Ağdam r Alıbəyli 1 qəsəbə tam orta məktəb

Ağdam r Alıbəyli 1 qəsəbə tam orta məktəb Ağdam rayon Alıbəyli 1 qəsəbə tam orta məktəbi 2005 ci ildə Ağdam rayon Alıbəyli 1 qəs?

20/12/2025

Müstəqil Azərbaycan İlham Əliyevin hakimiyyəti dövründə-geridə qalan 22 il

Prezident İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayaraq Azərbaycan bir çox uğura imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nəticələr əldə etmişdir. Bu dövrdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində ölkənin başlıca sosial-iqtisadi nailiyyətlərini aşağıdakı istiqamətlərdə qeyd etmək mümkündür:
Bütün parametrlər üzrə “iqtisadi Azərbaycan” bir neçə dəfə böyümüşdür. Azərbaycan tarixində ilk dəfə olaraq məhz bu dövrdə “iqtisadi Azərbaycan” “coğrafi Azərbaycan”ın sərhədlərini ciddi şəkildə aşmağa başlamışdır.
Azərbaycan iqtisadiyyatda keçid dövrünü uğurla başa vurmuşdur. İlham Əliyevin elə birinci prezidentliyi dövründə sürətləndirilən iqtisadi islahatlar və həyata keçirilən iqtisadi inkişaf proqramları nəticəsində ölkə 2009-cu ildə keçid dövrünü uğurla başa vurmuşdur. Bu, Prezidentin özünün də qeyd etdiyi kimi, məhz bazar iqtisadiyyatına sadiqliyin və inamın nəticəsində mümkün olmuşdur. 2003-cü ildə ölkədə ÜDM-in 73 faizi özəl sektor tərəfindən istehsal edilirdisə, indi bu rəqəm 80 faizi ötmüşdür.
Azərbaycan “aşağı gəlirli ölkələr” sırasından “yuxarı-orta gəlirli ölkələr” sırasına yüksəlmişdir. 2004-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM müstəqil ölkənin iqtisadi tarixində ilk dəfə olaraq 1000 dollarlıq həddi ötmüşdür. 2003-cü ildə Azərbaycanda adambaşına düşən ÜDM 888,6 dollar olduğu halda, hazırda bu rəqəm 4214,3 dollara yüksəlmişdir. Göründüyü kimi, İlham Əliyevin iqtidarı dönəmində Azərbaycanda adambaşına düşən ÜDM təxminən 5 dəfəyə qədər artmışdır ki, bu da ölkədə artan iqtisadi rifahı göstərən mühüm göstəricidir.
Azərbaycanın uzunmüddətli dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulmuş və modernləşdirilmişdir. Nəqliyyat, enerji, təhsil, səhiyyə, turizm və digər sahələr üzrə infrastruktur demək olar tamamilə yenidən qurulmuş və infrastruktur imkanları əvvəlki illərlə müqayisədə xeyli genişləndirilmişdir. Azərbaycanın demək olar tamamilə qazlaşdırılması, elektrikləşdirilməsi, istifadəyə verilən yüzlərlə təhsil, səhiyyə və turizm müəssisələri, tikilən hava limanları (6-si beynəlxalq statuslu olmaqla), çəkilən minlərlə kilometrə qədər modern avtomobil yolları məhz İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın iqtisadi müstəqilliyi möhkəmləndirilmiş və ölkə borc alan ölkədən donor ölkəyə çevrilmişdir. Prezidentin hər zaman vurğuladığı kimi, Azərbaycan bu gün valyuta ehtiyatları, daxili istehsal və ixrac potensialı ilə iqtisadi müstəqilliyini təmin etmiş ölkədir və iqtisadiyyatı üçün əhəmiyyətli olan istənilən iqtisadi layihəni maliyyələşdirmə imkanına malikdir. Bununla yanaşı, ölkə xarici donorlar üçün də etibarlı tərəfdaşdır və investisiya cəlbetmə imkanları yüksəkdir. Hazırda ölkənin valyuta ehtiyatları xarici borclarından dəfələrlə çoxdur.
Azərbaycan iqtisadiyyatı 2009-cu ilin qlobal maliyyə, 2014-cü ilin qlobal enerji böhranlarından və hazırda davam edən pandemiyadan çox böyük məharətlə qorunmuşdur. Məhz İlham Əliyevin antiböhran idarəçilik məharəti sayəsində qeyd olunan qlobal böhranların Azərbaycana təsiri minimum olmuş və ölkəmiz dayanıqlı iqtisadi inkişaf potensialını qoruyub saxlaya bilmişdir. Burada pandemiya ilə bağlı qlobal baxışın formalaşdırılması və qlobal həmrəyliyin təmin edilməsi məqsədilə cənab İlham Əliyevin təşəbbüslərini xüsusilə qeyd etmək lazımdır. Belə ki, İlham Əliyevin təşəbbüsü ilə dünyanın ən böyük iki beynəlxalq müzakirə platformasının - Qoşulmama Hərəkatı və BMT Baş Assambleyasının iclası keçirilmişdir.
