və qardaşlıq münasibətlərinin qarşıdakı dövrdə də yüksək dinamika ilə davam etdiriləcəyinə işarədir.

26/08/2026

Zəfər tariximiz – Laçın Şəhəri Günü! 🇦🇿

23/08/2026

📢 Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

🗓️ 24 avqust 2026-cı il saat 15:00-dan etibarən təlim-tərbiyə işləri üzrə direktor müavini və digər profillər üzrə direktor müavini vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu prosesinin elektron sənəd qəbulu mərhələsinə başlanılacaq. Namizədlər 27 avqust 2026-cı il saat 15:00-dək (miq.edu.az/muavin) linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

📌 Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müsabiqənin müsahibə mərhələsinə buraxılacaqlar. Namizədlər müsahibə mərhələsinə qaydalara uyğun olaraq ardıcıllıq əsasında dəvət ediləcəklər.

❗️ Nəzərinizə çatdırırıq ki, namizədlər müsahibə mərhələsində liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

📌 Qeyd edək ki, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərlə əmək münasibətləri qanunvericilikdə müəyyən olunmuş qaydada rəsmiləşdiriləcək.

🤝 Müsabiqədə iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

22/08/2026

Azərbaycan–Özbəkistan münasibətləri: qardaşlıqdan strateji müttəfiqliyə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü vəziyyətini və gələcək inkişaf perspektivlərini geniş şəkildə əks etdirir. Müsahibədə iki qardaş ölkə arasında tarixən formalaşmış dostluq və mənəvi yaxınlığın son illərdə dövlətlərarası strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi xüsusi vurğulanır.

Azərbaycan və Özbəkistan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərlə yanaşı, əsrlər boyu formalaşmış qarşılıqlı hörmət və rəğbət birləşdirir. Məhz bu möhkəm tarixi və mənəvi təməl üzərində qurulan münasibətlər son illərdə yeni məzmun qazanaraq çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Dövlət başçıları İlham Əliyev və Şavkat Mirziyoyev arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad da bu münasibətlərin inkişafında mühüm rol oynayır.

Son illərdə Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. Dövlət başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradıb. 2024-cü ildə Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər iki ölkənin strateji tərəfdaşlığının və müttəfiqlik münasibətlərinin hüquqi-siyasi əsaslarını daha da gücləndirib.

2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında mühüm institusional mexanizmə çevrilib. Şuranın fəaliyyəti iki ölkə arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinə imkan yaradır. Bu platformanın fəaliyyəti Azərbaycan və Özbəkistan arasında siyasi dialoqun ardıcıl və strateji xarakter daşıdığını nümayiş etdirir.

İki ölkə arasındakı münasibətlərin mühüm istiqamətlərindən biri də iqtisadi və ticari əməkdaşlıqdır. Son illərdə ticarət dövriyyəsində müşahidə olunan artım iqtisadi əlaqələrin sürətlə genişləndiyini göstərir. 2025-ci ildə Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsinin 795 milyon dollara çatması və əvvəlki illə müqayisədə üç dəfədən çox artması iqtisadi tərəfdaşlığın real göstəricilərindən biridir.

İnvestisiya sahəsində də mühüm addımlar atılıb. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması qarşılıqlı investisiyaların artırılması və birgə layihələrin maliyyələşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan şirkətləri Özbəkistanda, özbək şirkətləri isə Azərbaycanda müxtəlif sahələrdə layihələr həyata keçirirlər. Bu proses iki ölkənin iqtisadi potensiallarının bir-birini tamamladığını göstərir.

Sənaye kooperasiyası da Azərbaycan–Özbəkistan iqtisadi əməkdaşlığının diqqətçəkən istiqamətlərindəndir. Azərbaycanda “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalının həyata keçirilməsi iki ölkə arasında birgə istehsal imkanlarının genişləndirilməsi baxımından mühüm nümunədir. Eyni zamanda, Azərbaycanın Özbəkistanda həyata keçirdiyi hotel, yaşayış və turizm layihələri qarşılıqlı investisiya əməkdaşlığının yeni imkanlarını nümayiş etdirir.

Energetika sahəsində əməkdaşlıq da strateji əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan neft-qaz sektorunda birgə layihələr həyata keçirir, eyni zamanda bərpaolunan enerji istiqamətində yeni əməkdaşlıq imkanları formalaşdırırlar. Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi” gələcəkdə Mərkəzi Asiyanın yaşıl enerjisinin Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması baxımından mühüm perspektivlər açır. Bu təşəbbüs həm enerji təhlükəsizliyinə, həm də regionlararası əməkdaşlığın genişlənməsinə töhfə verə bilər.

