Şəmkir STEAM Mərkəzi

Şəmkir STEAM Mərkəzi Elm və Təhsil Nazirliyinin STEAM layihəsinin Şəmkir STEAM Mərkəzi

📢 STEAM Mərkəzlərində keçirilən təlim proqramında iştirak edən şagirdlərin sertifikatları saytda yerləşdirilib.📌 Qeyd ed...
20/08/2026

📢 STEAM Mərkəzlərində keçirilən təlim proqramında iştirak edən şagirdlərin sertifikatları saytda yerləşdirilib.

📌 Qeyd edək ki, ölkə üzrə 1500-dən çox şagirdin qatıldığı bu böyük proqramda Şəmkir STEAM Mərkəzinin fəal şagirdləri də yer alıb. Mərkəzimizdə keçirilən sonuncu təlim proqramında ümumilikdə 100-dən çox şagird iştirak edərək STEAM bacarıqlarını inkişaf etdirmək üçün unudulmaz təcrübə qazanıblar.

Təlimləri uğurla başa vuran bütün şagirdlərimizi ürəkdən təbrik edirik!

Sertifikatları əldə etmək üçün: ⤵️
🔗 www.certificate.steam.edu.az

📢 Şəmkir STEAM Mərkəzində yeni təlim qruplarına qeydiyyat davam edir!👉 Təlim proqramları ilə tanış olmaq və qeydiyyatdan...
20/08/2026

📢 Şəmkir STEAM Mərkəzində yeni təlim qruplarına qeydiyyat davam edir!

👉 Təlim proqramları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün:
🌐 https://steam.edu.az/az/registration
📞 Əlaqə: +994 51 226 72 27
🗓 Son qeydiyyat tarixi: 31 avqust

Təlim modulları:

🔹 Kodlaşdırma laboratoriyası (CodeLab): 8–10 yaşlı şagirdlər üçün alqoritmik düşünmə və proqramlaşdırmanın əsasları
🔹 Yaradıcılıq və incəsənət laboratoriyası (ArtLab): 9–12 yaşlı şagirdlər üçün dizayn, incəsənət və STEAM yanaşmasını birləşdirən yaradıcılıq fəaliyyəti
🔹 Məntiqi labirintlər (Logical Mazes): 8–10 yaşlı şagirdlər üçün məntiqi düşünmə, problem həll etmə və strategiya bacarıqları
🔹 Proqramlaşdırılan sistemlər (Programmable systems): 10–16 yaşlı şagirdlər üçün proqram təminatı vasitəsilə ağıllı və avtomatlaşdırılmış sistemlərin qurulması
🔹 CAD texnologiyaları (CAD Technologies): 13–15 yaşlı şagirdlər üçün 3D dizayn və modelləşdirmə bacarıqları
🔹 CNC texnologiyaları (CNC Technologies): 13–15 yaşlı şagirdlər üçün rəqəmsal dizaynların real fiziki məhsullara çevrilməsi
🔹 Süni intellekt (AI): 14–17 yaşlı şagirdlər üçün kompüter görməsi, obyekt tanıma və süni intellektin əsasları
🔹 Mexatronika və robototexnika (Mechatronics and robotics): 10–16 yaşlı şagirdlər üçün mexanika, elektronika və proqramlaşdırma əsasında robot sistemlərinin qurulması
🔹 Dron texnologiyaları (Drone technologies): 10–16 yaşlı şagirdlər üçün dronların quruluşu, idarə olunması və uçuş prinsipləri
🔹 Robotlarla öyrən (Robochallenge): 10–16 yaşlı şagirdlər üçün robot modelləri üzərindən əyləncəli və praktik öyrənmə

📢 STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühən...
10/08/2026

📢 STEAM Mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı!

Gələcəyin texnologiyalarını öyrənmək, yaradıcılıq və mühəndislik bacarıqlarını inkişaf etdirmək istəyən şagirdlər üçün yeni imkan! 🚀

STEAM Mərkəzlərində keçirilən təlim proqramları vasitəsilə məktəblilər real layihələr üzərində işləyərək praktiki bilik və bacarıqlar əldə edirlər.

👉 Təlim proqramları ilə tanış olmaq və qeydiyyatdan keçmək üçün:
🌐 https://steam.edu.az/az/registration
📞 Əlaqə: +994 51 226 72 27

🗓 Son qeydiyyat tarixi: 31 avqust

05/08/2026

📢 Mərkəzimizdə böyük maraqla qarşılanan İncəsənət laboratoriyası (ArtLab) modulunu uğurla başa vuran istedadlı şagirdimiz Cihan Sadıqov rəqəmsal bacarıqlarını nümayiş etdirərək özünün "Xatirələri oyadan sehrli melodiya" adlı animasiya filmini ərsəyə gətirib.