Azərbaycan iqtisadiyyatı regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına çevrilmişdir. Nüfuzlu Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”na görə Azərbaycan iqtisadiyyatı uzun müddətdir ki, rəqabət qabiliyyətinə görə MDB məkanının yüksək rəqabətli iqtisadiyyatlarından hesab olunur.
Azərbaycan iqtisadiyyatı investisiya mühiti baxımından qabaqcıl sıralara yüksəlmiş və Azərbaycana Dünya Bankı tərəfindən bu sahədə “ən islahatçı ölkə” statusu verilmişdir. Dünya Bankının “Doing Business” hesabatına görə hazırda Azərbaycan dünyanın biznes mühitinin ən əlverişli olduğu 34-cü, biznesə başlamanın isə ən asan olduğu 9-cu iqtisadiyyatına malikdir. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən sonra bütövlükdə ölkə iqtisadiyyatına 240 milyard dollardan çox investisiya yatırılmış və bunun da təxminən yarısı xarici investisiyalar olmuşdur.
Müstəqil Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq qeyri-neft sektoru neft sektorundan, qeyri-neft ixracı neft ixracından daha sürətlə artmağa başlamış və iqtisadi artımın getdikcə əhəmiyyəti artan mənbəyinə çevrilmişdir. İlham Əliyevin hakimiyyəti dövründə baş verən bu proses neftlə zəngin ölkə kimi Azərbaycan üçün də bəzi dairələr tərəfindən proqnozlaşdırılan “holland sindromu”, “resurs lənəti” kimi tezisləri tamamilə alt-üst etmişdir.
Azərbaycan ilk dəfə olaraq ixrac yönümlü sənayeləşməyə fokslanmış və özünün ixrac infrastrukturunu formalaşdırmışdır. Xarici ölkələrdə ticarət evləri və ticarət nümayəndəliklərinin açılması, ixracı təşviq mexanizmlərinin tətbiqi, ixracın kreditləşdirilməsi, “Made in Azerbaijan” markasının formalaşdırılması kimi tədbirlər məhz bu dövrdə xüsusi vüsət almış və Azərbaycan bir sıra sahələr üzrə idxaldan asılı ölkə statusundan ixrac edən ölkə statusuna keçmişdir.
Ölkənin tarazlı iqtisadi inkişafına xüsusi önəm verilmiş və regionların sosial-iqtisadi inkişafı sahəsində böyük nəticələr əldə etməyə imkan verən inkişaf proqramları həyata keçirmişdir. Artıq dördüncüsü həyata keçirilən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində Azərbaycan regionlarına böyük həcmdə investisiyalar yatırılmış və əgər belə demək mümkündürsə, regionların “iqtisadi siması” tamamilə dəyişmişdir. Hazırda Bakı ilə yanaşı, ölkənin müxtəlif regionlarında bir çox “iqtisadi cazibə mərkəz”ləri formalaşmışdır.
Azərbaycanda aqrar sektora dövlət qayğıkeşliyi öz intensivliyi ilə seçilmiş və Azərbaycan bir sıra aqrar məhsullar üzrə ixracatçı ölkəyə çevrilmişdir. Aqrar sektorun vergilərdən azad edilməsi, tətbiq olunan subsidiyalar, bu sektorun modern texnika və texnologiyalarla təchizi sahəsində görülən işlər xüsusi vurğulanmalıdır. Prezidentin aqrar istehsala “bir qarış torpaq da boş qalmamalıdır” prinsipi ilə yanaşması ölkənin ənənəvi istehsal sahələri olan fındıqçılıq, tütünçülük, baramaçılıq, ipəkçilik, pambıqçılıq, taxılçılığın yenidən canlanmasına səbəb olmaqla yanaşı, yeni istehsal sahələrinin də meydana çıxmasına imkan yaratmışdır.
Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq iqtisadiyyatın idman sektoru formalaşmışdır. Məhz birbaşa İlham Əliyevin rəhbərliyi və zəhməti hesabına qurulmuş bu sektor Azərbaycanın formalaşmış iqtisadi və siyasi qüdrətini dünyaya nümayiş etdirmə, qlobal idman bazarından pay alma, idmanla əlaqəli iqtisadi sektorlar üçün yeni imkanlar yaratma baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq turizm sektoru formalaşmış və bu sahə iqtisadi inkişafa töhfə verməyə başlamışdır. Bu gün Bakı və ölkənin digər regionları başlıca qlobal və regional turizm marşrutları sırasına qoşulmuşdur.
