Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbi

  • Home
  • Azerbaijan
  • Alpan
  • Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbi

Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbi Təhsil səhifəsi

Hörmətli Vüsal müəllim!Sizi sertifikasiya imtahanında yüksək nəticə göstərərək topladığınız uğurlu bala görə səmimi qəlb...
19/06/2026

Hörmətli Vüsal müəllim!
Sizi sertifikasiya imtahanında yüksək nəticə göstərərək topladığınız uğurlu bala görə səmimi qəlbdən təbrik edirik! Bu nəticə sizin peşəkarlığınızın, zəhmətinizin və müəllimlik fəaliyyətinizə məsuliyyətlə yanaşmağınızın göstəricisidir.
Arzu edirik ki, bu uğur gələcək nailiyyətlərinizin başlanğıcı olsun, fəaliyyətinizdə daim yüksəliş və yeni uğurlar qazanasınız. Sizə möhkəm can sağlığı, tükənməyən enerji və pedaqoji fəaliyyətinizdə davamlı uğurlar diləyirik.
Təbriklər, Vüsal müəllim!

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

SON ZƏNG – Yeni başlanğıcların səsi Bu gün məktəbimizin həyətində son zəng sədaları ilə bir mərhələ başa çatdı, yeni üfü...
13/06/2026

SON ZƏNG – Yeni başlanğıcların səsi
Bu gün məktəbimizin həyətində son zəng sədaları ilə bir mərhələ başa çatdı, yeni üfüqlərə doğru ilk addımlar atıldı. Məzunlarımız məktəb illərinin xatirələrini, müəllimlərinin zəhmətini və dostluqların dəyərini ürəklərində daşıyaraq gələcəyə yola düşürlər.
Əziz məzunlar, sizə biliklə, inamla və uğurla dolu bir həyat arzulayırıq. Qarşınıza çıxacaq hər yolda məktəbinizin adını layiqincə təmsil edəcəyinizə inanırıq.
Valideynlərə övladlarının yanında olduqları, müəllimlərimizə isə göstərdikləri zəhmət və fədakarlığa görə təşəkkür edirik.
Son zəng bir son deyil — yeni arzuların və böyük uğurların başlanğıcıdır!
Məzunlarımızı ürəkdən təbrik edir, hər birinə uğurlu gələcək arzulayırıq!

Məktəbimizin ingilis dili müəllimi Günay Heydərli 9-cu sinif üzrə yekun attestasiya imtahanlarında ingilis dili fənni üz...
08/06/2026

Məktəbimizin ingilis dili müəllimi Günay Heydərli 9-cu sinif üzrə yekun attestasiya imtahanlarında ingilis dili fənni üzrə fərqlənən şagirdlərə xüsusi hədiyyələr təqdim edib.

9b sinif rəhbəri Mehrac Rzayev 9-cu sinif üzrə yekun attestasiya imtahanında fərqlənən şagirdi Səkinə Qubatovaya həvəslə...
08/06/2026

9b sinif rəhbəri Mehrac Rzayev 9-cu sinif üzrə yekun attestasiya imtahanında fərqlənən şagirdi Səkinə Qubatovaya həvəsləndirici hədiyyələr təqdim edib.
Qeyd edək ki, Səkinə Qubatova ümumilikdə 300 baldan 228,2 bal toplayıb.
Şagirdləri həvəsləndirmək, onların gələcək imtahanlarda daha da yüksək nəticələr göstərməsinə təşviq etmək təqdirəlayiq addımdır.

Məktəbimizin 9a sinif rəhbəri Ağadadaş Dadaşov  9-cu sinif üzrə yekun attestasiya imtahanında sinfində 200 baldan yuxarı...
06/06/2026

Məktəbimizin 9a sinif rəhbəri Ağadadaş Dadaşov 9-cu sinif üzrə yekun attestasiya imtahanında sinfində 200 baldan yuxarı nəticə göstərən şagirdlərə xüsusi simvolik hədiyyələr təqdim edib.
Üzərində həmin şagirdlərin soyadı, adı və sinfin nömrəsi qeyd olunmuş köynəklər onların həyatında xoş xatirə olaraq qalacaq.
Ağadadaş müəllim deyir ki,
"Müəllim, hədiyyə alan yox, hədiyyə bəxş edəndir. Həm də bu proses digər şagirdləri də növbəti imtahanlarda yüksək nəticələr göstərməyə həvəsləndirəcək. "