Təlim müddətində texnologiya ilə incəsənətin vəhdətini mənimsəyən şagirdlərimiz ilkin mərhələdə mövzuya uyğun ssenari yazmağı və Storyboard, yəni vizual lövhə hazırlamağı öyrənirlər. Daha sonra isə Stop Motion texnologiyası vasitəsilə kadr-kadr çəkilişlər edərək CapCut proqramında video montaj, səs və vizual effektlərin tətbiqi prinsiplərinə dərindən yiyələnirlər. Təqdim olunan videoda şagirdimiz Cihan ArtLab təlimi çərçivəsində keçdiyi yaradıcılıq yolu və qazandığı rəqəmsal təcrübələr haqqında ətraflı məlumat verir, daha sonra isə böyük əməklə hazırladığı animasiya filmini təqdim edir.

Şəmkir STEAM Mərkəzi olaraq şagirdimizə uğurlar arzulayır və onun təlim prosesindən hazırladığı bu videoçarxı və animasiya filmini payıaşırıq.

Hörmətli Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin rəhbərliyi və kollektivi!Mərkəzimiz haqqında yaz...
03/08/2026

Hörmətli Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin rəhbərliyi və kollektivi!

Mərkəzimiz haqqında yazdığınız xoş sözlərə görə təşəkkürümüzü bildiririk! Dərslərimizdə böyük həvəs və yüksək intizam nümayiş etdirən şagirdlərinizlə biz də qürur duyuruq.

Şagirdlərinizə və kollektivinizə növbəti tədris ilində uğurlar!

Hörmətlə,
Şəmkir STEAM Mərkəzi

02/08/2026

📢 Şəmkir STEAM Mərkəzində 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə kiçik bir STEAM layihəsi həyata keçirilib.

Mərkəzimizdə yay təlimlərinə qoşulan Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbimin şagirdləri Nurlan və Məhəmməd "Optik illüziya dəsti"ndən istifadə edərək "Öz kinoproyektorunu yarat" layihəsini icra ediblər. Onlar dəstə daxil olan fırlanan disk, fırlanan mil və qara kağız çərçivəli lenti birləşdirərək öz film çarxlarını yaradıblar. Ağ kağız lent üzərində at şəklinin ardıcıl hərəkət kadrları qara kağız çərçivəyə yerləşdirilərək çarx döndərilib. Qara kağız çərçivədən lentə baxan şagirdlər çarxın fərqli sürətlə fırladılmasının alınan görüntüdə necə fərq yaratdığını müşahidə ediblər.

Bu təcrübə ilə şagirdlər kinoproektorda kadrların bizim gözümüzün "görmənin davamlılığı" xüsusiyyətinə uyğun olaraq hərəkət etdiyini öyrəniblər. Filmlərdə də bu prinsipdən istifadə olunur. Film lenti saniyədə 24 kadr sürətlə hərəkət edir və buna görə də bu görüntülər davamlı vizual görüntü yaradır.

Bu layihəni böyük maraqla qarşılayan şagirdlər sonda milli kinomuzun incilərindən olan "Sehrli xalat" və tarixi-qəhrəmanlıq janrlı "Koroğlu" filmlərindən maraqlı fraqmentlər izləyiblər.

01/08/2026

📢 Şəmkir STEAM Mərkəzində təlim keçən məktəbli yay tətilində süni intellektlə qısa animasiya filmi çəkib

Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin şagirdi Nigar Tanrıverdili mərkəzimizdə mart-aprel aylarında təşkil olunan İncəsənət və yaradıcılıq laboratoriyası (ArtLab) təlim proqramını bitirib. Təlim müddətində "Storyboard" hazırlamağı, ssenari yazmağı, StopMotion texnologiyası ilə kadrları çəkməyi və CapCut proqramı ilə montaj etməyi öyrənən şagirdimiz, yay tətilində öyrəndiyi bacarıqları süni intellekt texnologiyasına tətbiq edib. O, süni intellekt platformasından istifadə edərək öz yazdığı ssenari və çəkdiyi rəsmlər əsasında müstəqil şəkildə qısa animasiya filmi hazırlayıb, öz səsi ilə səsləndirib.

Şagirdimizin nümayiş etdirdiyi bu praktiki fəaliyyət STEAM təhsilinin incəsənət və texnologiya sahələri ilə birləşməsinin ən gözəl nümunəsidir. Nigar Tanrıverdilinin dərslərdə öyrəndiyi bacarıqlar onun süni intellektə düzgün tapşırıqlar verərək rejissorluq etməsində əsas rol oynayıb.

Şəmkir STEAM Mərkəzi olaraq şagirdimizə yeni yaradıcılıq uğurları arzulayırıq.