Azərbaycanın iqtisadi tarixində ilk dəfə olaraq yeni strateji sahə - müdafiə sənayesi formalaşmışdır. Hazırda Azərbaycanda 1000-dən çox adda müdafiə sənayesi məhsulu istehsal edilir və bunların önəmli hissəsi ixrac olunur. Hesab edirik ki, indiki şəraitdə Azərbaycan üçün bu sahənin təkcə iqtisadi əhəmiyyətinin olmadığını vurğulamağa ehtiyac yoxdur.
Azərbaycan iqtisadiyyatının innovasiya potensialı köklü şəkildə artmış və iqtisadiyyatın İKT sektoru formalaşmışdır. Bu gün Azərbaycan iqtisadiyyatda ən müasir texnologiyaları tətbiq edir, kosmik və alternativ enerji texnologiyalarının sürətlə inkişaf etdiyi ölkələr sırasındadır.
“Əsrin müqaviləsi” daha əlverişli şərtlərlə “Yeni əsrin müqaviləsi”nə çevrilməklə “qara qızıl”ın Azərbaycanın dayanıqlı iqtisadi inkişafına töhfə vermə imkanı ən azı 2050-ci ilə qədər təmin edilmişdir. Fikrimizcə, “Yeni əsrin müqaviləsi” ölkənin Prezident İlham Əliyev tərəfindən müəyyən edilən gələcək iqtisadi inkişaf hədəflərinə daha sürətlə çatmasına imkan verəcək.
İqtisadi siyasətin mərkəzində hər zaman Azərbaycan insanı dayanmış və iqtisadiyyatın sosial yönümlülüyünə böyük əhəmiyyət verilmişdir. Bu dövrdə pensiyalar, sosial müavinətlər, əməkhaqları daim artırılmış, dövlət büdcəsi sosial yönümlülüyünü qoruyub saxlamış, milyonlarla yeni iş yerləri açılmış, yoxsulluq və işsizlik minimuma endirilmişdir.
Həyata keçirilən böyük enerji və nəqliyyat layihələri ilə nəinki Azərbaycanın tranzit imkanları köklü şəkildə artırılmış, eyni zamanda qlobal enerji və nəqliyyat təhlükəsizliyinə mühüm töhfələr verilmişdir. Həyata keçirilən neft və qaz layihələri, TANAP, TAP, BTQ kimi transmilli layihələr, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə həyata keçirilən digər mühüm layihələr məhz bu dövrdə reallaşmışdır.
Təhsilə insan kapitalının başlıca mənbəyi kimi baxılmış və Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafının birbaşa təhsildən asılı olacağı nəzərə alınmışdır. Bu baxımdan “Qara qızılı insan kapitalına çevirmək” devizi altında dövlət tərəfindən çoxlu sayda əməli tədbirlər həyata keçirilmişdir. Qeyd olunan hədəf Prezident İlham Əliyevin bu fikirlərində daha mükəmməl şəkildə öz əksini tapmışdır: “Mən Azərbaycanda, rəsmi tədbirlərdə dəfələrlə demişəm və indi də demək istəyirəm ki, ölkənin uğurunu müəyyən edən enerji ehtiyatları deyil, onun intellektual potensialıdır. Ölkəni tərəqqiyə doğru aparan kadrların, mütəxəssislərin hazırlanması, təhsilin, elmin inkişafıdır”. Hesab edirik ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Fəaliyyət Planı və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan tədbirlər gələcək illərdə də təhsil sektorunun inkişafına öz töhfəsini verəcəkdir.
Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə Ermənistanı böyük fərqlə geridə qoymuş, bu ölkənin Cənubi Qafqazda tamamilə marjinallaşmasına nail olmuş və Qarabağda öz siyasi və iqtisadi suverenliyini bərpa etmişdir. Məhz İlham Əliyevin prinsipial mövqeyi Ermənistanın bütün regional iqtisadi layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Bu gün Azərbaycan iqtisadiyyatı rəqabətliliyinə görə dünyanın 58-ci iqtisadiyyatıdırsa, Ermənistan 69-cu iqtisadiyyatıdır. II Qarabağ savaşı və onun nəticələri bir daha Azərbaycanın iqtisadi qüdrətini və texnoloji üstünlüyünü ortaya qoymuş və Qarabağ yenidən Azərbaycan iqtisadiyyatının ayrılmaz hissəsinə çevrilmişdir.
Göründüyü kimi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası həyata keçirilmiş, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri mühüm dərəcədə genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti kimi öz mövqeyini qoruyub saxlamışdır.