1.Cəfərov Fərman - 282,9 (9A)
2.Nəzirova Aksana -243, 3 (9A)
3.Qubatova Səkinə - 228,2 (9B)
4.Qubatov Kənan - 225,5 (9A)

Kəndimizin ziyalıları silsiləsindənMəmməd Rüstəmbəylinin təzadlı tarixçi ömrü - 1051921-ci ilin martında Quba rayonunun ...
02/06/2026

Kəndimizin ziyalıları silsiləsindən
Məmməd Rüstəmbəylinin təzadlı tarixçi ömrü - 105
1921-ci ilin martında Quba rayonunun Alpan kəndində anadan olan tarix elmləri namizədi, dosent, həvəskar dramaturq Rüstəmbəyli Məmməd Gülbala oğlu 1955/58-ci illərdə kənd məktəbimizin direktoru vəzifəsində də işləmişdir. O, Alpanda 7 illik təhsilini başa vurub daxil olduğu Bakı İqtisad-Statistika texnikumunu 1941-ci ildə bitirib bir müddət həmin texnikumda işləmişdir. M.Rüstəmbəyli 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (Darulfünun) hüquq fakultəsinə daxil olub hüquqşunas diplomu alsa da, 1 il Quba rayonunda müstəntiq işləsə də, sonradan ekstern yolu ilə-bir illik ixtisasdəyişmə kursu keçərək tarix fakultəsini də bitirib 1950-ci ildən İmişli rayonunda məktəb direktoru işləmişdir. Sonradan, yuxarıda qeyd etdiyim kimi 1954-cü ildə doğma kəndinə qayıdıb müəllim və məktəb direktoru işləyir. Məmməd müəllim 1960-cı ildə Bakıya qayıdıb 65 saylı məktəbdə müəllim və direktor işləyərkən tarix üzrə namizədlik dissertasiyası götürüb tədqiqatla məşğul olsa da, həyat yoldaşı, Alpan kənd məktəbində kimya-biologiya fənnindən dərs deyən Siddiqə (1920-2000) müəllimə övladları ilə birgə 1966-ci ilədək kənddə yaşayırdılar.
Məmməd müəllim 1970-ci ildə inqilab tarixi mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi aldığdan sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda müəllimlik etmişdir. Sovet hökumətinin qurulması münasibətilə 1971-ci ildə çap olunmuş “Xalqın səadəti uğrunda” adlı tədqiqatında M.Rüstəmbəyli Cümhuriyyət dövrünü dəfələrlə vurğulamışdır. Qeyd edək ki, müəllif, kitabında həmin dövrün əsasən Quba qəzasında cərəyan edən ictimai-siyasi hadisələrini diqqətə çatdırmışdır. Cümhuriyyətin yaradılması ərəfəsindəki və sonrakı dövrdə ba verənləri vətəndaş müharibəsi kimi təsvir edən M.Rüstəmbəyli, sovet ideologiyasının təbliğçisi mövqeyində bolşeviklərin Azərbaycanı işğal etməsinə də haqq qazandırırdı. O, Zaqafqaziya Seyminin buraxılmasından sonra yaradılan Cümhuriyyətin qurulmasını tarixi proseslərin nəticəsi kimi dəyərləndirirdi. Amma kitabında Cümhuriyyəti “əksinqilabi Müsavat hökuməti” və s. kimi mənfi epitetlərlə səciyyələndirən müəllif, 1920-ci il aprelin və avqustun sonunda baş vermiş silahlı Quba üsyanlarının detallarını izah etməklə, Cümhuriyyətin devrilməsində Rusiyanın rolunu açıq şəkildə ortaya qoyurdu. M.Rüstəmbəyli siyasi opponent olaraq, Cümhuriyyətin heç bir müsbət, təqdirəlayiq tədbirini nəinki işıqlandırmır, ümumiyyətlə adını belə çəkmir. Maraqlıdır ki, əsər Sovet hakimiyətinə həsr olunmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti baş verən hadisələrin katalizatoru rolunda təsvir edilir, bu da sovet tarixşünaslığında ənənəvi strategiyanın pozulması deməkdir. Əsas etibarilə, mənfi müstəvidə sosial-siyasi mühitin ziddiyyətli keçidi kimi səciyyələndirilən AXC dövrü bu tədqiqatın əsas istiqamətini müəyyənləşdirməklə, dolayısıyla da olsa Cumhuriyyət tarixinə diqqət yönəltmək, maraq oyatmaq baxımından təqdirəlayiqdir.