31/07/2026

📢 Şəmkir STEAM Mərkəzində keçirilən növbəti təlim proqramı başa çatıb! 🚀

Müxtəlif yaş qruplarını əhatə edən bu proqram ərzində şagirdlər innovativ təlimlərə qatılaraq robototexnika, proqramlaşdırma, mühəndislik və yaradıcı layihələr üzrə bilik və bacarıqlara yiyələniblər.

Mərkəzimizdə keçirilən "ArtLab" təliminin şagirdləri təlim boyunca əldə etdikləri bilikləri yoxlamaq üçün interaktiv fəaliyyətə cəlb olunublar. Proqramın son dərsində öyrənilənlərin ümumiləşdirilməsi və mənimsənilmə dərəcəsinin qiymətləndirilməsi məqsədilə Kahoot platforması vasitəsilə maraqlı yarışma təşkil edilib. Şagirdlərin böyük həvəslə qoşulduğu bu test sayəsində dərs həm əyləncəli, həm də yaddaqalan anlarla yekunlaşıb.

STEAM təhsilinin imkanlarından yararlanaraq müasir texnologiyaların sirlərinə yiyələnən bütün şagirdlərimizi təbrik edir, onlara gələcək təhsillərində, yaradıcı ideyalarında və innovativ addımlarında sonsuz uğurlar arzulayırıq!

28/07/2026

📢 28.07.2026-cı il tarixdə Qarabağ iqtisadi zonasında yerləşən Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026”nın mükafatlandırma mərasimi keçirilib.

Festivalda şagirdimiz Turxan Eyler və onu iştirak etdiyi "İMF Team" komandası "Startap" (Aerospace) kateqoriyası üzrə dəniz sərhədlərinin havadan təhlükəsizliyini, ekoloji monitorinqini və otonom axtarış-xilasetmə işlərini təmin edən "AEROSEA GUARDIAN" layihəsi ilə münsiflər heyətinin və beynəlxalq mütəxəssislərin yüksək qiymətini qazanıb və bu yenilikçi layihə yüksək mühəndislik göstəriciləri ilə birinci yerin qalibi olaraq qızıl medala layiq görülüb.

Mükafatlandırma mərasimindən görüntüləri təqdim edirik.📹 ⤵️

📢 Şagirdimiz Beynəlxalq Aerokosmik Festivalın birincisi olub!Gənclər və İdman Nazirliyi, ASAN Xidmətin “İnnovasiyalar Mə...
28/07/2026

📢 Şagirdimiz Beynəlxalq Aerokosmik Festivalın birincisi olub!

Gənclər və İdman Nazirliyi, ASAN Xidmətin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Qarabağ torpağında, Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026” keçirilib.

Dünyanın müxtəlif ölkələrindən gələn aparıcı texniki universitetlərin komandalarının və yerli mühəndislərin mübarizə apardığı bu nüfuzlu beynəlxalq yarışda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin istedadlı şagirdi, Şəmkir STEAM Mərkəzinin əsas pilotlarından biri olan Turxan Eyler və onun yer aldığı "İMF Team" komandası bütün rəqiblərini geridə qoymağı bacarıb. Artıq dördüncü dəfə təşkil olunan festivalın "Startap" (Aerospace) kateqoriyasında dəniz sərhədlərinin havadan təhlükəsizliyini, ekoloji monitorinqini və otonom axtarış-xilasetmə işlərini təmin edən "AEROSEA GUARDIAN" layihəsi ilə çıxış edərək münsiflər heyətinin və beynəlxalq mütəxəssislərin yüksək qiymətini qazanan bu yenilikçi layihə yüksək mühəndislik göstəriciləri ilə birinci yerin qalibi olub və qızıl medala layiq görülüb.

Şagirdimizin qazandığı bu möhtəşəm qalibiyyət, Mərkəzimizdə mühəndislik, proqramlaşdırma, robototexnika və süni intellekt sahəsində aparılan yüksək səviyyəli hazırlığın əyani sübutudur. Beynəlxalq arenada uğur qazanaraq bizlərə bu böyük fəxr hissini yaşadan şagirdimiz Turxan Eyleri, komanda üzvlərini və onun yetişməsində əməyi olan müəllimlərimizi təbrik edir, gələcək aerokosmik layihələrdə və yeni texnoloji zirvələrin fəthində uğurlar arzulayırıq!

Address

Annenfel'd

Opening Hours

Monday 14:00 - 18:00
Tuesday 14:00 - 18:00
Wednesday 14:00 - 18:00
Thursday 14:00 - 18:00
Friday 14:00 - 18:00
Saturday 10:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Şəmkir STEAM Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şəmkir STEAM Mərkəzi:

Shortcuts

Share

Category