Azərbaycanda bundan sonra da həyata keçiriləcək iqtisadi islahatların məqsədi yüksək insan kapitalına və innovasiyalara əsaslanan dayanıqlı və rəqabətli Azərbaycan iqtisadiyyatının formalaşdırılmasıdır. Bu məqsəd Prezident İlham Əliyevin fikirlərində mükəmməl şəkildə öz əksini tapmışdır: “İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır. Gələcəkdə bu amillər daha da böyük rol oynayacaq. Çünki bu gün istər iqtisadi sahədə, sənaye istehsalının inkişafında, hər bir sahədə müasir texnologiyalar hər şeyi həll edir”.
Şübhəsiz ki, qeyd edilən hədəflərə nail olmaq üçün ölkədə ali təhsilin və elmin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanının 2005-ci ildə Boloniya Prosesinə qoşulması ölkədə ali təhsil islahatlarının yeni mərhələsinə start vermişdir. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda qeyd olunmuşdur ki, proqramın məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğun olaraq kadr potensialının yaradılması, əhalinin müasir tələblərə cavab verən ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır. Proqramın icrası çərçivəsində ali təhsilin qanunvericilik bazasının Avropa standartlarına uyğunlaşdırılması və Boloniya Prosesinin əsas prinsipləri istiqamətinə yenidən qurulması sahəsində mühüm işlər görülmüşdür.
Qeyd olunan mərhələdə atılan mühüm strateji addımlardan biri də Prezident İlham Əliyevin irəli sürdüyü neft kapitalının insan kapitalına çevrilməsi konsepsiyası çərçivəsində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul edilməsi olmuşdur. Proqramın əsas hədəfləri xaricdə dövlət hesabına təhsil almağa göndərilən Azərbaycan gənclərinin təhsilin bütün pillələri üzrə illik sayının 2015-ci ildə 1000, onların ümumi sayının isə 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması, ayrılan maliyyə vəsaitləri çərçivəsində bakalavriat, magistratura, rezidentura, doktorantura pillələri, eləcə də ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə bölünməsi, hökumətlərarası müqavilələr və ali təhsil müəssisələri arasında beynəlxalq tələbə mübadiləsi əsasında mütəxəssis hazırlığının respublikanın iqtisadi inkişaf prioritetləri nəzərə alınmaqla təmin edilməsi olmuşdur. Uğurla reallaşdırılan bu proqram çərçivəsində 3558 nəfər azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı qazanmışdır. Bu gənclərin böyük əksəriyyəti artıq təhsilini başa vurub geri qayıtmış və ölkəmizin gələcək inkişafına, xüsusilə də ali təhsilin inkişafına öz töhfələrini verməyə başlamışdır.
Qlobal səviyyədə təhsil sahəsində ortaya çıxan yeni çağırışlar və Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə daxil olması heç şübhəsiz ki, ölkədə təhsilin inkişafı üzrə vahid dövlət strategiyasının formalaşdırılmasını zəruri etmişdir. Bu məqsədlə 24 oktyabr 2013-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və onun əsasında hazırlanaraq 2015-ci ilin 19 yanvarında təsdiq edilmiş müvafiq Fəliyyət Planı ölkədə ali təhsil sistemi də daxil olmaqla, bütövlükdə təhsil sisteminin qeyd olunan çağırışlar və tələblər istiqamətində qısa, orta və uzunmüddətli inkişafını təmin edəcək vahid dövlət siyasətini özündə əks etdirir.
Təhsilin inkişafı üzrə dövlət strategiyasının icrası ilə əlaqədar son illər ölkədə ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, ali təhsil kurikulumlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması, ali təhsil qurumlarında doktorantura təhsili və tədqiqat potensialının gücləndirilməsi, ali təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsi, ali təhsil müəssisələrinin idarəetmə modelinin təkmilləşdirilməsi, onların əlavə təhsil imkanlarının genişləndirilməsi, beynəlmiləlləşmələrinin artırılması və bütövlükdə ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzləri kimi cəmiyyətdə rolunun gücləndirilməsi istiqamətlərində əhəmiyyətli nəticələr əldə edilmişdir.
İnformasiya texnologiyalarının inkişafı və qloballaşma ilə birlikdə, ali təhsildə beynəlmiləlləşmə əhəmiyyətli bir inkişaf strategiyasına çevrilmişdir. Bu baxımdan Prezidentin qəbul etdiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” (16.11.2018) və “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” sərəncam (30.11.2021) ölkədə ali təhsilin və kadr hazırlığının inkişafında yeni yanaşmaları və imkanları ortaya qoyur. Beynəlxalq rəqabətə və əməkdaşlıq şəbəkələrinə aktiv şəkildə qoşulmanı tələb edən bu strategiya, elmi və texnoloji proseslərdə iştirak etmə, təhsil-araşdırma təcrübəsi və resurslarını birləşdirmə, maddi resurslara çıxış, institusional potensialı təkmilləşdirmə və keyfiyyətli insan resursu cəlbetmə baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan universitetlərinin son illər ingilis dilində təhsil proqramlarını genişləndirmələri, ERASMUS, TEMPUS, MEVLANA kimi beynəlxalq mübadilə proqramlarında aktiv iştirak etməyə başlamaları, eləcə də çoxtərəfli və ikitərəfli çərçivələrdə beynəlxalq əlaqələrini genişləndirmələri onların beynəlmiləlləşməsi prosesini də gücləndirmişdir.
İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin inkişafı və güclənməsi istiqamətində gördüyü işlərin ən böyük nəticəsi isə heç şübhəsiz ki, Qarabağın düşmən tapdağından azad edilməsi və bu torpaqlarda yenidənqurma və bərpa işlərinə sürətlə start verilməsidir. Qarabağ Zəfəri, ilk növbədə, Azərbaycanın iqtisadi inkişaf, dövlət və ordu quruculuğu sahəsində illərdir apardığı siyasətin uğurunu ortaya qoymuşdur. Azərbaycan 2020-ci il tarixinə nadir uğurlu ölkə kimi daxil olaraq, dünyadakı yaxşı imicini ciddi şəkildə yüksəltmiş və öz gücünü bütün dünyaya sübut etmişdir.
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ilə Azərbaycan 30 il yaşadığı məcburi köçkün problemini həll etməyə başlamış, iqtisadi dövriyyədən kənarda qalan 20 faiz torpaqlarından istifadə imkanı qazanmışdır. Bu yeni kənd təsərrüfatı torpaqları, yeni faydalı qazıntı yataqları, yeni turizm marşrutları, yeni nəqliyyat şəbəkələri, yeni alternativ enerji mənbələri, yeni su resursları və s. deməkdir. Bütün bunlar Azərbaycanın iqtisadi artım potensialını artıran amillərdir.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün yeni imkanlar açır. Bu bölgələrin iqtisadi cəhətdən mənimsənilməsi qarşıdakı illərdə turizm, kənd təsərrüfatı, nəqliyyat, alternativ enerji, dağ-mədən sənayesi və digər qeyri-neft sektorlarının inkişafına əhəmiyyətli töhfələr verəcək.
Bütövlükdə Cənubi Qafqazın, xüsusən də Azərbaycanın dünyadakı “münaqişəli” bölgə imicinin tədricən aradan qalxması regionun iqtisadi cəlbediciliyini ciddi şəkildə artırır. Qarabağ Zəfəri sonrasında ortaya çıxacaq yeni regional nəqliyyat şəbəkələri Azərbaycanın bu sahədəki imkanlarının diversifikasiyasına gətirib çıxarmaqla, onun bir çox hallarda ayrı-ayrı ölkələrdən asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır.
Zəfərdən sonra Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında bir növ dönüş baş verdiyini, bundan sonra bu əlaqələrin davamlı dərinləşərək davam edəcəyini demək mümkündür. Zəfərdən əvvəl ölkələrimiz arasında preferesial ticarət sazişi imzalanmış, Zəfərdən sonra isə bir çox istiqamətlərdə yeni əməkdaşlıq sazişləri bağlanmışdır. Bura iki ölkə arasında gediş-gəlişdə vizanın aradan qaldırılması, şəxsiyyət vəsiqələri ilə qarşılıqlı gediş-gəlişin təmin edilməsi, İqdır-Naxçıvan qaz xəttinin çəkilməsi, Qars-İqdır-Naxçıvan dəmiryolu xəttinin tamamlanması, KOB, investisiyalar, nəqliyyat, inşaat və media sahəsində strateji əməkdaşlıq daxildir. Dərinləşən bu əməkdaşlıq Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyədə öz təsdiqini tapmışdır.
Azərbaycanla Naxçıvanı bir-birinə bağlayan Zəngəzur dəhlizinin qurulması ilə Türkiyənin Azərbaycanla quru yolu ilə əlaqəsi reallığa çevriləcək. Razılıq sənədində qeyd edilən dəhlizlə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamət üzrə maneəsiz daşınmasına və kommunikasiya sistemlərinin bərpasına təminat verilməsi böyük əhəmiyyətə malikdir. Bu, Şərqlə Qərb arasında Orta Dəhliz adlanan nəqliyyat dəhlizinin gələcək inkişafı və rəqabətliliyi baxımından böyük imkanlar açır.
Ötən il Azərbaycan tarixinə Zəfər ili kimi, böyük bir milli uğur ili kimi daxil olmuşdur. Dünyanın demək olar ki, əksər ölkələrinin gündəmini pandemiyanın, iqtisadi böhranın problemləri işğal etdiyi halda Azərbaycan yüksək hazırlıqlı ordusu, milli birliyi, dayanıqlı iqtisadiyyatı və düzgün xarici siyasəti nəticəsində uzun illərdir arzuladığı o böyük zəfərə nail oldu və bu baxımdan beynəlxalq ictimaiyyətin müsbət mənada böyük diqqətini özünə çəkdi.
Zəfər Cənubi Qafqazın və bütövlükdə region ölkələrinin gələcək inkişafı üçün də yeni imkanlar açmışdır. Dayanıqlı sülh və sabitliyin təmin edilməsi bölgə ölkələri arasında iqtisadi əməkdaşlığın dərinləşməsi üçün yeni fürsətlər yaratmaqla yanaşı, bütövlükdə bölgənin dünya iqtisadiyyatına inteqrasiyasının da sürətlənməsinə imkanlar yaradır.
Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkə üçün böyük imkanlar yaratmaqla yanaşı, eyni zamanda uğurla yerinə yetirilməsi tələb olunan yeni böyük vəzifələri də qarşıya qoyur. Həmin vəzifələrdən ilki adıçəkilən bölgələrin həm yaşayış məntəqələri, həm infrastruktur, həm də iqtisadi fəaliyyətlər baxımından demək olar ki, tamamilə yenidən qurulmasıdır. Bu, kifayət qədər böyük həcmdə maliyyə resursları, düzgün koordinasiya edilmiş hökumət proqramları və onların uğurla icrasını tələb edir. İkinci mühüm vəzifə isə işğaldan azad edilmiş ərazilərə əhalinin mümkün qədər səmərəli şəkildə köçürülməsidir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyəti “Böyük qayıdış” üçün çox böyük hazırlıq görür. Prezidentin son vaxtlar bu sahədə qəbul etdiyi qərarlar onun həmişə olduğu kimi, bu dəfə də sistemli və koordinasiyalı yanaşmaya üstünlük verdiyini göstərir. İlk növbədə Prezidentin 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılmışdır.
İlkin infrastrukturun qurulması istiqamətində atılan ilk önəmli addımlara 45 kilometrlik Bərdə-Ağdam dəmir yolu xəttinin, Füzuli-Şuşa Avtomobil yolunun və Füzuli Beynəlxalq Hava Limanının tikintisini və s. göstərmək olar. Şübhəsiz ki, bu addımlar işğaldan azad edilmiş ərazilərdə gələcəkdə bərpa və yenidənqurma işlərini həyata keçirmək üçün zəruri infrastrukturun formalaşdırılmasına istiqamətlənmişdir. Bir çox digər infrastruktur layihələrinin icrasına da artıq başlanmışdır və bu layihələr Cənab Prezidentin vurğuladığı kimi, başda Türkiyə Respublikası olmaqla, Azərbaycanın haqq işini dəstəkləyən dost ölkələrin şirkətləri ilə birgə icra edilir.
Qarabağda bərpa və yenidənqurma işlərinin böyük maliyyə resursları tələb etdiyi şübhəsizdir. Müxtəlif tədqiqatçıların apardığı hesablamalar göstərir ki, bu işlərin tamamlanması üçün on milyardlarla dollar həcmində maliyyə vəsaiti tələb olunur. Azərbaycan Prezidenti məhz bu maliyyə resurslarını prosesə effektli şəkildə cəlb etmək məqsədilə dünya təcrübəsinə uyğun olaraq, 4 yanvar 2021-ci ildə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman vermişdir. Fondun əsas vəzifələri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağ regionunun dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi, bu istiqamətdə sərmayələrin cəlb edilməsi, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi, eləcə də ölkə daxilində və xaricində zəruri təşviqat işlərinin aparılmasıdır. Fondun fəaliyyətinin 1 milyon manatlıq nizamnamə fondu, təsisçinin verdiyi əmlak, dövlət büdcəsindən ayrılan vəsait, fəaliyyətdən əldə edilən gəlir, ianələr, qrantlar, cəlb edilən investisiyalar və digər mənbələr hesabına təmin edilməsi nəzərdə tutulmuşdur ki, bu da Qarabağın dirçəldilməsi prosesində iştirakçılıq səviyyəsini mümkün qədər daha çox artırmağa imkan verir.