Tarixçi alimə 1989-cu ildən dosent elmi adı verilmiş, Təhsil Nazirliyində məsul vəzifəyə irəli çəkilmiş, 1991-ci ildə Maarif nəşriyyatında “Çarpışan qüvvələr” adlı kitabı da çap edilmişdir. İlk mənbələrə əsaslanan bu kitabda Quba qəzasında bolşeviklərin (1917-1921) yenicə yaradılmış Azərbaycan Demokratik Respublikasına qarşı mübarizəsi əks etdirilir. Bu kitab sovet ideologiyasının təsiri altında yazılsa da, hətta soyqırımçı erməni-daşnak quldur dəstələrini xilaskar "Qızıl Ordu" kimi təqdim etsə də, Azərbaycan tarixinin müqayisəli tədrisi baxımından, xüsusilə Quba diyarının beş illik gərgin, təlatümlü zaman kəsimində baş verənlərin daha dolğun öyrənilməsində orta məktəb müəllim və tələbələri, həmçinin qubalı oxucular üçün əhəmiyyətli vəsaitdir. Burada bir məsələni qeyd etmədən ötmək olmaz ki, Qubada 1918-ci ilin 1-12 may tarixində qatil daşnak Ş.Amazapsın birbaşa əmrlərilə törədilən soyqırımı Məmməd müəllim kitabında görəsən bilərəkdənmi, müqavimət hərəkatının başında duran polkovnik Əli bəy Zizikskinin ayağına yazmışdı?! İnanmaq olmur...
Məmməd müəllimin 1968/92-ci illər arası Respublikada nəşr olunan qəzet və jurnallarda 60-a yaxın müxtəlif mövzulu məqaləsi dərc edilmişdir. Ədəbi yaradıcılığa, əsasən teatr sahəsinə marağı olan Məmməd müəllimin yazdığı 10-a yaxın pyesdən üçü Ağdam, Gəncə və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulmuş, bir pyesi və bir neçə satirik səhnəciyi Dövlət Televiziyası tərəfindən tamaşaçılara təqdim edilmişdir. Onun yazdığı pyeslər arasında “Fətəli xan”, “Xaqani” kimi tarixi mövzulu əsərlər də olub. Ömrünün son illərində Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunda baş müəllim işləyən həmyerlimiz 1992-ci ilin 21 dekabrında vəfat etmiş, ailəsinin də yaşayıb işlədiyi Bakı şəhərində dəfn edilmişdir.
Məmməd müəllimin Alpandakı ən yaxın dostu , İmamil müəllimin həyat yoldaşı, Nizami müəllimin atası olan Şahbaba müəllim Muradov idi. Kənddəki ata yurdunda Məmməd müəllimin birinci həyat yoldaşından doğulan böyük oğlu, ixtisasca mühasib olan rəhmətlik Əfrasiyab yaşayırdı. Onun polis mayoru olan kiçik oğlu Nüsrət isə ömrünün sonunadək müstəntiq işləmişdi. Sərt təbiətli elm, maarif fədaisi olan tanınmış həmyerlimiz (babası Rüstəm bəy Qusarın Urva kəndindən köçüb gəlmişdi Alpana) Məmməd müəllimə Allahdan bağışlanma və rəhmət diləyir, bizə atası barədə məlumat verən kiçik qızı Nəcibə xanıma can sağlığı arzulayır, tarixçi alimin 100 illik yubileyində xatirəsini anaraq həyat tarixçəsini gələcək nəsillərin diqqətinə yönəldir, yaddaşlara əmanət edirik.

Qələmə aldı Cabir Alpoğlu Albantürk

01/06/2026
İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilibMəktəbimizdə 1 İyun – Uşaqların Bey...
01/06/2026

İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilib
Məktəbimizdə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə şagirdlər müxtəlif şeirlər, mahnılar və rəqs nömrələri ilə çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. Uşaqlar üçün maraqlı oyunlar və əyləncəli proqramlar təşkil olunub, onların sevinc və gülüş dolu anları bayram ab-havasını daha da yüksəldib.
Tədbiri açıq elan edən məktəbin direktoru vurğulayıb ki, uşaqların sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməsi cəmiyyətin ən vacib vəzifələrindən biridir. Daha sonra şagirdlərə xoş arzular çatdırıb, onların gələcəkdə Vətənə layiqli vətəndaş kimi yetişəcəklərinə inamını ifadə edib.
Bayram münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlu gələcək arzulayırıq!

01/06/2026

Əziz övladlar! 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Address

Quba
Alpan

Telephone

+994505906244

Website

Alerts

Be the first to know and let us send you an email when Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category