30/05/2023
Məktəbimizin VII sinif şagirdi Səmədzadə Səbinə Aqşin qızı Budo döyüş növləri üzrə beynəlxalq çempionatda 13-14 yaşlılar arasında K-1 versiyasında 40 kq çəkidə yarışaraq 1-ci yerə layiq görülmüşdür.
Şagirdimizi təbrik edir,uğurlar arzu edirik.
30/05/2023
Laçın şəhəri yeni simasına qovuşur
Laçın şəhəri yeni simasına qovuşurMay ayının 27 və 28-də Prezident İlham Əliyevin Laçına səfəri, orada doğma yurd-yuvasına qayıdan sakinlərlə görüşü, sadə insanların yanında olması bir daha onun Azərbaycanın güclü lideri olmasının sübutudur. Bu baxımdan, dövlətimizin başçısının rayonlarda çoxsaylı təməlqoyma mərasimləri və açılışlarda iştirakı, xüsusilə ilk 20 ailənin Laçında məskunlaşması müstəqillik günündə onun xalqımıza hədiyyəsidir. Bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər möhkəm olmasını bir daha göstərir.
Həmin gün ilk 20 ailə Laçında yerləşdirildi və cənab prezident onlara evlərinin açarlarını şəxsən özü təqdim etdi, onlarla bu sevinci birlikdə yaşadı. Görüş zamanı bildirildi ki, cəmi 7-8 ay ərzində Laçının böyük hissəsi tamamilə yenidən qurulub. İyun ayının sonuna qədər bura əlavə bir çox ailələr qayıdacaq. Birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlasaçaqdır. Bütövlükdə Laçında 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilərlər.
Prezident İlham Əliyev Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin həmçinin Xosrov bəy Sultanov, Zəngəzur, Bir Dekabr küçələrində lövhələrin açılış mərasimində iştirak etdi, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət İşğal və Zəfər Muzeyinin təməlini qoydu.
Laçında İşğal və Zəfər Muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətinin və ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, Azərbaycanın haqq səsini bütün dünyaya çatdıracaqdır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə yeni ab-hava var. Mənfur düşmənin əsarətindən xilas olan bütün yurd yerlərimizə yenidən həyat verilir. Düşmən üzərindəki tarixi Qələbəmizdən sonra ölkə başçısı dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edərək bildirir ki, Qarabağda bütün infrastruktur bərpa olunacaq.
Prezidentimizin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisədir. İndi həmin ərazilərdə tikinti- abadlıq, yenidənqurma işləri geniş vüsət alıb.
Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarında şad-firavan yaşayacaqlar.
Laçında bütün lazımi şərait yaradılır. Hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun. Tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq və onlarla müəssisənin yaradılması nəzərdə tutulur.
Bu gün Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması müstəqil respublikamızın gücünün bir daha göstəricisidir. Cənab prezidentimizin də qeyd etdiyi kimi, "Bu gün nə müstəqillikdən, nə başqa bir şeydən heç kim artıq söhbət açmır. Ona görə ki, biz haqlıyıq və ona görə ki, biz mövqeyimizdən kənara bir addım belə atmırıq".
22/05/2023
20 may 2023-cü il tarixdə keçirilən Təhsil festivalı məktəb şagirdlərimizin və müəllimlərin böyük marağına səbəb olmuşdur.
14/04/2023
Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
- - -
Aprelin 15-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçiriləcək.
Qeyd edək ki, test imtahanı mərhələsi Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəbdə (ünvan: Lənkəran ş. A.Mahmudov küç. döngə 1 ) keçiriləcək.
İmtahanın keçirilmə müddəti 80 dəqiqədir. Namizədlərə tənqidi oxu bacarığı üzrə 15, riyazi və məntiqi düşünmə üzrə 15, təhsil qanunvericiliyi üzrə 15 sual olmaqla 45 test tapşırığı təqdim ediləcək.
İmtahan saat 11:00-da başlayacaq.
İmtahanda iştirak edəcək namizədin imtahanın keçiriləcəyi binaya daxil olarkən şəxsiyyəti təsdiq edən sənədinin üzərində olmağı mütləqdir.
Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak hüququ qazanan namizədlərin mobil telefon nömrələrinə sms vasitəsilə məlumat göndərilib.
Bütün namizədlərə uğurlar arzulayırıq!
12/04/2023
Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Müttəfiqlik münasibətləri. Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir.
Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.
Müttəfiqlik münasibətlərini konkret məzmunla zənginləşdiririk. Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yükdaşımaların artırılması əməkdaşlığın perspektivliyini təmin edirlər.
Əmtəə dövriyyəsi milyard dollara çatmalıdır. Biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsini artırmalıyıq.
Beynəlxalq müstəvidə qarşılıqlı dəstək. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, bütün məsələlərə dair bir-birini dəstəkləyir. Xüsusən ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir-birimizi dəstəkləyir. Bu, uzun illər boyu bizim münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb. Bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır.
Ədalətli sülhün önəmli şərtləri. Suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək.
Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir. Qazaxıstan beynəlxalq arenada nüfuza və prinsipial mövqeyə malikdir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir.
07/04/2023
7 aprel 2023-cü il tarixdə məktəb rəhbərliyi və fənn müəllimlərinin iştirakında 9-cu sinif şagirdləri ilə imtahan öncəsi motivasiya xarakterli psixoloji söhbət aparılmışdır .
07/04/2023
Ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Həmin təşəbbüsə uyğun olaraq fevralın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən seçkilər 2018-ci il aprelin 11-nə təyin edildi.
Bununla bağlı AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, Qafqazşünaslıq İnstitutunun direktoru professor Musa Qasımlının “2018-ci il 11 aprel tarixli növbədənkənar prezident seçkiləri və zəfərimiz” sərlövhəli məqaləsini təqdim edir.
Nə üçün növbədənkənar prezident seçkiləri?
Növbədənkənar prezident seçkilərinin keçirilməsini bir sıra amillər şərtləndirmişdi. Hər şeydən əvvəl, Azərbaycan ərazilərinin uzun illər boyu davam edən işğalına tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Digər tərəfdən, yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını irəli sürürdü. Regional və qlobal miqyasda proqnozlaşdırılmayan proseslər getdiyindən keçirilən demokratik seçkilər həm də Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirəcəkdi.
Prezident seçkiləri Azərbaycanın dövlət müstəqilliyi tarixində əhəmiyyətinə görə ən taleyüklü hadisələrdən biri idi. Ölkənin kifayət qədər güclənməsi, regional proseslərdə həlledici söz sahibinə çevrilməsi və beynəlxalq proseslərə təsir imkanları qazanması seçkilərə beynəlxalq diqqəti artırırdı. Seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı.