23/04/2023
20 aprel 2023-cü il tarixində Peşə təmayüllü siniflər layihəsinin cənub zonası üzrə "Heydər Əliyev ili"nə həsr olunmuş ”Bacarıqlı əllər, sevən ürəklər” sosial layihəsi Lənkəran rayon O.Mirzəyev adına qarışıq tipli uşaq evində baş tutub.
Tədbirdə Lənkəran, Astara, Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən peşə təmayüllü siniflərində təhsil alan şagirdlər təhsil aldıqları ixtisaslara uyğun müxtəlif əşyalar hazırlamış, uşaqlara kitab və başqa hədiyyələr təqdim olunmuş, sonda isə masterklasslar, əyləncəli şoular təşkil edilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti və Lənkəran - Astara Regional Təhsil İdarəsindən məsul şəxslərdə iştirak edib.