Bala Şahağac Kənd Ümumi Orta Məktəbi

Bala Şahağac Kənd Ümumi Orta Məktəbi

Share

Bala Şahağac Kənd Ümumi Orta Məktəbi

Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 24/10/2025
Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 24/10/2025

24.10.2025-ci il tarixdə Bala Şahağac kənd ümumi orta ümumtəhsil məktəbində 4-cü sinifdə Tədris dili və riyaziyyat fənlərinin tədrisi vəziyyətini öyrənmək məqsədi ilə monitorinq keçirildi. Yoxlama həm də şagirdlərdə cavab kartı ilə daha da sərbəst işləmək bacarığını yüksəltmək məqsədi daşıyırdı.

Photos from Araz Pashayev's post 15/10/2025
07/10/2025

Diqqət!
Bala Şahağac kənd ümumi orta ümumtəhsil məktəbində hər həftənin ikinci günü saat 14:30-dan 16:30-dək vətəndaş qəbulu keçiriləcək. Hər hansı məsələ ilə bağlı göstərilən tarixdə müraciət edə bilərsiniz.

Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 26/09/2025

26.09.2025-ci il tarixdə Bala Şahağac kənd ümumi orta ümumtəhsil məktəbində "27 sentyabr Anım Günü" tədbiri keçirildi. Tədbir Dövlət Himni ilə açıldı və sonra şəhidlırimizi əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə 44 günlük Vətən müharibəsi zamanı qəhrəman oğullarımızın misilsiz şücaətindən məlumatlar verildi. Tədbirin sonunda isə videoçarxlar nümayiş etdirildi.

Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 15/09/2025

15 sentyabr 2025-ci il tarixində Bala Şahağac kənd ümumi orta ümumtəhsil məktəbində II - IX siniflərdə ilk saatlar "Konstitusiya və Suverenlik ili"çərçivəsində keçirilən tədbirlərə həsr olundu. Tədbirlərdə Dövlətimizin suverenliyinin qazanılmasında xalqımızın gördüyü misilsiz işlərdən danışıldı. Dövlətin əsas atributlarından olan Konstitusiyamızın bizə verdiyi hüquqlar barəsində şagirdlərə mühüm məlumatlar verildi. Şagirdlərin mövzu barəsindəki təəsürat və düşüncələri dinlənildi.

Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 09/09/2025

09 sentyabr 2025-ci il tarixində Bala Şahağac kənd ümumi orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilinin ilk pedaqoji şura iclası keçirildi. İclasda 2024-2025-ci tədris ilinə dair hesabat təqdim olundu, 4, 6 və 9-cu siniflərdə keçirilən imtahaların nəticələri və bir sıra cari məsələlər müzakirə olundu

04/07/2025

Məktəbimizin 9-cu sinif məzunu Şahverdiyev Mərdan Abbas oğlu buraxılış imtahanında 287 balla rayon üzrə ən yüksək nəticə göstərərək fərqlənmə attestatına layiq görülmüşdür. Şagirdimizi bu uğur münasibəti ilə ürəkdən təbrik edir, gələcək təhsilində ona müvəffəqiyyət arzulayırıq.

27/05/2025

Məktəbimizin IX sinif şagirdi Mərdan Şahverdiyev buraxılış imtahanından 287 bal toplayaraq yüksək nəticə göstərmişdir. Şagirdimizi bu uğur münasibətilə ürəkdən təbrik edirik.

Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 10/03/2025

10 mart 2025-ci il tarixində Bala Şahağac kənd ümumi orta məktəbində "Erkən nikah və qohumlar arasındakı nikahın mənfi nəticələri" mövzusunda tədbir keçirildi. Tədbirdə erkən nikahın və qohumlar arasındakı nikahın törətdiyi fəsadlar barədə şagirdlərə geniş məlumat verildi, hamıya belə hallara qarşı mübarizə aparmaq tövsiyyə olundu.

Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 09/03/2025

07 mart 2025-ci il tarixində Bala Şahağac kənd ümumi orta məktəbin biologiya müəllimi Leyla Şahverdiyevanın təşkilatçılığı ilə şagirdlərə "Sağlamlığın qurunması, sağlam qidalanmanın təbliği" mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə insan sağlamlığında düzgün qidalanmanın əhəmiyyətləri barədə geniş müzakirələr aparıldı, şagirdləri düşündürən suallar cavablandırıldı.

Photos from Bala Şahağac Kənd Ümumi Orta Məktəbi's post 07/03/2025

05 mart 2025-ci il tarixində Bala Şahağac kənd ümumi orta məktəbində VIII və IX sinif şagirdləri üçün məktəin psixoloqu Həsrət Əhmədov və UB rəhbəri Sevgül Eynullayevanın təşkilatçılığı ilə "Reproduktiv sağlamlıq və sağlam həyat tərzi" mövzusunda maarfləndirmə tədbiri keçirildi. Mövzu ətrafında geniş müzakirələr aparıldı, şagirdləri düşündürən suallar onlara izah olundu.

Want your school to be the top-listed School/college in Astara?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Bala Şahağac
Astara
AZ0714

Opening Hours

Monday 07:30 - 17:00
Tuesday 07:30 - 17:00
Wednesday 07:30 - 17:00
Thursday 07:30 - 17:00
Friday 07:30 - 17:00
Saturday 08:30 - 12:00