“Böyük qayıdış”a hazırlıq prosesi çərçivəsində atılan növbəti mühüm addım bu ərazilərdə yeni idarəetmə institutunun - Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin yaradılmasıdır. Prezidentin 19 yanvar 2021-ci ildə imzaladığı fərmanla yaradılan bu nümayəndəliklərə Prezidentin xüsusi nümayəndələri təyin edilmişdir. Bu nümayəndəliklərin işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsinə, bu hədəfə nail olunmasında dövlət qurumlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsinə, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasına xidmət etməsi nəzərdə tutulmuşdur.
Qarabağın işğaldanöncəki məskunlaşma modeli və iqtisadi strukturu heç şübhəsiz ki, aqrar cəmiyyətə xas idi. Həm də elə bir aqrar cəmiyyət ki, iqtisadi münasibətlər sosialist prinsiplər əsasında qurulmuşdu. Artıq dünya postsənaye dövrünü, IV sənaye inqilabı mərhələsini yaşayır. Bu baxımdan şübhəsiz ki, Qarabağın bərpası və yenidən qurulması əvvəlki vəziyyətin geri qaytarılması formasında ola bilməz və proses kifayət qədər modern əsaslarda aparılır. Ona görə də bölgədə istər əhalinin yenidən məskunlaşdırılması, istərsə də iqtisadi strukturun yenidən qurulması zamanı mümkün ölçüdə optimallıq, səmərəlilik və effektivlik prinsiplərinin qorunmasına çalışılır. Əvvəlki kimi dağınıq məskunlaşma modelinin əvəzinə aqlomerasiya effektinə, miqyas effektinə və bütövlükdə Qarabağda dayanıqlı iqtisadiyyatın qurulmasına imkan verən məskunlaşma modellərinə üstünlük verildiyi müşahidə edilir. Xüsusilə nəzərə alsaq ki, 30 ilə yaxın müddət ərzində məcburi köçkün əhalinin təxminən yarıdan çoxu şəhərlərdə məskunlaşmışdır, onda bu məsələnin nə qədər aktual olduğunu görməmək mümkün deyildir.
Qarabağda iqtisadi strukturun yenidən qurulması heç şübhəsiz ki, ilk növbədə, regionun təbii və coğrafi resurslarına əsaslanır. Zəngin faydalı qazıntı yataqları, münbit torpaqlar, füsunkar təbiət və nisbətən əlverişli coğrafi mövqe bu bölgədə formalaşdırılacaq sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və digər xidmət sektorlarının da əsasını təşkil edəcəkdir.
Ancaq eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq, bölgədə yeni iqtisadi fəaliyyət formalarının inkişaf etdirilməsinə də başlanılmışdır. Bu baxımdan bölgədə yaşıl enerji, orqanik kənd təsərrüfatı, kənd turizmi, konqres turizmi, aqrar turizm, səhiyyə turizmi, mədəniyyət turizmi, ali təhsil xidmətləri və s. inkişafı üçün yaxşı perspektivlər mövcuddur. Xüsusilə də bölgənin iqtisadiyyatına uyğun şəkildə yaradılacaq ali təhsil klasteri həm bölgənin inkişafına, həm də bütövlükdə Azərbaycanda regional ali təhsilin inkişafına öz töhfələrini verəcəkdir.
Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir. Bu, ilk növbədə, insanların sülh və əmin-amanlıq içində yaşadığı tam təhlükəsiz Qarabağ deməkdir. Azərbaycanla hərtərəfli bütövləşmiş, onun ayrılmaz bir parçası kimi daxili əmək bölgüsü sistemində öz layiqli yerini tutmuş Qarabağ deməkdir. İnkişaf etmiş sənayesi, kənd təsərrüfatı, turizmi, nəqliyyat-kommunikasiya sistemləri, enerji və innovasiya potensialı, insan kapitalı və sahibkarlar təbəqəsi ilə seçilən dayanıqlı və yüksək rəqabətli iqtisadi region deməkdir.

