V.Alırzayev ad.İrmaşlı kənd tam orta məktəbi

V.Alırzayev ad.İrmaşlı kənd tam orta məktəbi

Share

orta məktəb

Photos from V.Alırzayev ad.İrmaşlı kənd tam orta məktəbi's post 14/06/2022

Məktəbdə 15 iyun Qurtuluş günü münasibətilə tədbir keçirildi.

02/06/2022

Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxışı ilə əlaqədar.
Bütün dünyaya verilən aydın mesaj.
28 May 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirak ediblər. ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında birgə iştirak edən Azərbaycan və Türkiyə Prezidentləri iki dost, qardaş, müttəfiq ölkənin keçdiyi inkişaf yoluna nəzər salıb əzəli və əbədi qardaşlığımızı şərtləndirən amilləri açıqladılar. Azərbaycanın qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazdığı, cənab İlham Əliyevin qətiyyətli liderliyi ilə aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyi xüsusi qeyd edildi. Azərbaycan və Türkiyə harada haqsızlıq, ədalətsizlik varsa, orada səsini ucaldır, ədalətə çağırışlar edir. İki dost ölkə hər zaman bir yerdədirlər. “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan və Türkiyə gənclərinin nümayiş etdirdikləri birlik, həmrəylik fonunda iki qardaş ölkənin münasibətlərinin gələcək inkişafının da aydın mənzərəsini yaratdı. Hazırkı dövrdə elmin, yeni texnologiyaların, yeni ideyaların ölkələrin inkişafında rolunu nəzərə alsaq hər bir yeniliyə açıq olan iki qardaş ölkənin gənclərin inkişafına göstərdikləri diqqət təqdir olunur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri böyük inam və əminliklə qeyd etdi ki, Azərbaycan ilə birlikdə hələ neçə layihələrdə gənclərimizə yeni üfüqlər açmağı və milli texnoloji həmləmizi birlikdə reallaşdırmağı davam edəcəyini bildirib.Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında deyib: “Texnofest” elm, inkişaf, bilik, texnologiya bayramıdır.
“Əminəm ki, “Texnofest”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar”,
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda çıxışı zamanı ötən illərin sınaqlarında inkişaf edərək zirvəyə ucalmış qardaşlıq salnaməsinin önəmli səhifələrini xatırladaraq demişdir:" 1915-ci ildə Çanaqqalada,1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur."
Millət vəkili vurğulayıb ki, tarixi Şuşa Bəyannaməsinin imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı: "Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də öz çıxışında dediyi kimi, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətlərini əhatə edir. O cümlədən, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi xüsusi olaraq qeyd olunub. Müttəfiqlik Bəyannaməsi ölkələrimizin imkanlarını birləşdirdi".
Teknofest Azərbaycan" festivalının daha önəmli bir cəhəti də Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun və getdikcə daha da şaxələndiyinin və möhkəmləndiyinin bütün dünyaya nümayişi oldu. Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən illər ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Biz hər zaman bu qardaşlıq dəstəyini hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında yer alırlar. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq.“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirildi
“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.
“Teknofest Azərbaycan” bir sıra komponentlər üzrə təşkil olundu. Bunlara texnologiya müsabiqələri, “Take off Baku” startap sammiti, “Smart Qarabağ” Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, “Rocket League” və “TEKKEN” oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.
““TEKNOFEST”in hörmətli qonağı qismində Türk dünyasının böyük oğlu, dünya şöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Sancar da təşrif buyurdu. Əziz bəylə keçən görüşümü xatırlayıram. Mənə dedi ki, onun böyük arzusu Şuşaya getməkdir. Mənimlə görüşdən sonra Şuşaya getdi. Bildirdi ki, həyatda nəyə nail olmaq istəyibsə, ona nail olub”.
Şəmkir rayonu V.Alırzayev ad. İrmaşlı kənd tam orta məktəbinin direktoru Ceyhun Məmmədov.

Photos from Şəmkir rayon İcra Hakimiyyəti's post 28/05/2022
Want your school to be the top-listed School/college in Annenfel'd?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Şəmkir Rayonu İrmaşlı Kəndi
Annenfel'd
5700