Nəqliyyat və logistika sahəsində də Azərbaycan və Özbəkistanın maraqları üst-üstə düşür. Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi hər iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutların inkişafında təbii tərəfdaşlara çevirir. Orta Dəhlizin inkişafı və müxtəlif dəmir yolu layihələrinin bu marşrutla inteqrasiyası Azərbaycan və Özbəkistan arasında tranzit imkanlarının daha da genişlənməsinə şərait yarada bilər.

Azərbaycan–Özbəkistan əməkdaşlığının xüsusi istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində Özbəkistanın göstərdiyi dəstəkdir. Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin inşası, Füzulidə “Dostluq bağı”nın salınması qardaş Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına verdiyi dəstəyin konkret nümunələridir. Bu layihələr iqtisadi və sosial əhəmiyyətlə yanaşı, iki xalq arasında qardaşlığın rəmzi məzmununu da daşıyır.

Mədəni-humanitar sahədə əməkdaşlıq isə iki ölkə arasındakı münasibətlərin mənəvi dayaqlarını daha da möhkəmləndirir. Azərbaycan və Özbəkistanın mədəniyyət günləri, incəsənət festivalları, elmi tədbirləri və müxtəlif humanitar layihələri xalqların bir-birini daha yaxından tanımasına imkan yaradır. Özbəkistan Milli Pedaqoji Universitetinin böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması da ortaq mədəni irsin mühüm göstəricilərindən biridir.

Təhsil sahəsində qarşılıqlı əlaqələrin genişlənməsi gələcək nəsillər arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanlı və özbək tələbələrin qarşılıqlı olaraq hər iki ölkədə təhsil alması, Füzulidə Mirzə Uluqbəy adına məktəbin fəaliyyət göstərməsi bu istiqamətdə görülən işlərin əhəmiyyətini artırır.

Media və vətəndaş cəmiyyəti sahəsində keçirilən forumlar da ikitərəfli əlaqələrin daha geniş ictimai müstəviyə keçdiyini göstərir. Azərbaycan və Özbəkistan media nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə keçirilən tədbirlər informasiya və ictimai diplomatiya sahəsində qarşılıqlı əlaqələrin inkişafına xidmət edir.

İki ölkənin əməkdaşlığı Türk Dövlətləri Təşkilatı çərçivəsində də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan TDT-ni ortaq türk tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin qorunması ilə yanaşı, siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığının genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirirlər. Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv olması da Türk dünyasının ortaq irsinin qorunması istiqamətində mühüm addım kimi dəyərləndirilir.

Azərbaycan–Özbəkistan münasibətləri eyni zamanda daha geniş regional proseslərin mühüm tərkib hissəsidir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişafı və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakının təmin edilməsi Azərbaycanın regionla əlaqələrində yeni mərhələ yaradıb. Bunun nəticəsində Azərbaycan Cənubi Qafqazla Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin gücləndirilməsində daha fəal rol oynamaq imkanına malikdir.

Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır. Bu münasibətlər Türk dünyasının inteqrasiyası, regional nəqliyyat əlaqələrinin inkişafı, enerji təhlükəsizliyi, iqtisadi tərəfdaşlıq və humanitar əməkdaşlıq kimi daha geniş istiqamətləri əhatə edir.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən fikirlərdən aydın olur ki, Azərbaycan–Özbəkistan münasibətlərinin əsasını qarşılıqlı etimad, siyasi iradə, ortaq tarixi-mədəni irs və qarşılıqlı maraqlar təşkil edir. Bu möhkəm təməl üzərində qurulan müttəfiqlik münasibətlərinin gələcəkdə daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur.

Azərbaycan və Özbəkistanın qarşılıqlı səyləri nəticəsində formalaşan bu strateji tərəfdaşlıq iki xalqın rifahına xidmət etməklə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə və regionda sülh, sabitlik və davamlı inkişafın təmin olunmasına mühüm töhfə verə bilər.