17/12/2025

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi humanizmin bariz nümunəsidir

Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək, hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə, ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli liderin, həm cənab Prezident İlham Əliyevin, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. Həmin təşəbbüslərin – əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız, eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər öz azadlıqlarına qovuşublar.Ulu öndər xatırladırdı ki, hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər. Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə qovuşmaqdır. Prezident İlham Əliyev bu məsələdə böyük həssaslıq nümayiş etdirir. Dövlət başçımız dönə-dönə xatırladıb ki, bizim siyasətimizin təməlində insan amili dayanır.Məhz həmin humanizm prinsiplərinin nəticəsidir ki, xalqımız bu il həm böyük siyahını əhatə edən əfv sərəncamının sevincini yaşayıb, həm də 20 mindən çox insana şamil ediləcək amnistiya aktından yaranacaq məmnunluğun ərəfəsindədir.
Xatırladaq ki, dövlət başçımızın bu il mayın 25-də imzaladığı “Məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq, qəbul edilmiş “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam həm ölkəmizdə, həm də beynəlxalq aləmdə özünəməxsus rezonans yaratmışdı. Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günü münasibətilə elan olunan amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanıb, həmin dövrdə 7 amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv sərəncamı imzalanıb, həmin dövrdə 5 amnistiya aktı qəbul edilib.
Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar isə 7060 nəfərə şamil olunub.
Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə amnistiya aktı qəbul edilib.
Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb. Amnistiya aktının layihəsinə əsasən Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır. Prezident İlham Əliyevin təklifi sayəsində amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü dövlət-vətəndaş münasibətlərində etimadın möhkəmləndirilməsinə, hüquqi dövlət prinsiplərinin dərinləşməsinə xidmət edir. Bu addım həm Konstitusiyanın ruhuna, həm də Azərbaycanın müstəqil və suveren dövlət kimi müəyyənləşdirdiyi strateji inkişaf xəttinə tam uyğun olmaqla, cəmiyyətə birlik, bağışlama və gələcəyə inam mesajı verir.

Address

Alybeyli

Telephone

+994708914659

Website

Alerts

Be the first to know and let us send you an email when Ağdam r Alıbəyli 1 qəsəbə tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ağdam r Alıbəyli 1 qəsəbə tam orta məktəb:

Shortcuts

Share

Category