17/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

15/08/2026

Naxçıvan təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi inkişaf istiqamətlərində yeni strateji mərhələyə qədəm qoyur

Cənab Prezident İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişafının əsas prioritetlərini, regionun Azərbaycanın ümumi iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik strategiyasındakı rolunu əhatə edən geniş məzmunlu siyasi və strateji mesajlarla yadda qalıb. Cənab Prezidentin Naxçıvana 17-ci səfərinə xüsusi əhəmiyyət verməsi onun muxtar respublikanın inkişafına davamlı diqqətinin göstəricisi kimi qiymətləndirilə bilər. Müsahibədə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi, yeni sənaye müəssisələrinin yaradılması, infrastrukturun yenilənməsi, kənd təsərrüfatının inkişafı, sosial xidmətlərin genişləndirilməsi və turizm imkanlarından daha səmərəli istifadə məsələləri ön plana çəkilib. Bu baxımdan Naxçıvan Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Parkın tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşasının nəzərdə tutulması Naxçıvanın yalnız sənaye potensialının deyil, həm də enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Qarşıdakı dövrdə Naxçıvanın enerji istehsal edən və eyni zamanda elektrik enerjisini ixrac edən regiona çevrilməsi əsas hədəflərdən biri olacaq. Naxçıvanın enerji potensialı müsahibənin ən mühüm istiqamətlərindən biri olub. Prezident İlham Əliyev muxtar respublikanın günəş və su enerjisi baxımından böyük imkanlara malik olduğunu vurğulayıb. 600 hektardan artıq ərazidə yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının yaradılması planları Naxçıvanın gələcəkdə Azərbaycanın yaşıl enerji strategiyasında daha mühüm yer tutacağını göstərir. Günəş enerjisi istehsalının potensialının ən azı 500 meqavat, perspektivdə isə 1000 meqavata qədər yüksələ biləcəyinin qeyd edilməsi bu istiqamətin miqyasını nümayiş etdirir. Eyni zamanda, Naxçıvanda enerji təhlükəsizliyinin yalnız daxili tələbatın ödənilməsi ilə məhdudlaşdırılmadığı görünür. Muxtar respublikanın Türkiyə və İran istiqamətində elektrik enerjisi ixracı imkanlarının genişləndirilməsi, gələcəkdə Avropa bazarlarına çıxış perspektivlərinin nəzərdən keçirilməsi Naxçıvanı daha geniş enerji coğrafiyasının mühüm hissəsinə çevirə bilər. Bu məqsədlə ötürücü xətlərin gücləndirilməsi və ən azı 100 meqavatlıq batareya saxlanc qurğusunun yaradılması planlaşdırılır.
Müsahibədə enerji təhlükəsizliyi ilə yanaşı, Naxçıvanın müdafiə potensialının gücləndirilməsi də strateji prioritet kimi təqdim olunur. Əlahiddə Ordunun yaradılması və onun müasir hərbi texnika və yeni komando qüvvələri ilə təchiz edilməsi Naxçıvanın xüsusi coğrafi mövqeyi ilə əlaqələndirilir. Naxçıvanın təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizlik sisteminin ayrılmaz hissəsi kimi qəbul edilir və bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcək.
Müsahibənin ən geniş siyasi-strateji hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı olub. Prezident İlham Əliyev bu layihənin təşəbbüskarının Azərbaycan olduğunu və əsas məqsədin ölkənin əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması olduğunu bildirib. Onun təqdim etdiyi tarixçəyə əsasən, 2020-ci il üçtərəfli bəyanatından sonra bu istiqamətdə uzun müddət praktiki irəliləyiş əldə edilməyib, lakin sonrakı diplomatik proseslər nəticəsində layihənin həyata keçirilməsi üçün yeni imkanlar yaranıb. TRIPP layihəsinin gündəmə gətirilməsi Zəngəzur dəhlizinə artıq yalnız regional nəqliyyat layihəsi kimi deyil, daha geniş beynəlxalq nəqliyyat və logistika sisteminin tərkib hissəsi kimi yanaşıldığını göstərir. Bu kontekstdə Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm logistika mərkəzinə çevrilməsi perspektivi xüsusi diqqət çəkir. Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi və dəmir yolunun tikintisinin davam etdirilməsi də bu strategiyanın praktiki tərəfini göstərir. Naxçıvan dəmir yolunun 194 kilometr uzunluğunda, daha yüksək yükaşırma qabiliyyətinə uyğun şəkildə yenidən qurulmasının nəzərdə tutulması layihənin yalnız sərnişin daşımaları deyil, böyük həcmdə beynəlxalq yükdaşımaları üçün planlaşdırıldığını göstərir. İlkin mərhələdə mövcud 1,5 milyon tonluq yükaşırma imkanının kifayət etdiyi, lakin uzunmüddətli perspektivdə 15 milyon tona qədər yük daşınmasının hədəfləndiyi bildirilir. Zəngəzur dəhlizinə yalnız avtomobil və dəmir yolu layihəsi kimi baxılmaması müsahibənin mühüm məqamlarından biridir. Prezident elektrik xətləri, fiber-optik kabellər, gələcəkdə isə neft-qaz kəmərlərinin də bu marşrutdan keçə biləcəyini bildirib. Belə yanaşma dəhlizin nəqliyyat layihəsindən daha geniş, çoxşaxəli regional kommunikasiya platformasına çevrilə biləcəyini göstərir. Enerji dəhlizi məsələsi xüsusilə diqqət çəkir. Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi ideyası həm Naxçıvanın enerji təminatının şaxələndirilməsi, həm də regionun enerji sistemlərinin bir-birinə bağlanması baxımından əhəmiyyətlidir. Bu layihənin gələcəkdə Türkiyə və Avropa istiqamətində enerji ötürülməsi imkanlarını genişləndirə biləcəyi vurğulanır. Müsahibədə Naxçıvanın iqtisadi inkişafı ilə nəqliyyat və enerji layihələri arasında birbaşa əlaqə yaradılır. Nəqliyyat dəhlizlərinin fəaliyyətə başlaması nəticəsində yükdaşımaların artması, yeni iş yerlərinin açılması, iqtisadi fəallığın yüksəlməsi və Naxçıvanın regional logistika mərkəzinə çevrilməsi gözlənilir. Bu isə muxtar respublikanın iqtisadi potensialının daha geniş coğrafiyaya inteqrasiyasını təmin edə bilər. Sosial-iqtisadi inkişafla bağlı açıqlanan tədbirlər də kifayət qədər genişdir. 217 müasir rayonlararası avtobusun alınması, 420 kilometr müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri, suvarma sistemlərinin genişləndirilməsi, artezian quyularının qazılması, uşaq bağçalarının tikintisi və təmiri kimi layihələr əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib. Naxçıvan şəhərində ictimai nəqliyyatın elektrik avtobusları hesabına yenilənməsi isə şəhər nəqliyyatının ekoloji baxımdan modernləşdirilməsinə xidmət edir. Kənd təsərrüfatı da Naxçıvanın inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi təqdim olunur. Dövlət proqramında Naxçıvana xüsusi yer ayrılması və suvarma layihələrinin genişləndirilməsi kənd təsərrüfatı üçün istifadə olunmayan torpaqların dövriyyəyə cəlb edilməsinə imkan verə bilər. Bu siyasətin nəticəsində kənd təsərrüfatı istehsalının və məşğulluğun artması gözlənilir. Müsahibədə Naxçıvanın tarixi və mədəni irsinin qorunmasına xüsusi diqqət yetirilməsi də mühüm mesajdır. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi və digər tarixi-mədəni abidələrin konservasiyası göstərir ki, regionun inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Milli kimlik, tarix, mədəniyyət və memarlıq irsinin qorunması inkişaf siyasətinin ayrılmaz hissəsi kimi təqdim edilir. Turizm də Naxçıvanın gələcək iqtisadi inkişafında perspektivli sahə kimi qiymətləndirilir. Tarixi abidələr, təbii landşaft, təmiz hava və zəngin mədəni irs regionun turizm imkanlarını artırır. Bununla belə, mehmanxana infrastrukturunun yetərli olmaması əsas problemlərdən biri kimi göstərilir. Şəhər mərkəzində beşulduzlu yeni mehmanxananın inşasına başlanılması bu problemin həlli istiqamətində atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Prezidentin çıxışında Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi xüsusi siyasi və idarəetmə mesajı daşıyır. Bu yanaşma üç region arasında iqtisadi, infrastruktur və idarəetmə baxımından daha sıx əlaqələrin formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda, Naxçıvanın muxtar respublika statusunun qorunacağı xüsusi vurğulanır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan Prezidentin xüsusi nümayəndəlik institutunun Naxçıvanda da tətbiq edilməsi idarəetmə islahatlarının mühüm elementidir. Burada məqsəd idarəetmənin daha çevik və koordinasiyalı həyata keçirilməsi, dövlət layihələrinin icrasına nəzarətin gücləndirilməsi və regionun inkişaf proseslərinin vahid strategiya əsasında idarə olunmasıdır. Naxçıvanda təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, enerji və nəqliyyat imkanlarının genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və idarəetmənin təkmilləşdirilməsi paralel şəkildə həyata keçiriləcək. Bu yanaşma Naxçıvanın həm Azərbaycanın daxili inkişaf sistemində, həm də daha geniş regional geosiyasi və iqtisadi məkanda rolunun əhəmiyyətli dərəcədə artmasına zəmin yarada bilər.

12/08/2026

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

11/08/2026
11/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

Address

Baharlı

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994504633968

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam rayon Baharlı-2 qəsəbə tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category