Şirvan Peşə Liseyi

Şirvan Peşə Liseyi

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Şirvan Peşə Liseyi, High School, M. Ə. Rəsulzadə küç. 21 Şirvan, Ali Bairamly.

Photos from Şirvan Peşə Liseyi's post 16/06/2026

🖤 “Hər detalda Şirvan Peşə Liseyinin izi… Gələcəyimizi bacarıqlarla qururuq.” ✨

15/06/2026

🇦🇿 15 İyun – Milli Qurtuluş Günü

15 İyun Azərbaycan tarixində dövlətçiliyimizin qorunub saxlanıldığı, sabitlik və inkişaf yolunun əsasının qoyulduğu mühüm bir gündür.

Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın gələcək inkişafının təməlini formalaşdırıb.

Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿

Photos from Şirvan Peşə Liseyi's post 12/06/2026

📢 Şirvan Peşə Liseyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir. 🇦🇿

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və ölkəmizin inkişafındakı tarixi xidmətlərindən bəhs edilmiş, Milli Qurtuluş Gününün əhəmiyyəti vurğulanmışdır.

Photos from Şirvan Peşə Liseyi's post 11/06/2026

🩸11.06.2026-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Qan Bankı və "Şirvan Gənclər Evi" SXM-in birgə əməkdaşlığı ilə 14 İyun – Ümumdünya Qan Donoru Gününə həsr olunmuş genişmiqyaslı ictimai maarifləndirmə tədbiri və qanvermə aksiyası keçirilib.

🩸Tədbirdə Şirvan Peşə Liseyi əməkdaşları da iştirak edərək qanvermə aksiyasına könüllü şəkildə qoşulublar.





11/06/2026

📚✨ Peşə öyrən, gələcəyini qur

Photos from Şirvan Peşə Liseyi's post 11/06/2026

📢 Şirvan Peşə Liseyində Şirvan şəhər 18 nömrəli tam orta ümumtəhsil məktəbinin buraxılış sinif şagirdləri üçün “Sən də peşəyə gəl!”, “Gələcəyini peşə ilə qur!” adlı ekskursiya təşkil edilib.

✨ Ekskursiya çərçivəsində şagirdlər liseydə tədris olunan Bərbər-vizajist-manikürçü, Dərzi və Qaynaqçı ixtisasları ilə yaxından tanış olublar. Təlim ustaları və müəllimlər tərəfindən ixtisasların məzmunu, təhsil prosesi, gələcək məşğulluq imkanları və əmək bazarında bu peşələrə olan tələbat barədə ətraflı məlumat verilib.

📚 Görüş zamanı peşə liseyinin tələbələri hazırladıqları əl işlərini nümayiş etdirərək qazandıqları bilik və bacarıqları şagirdlərlə bölüşüblər. Səmimi və maraqlı müzakirələr şəraitində keçən tədbirdə peşə təhsilinin üstünlükləri, əmək bazarında daha çox tələb olunan peşələr və uğurlu karyera quruculuğunda düzgün peşə seçiminin rolu barədə fikir mübadiləsi aparılıb.

✅ Ekskursiyanın əsas məqsədi şagirdlərin gələcək peşə seçiminə dəstək olmaq, onları əmək bazarının tələblərinə uyğun ixtisaslarla tanış etmək və peşə təhsilinə marağı artırmaq olub.

Photos from Şirvan Peşə Liseyi's post 10/06/2026

📌 Şirvan Peşə Liseyində tələbələrin təhsil proqramı üzrə əldə etdikləri nəzəri bilik və praktik bacarıqların qiymətləndirilməsi məqsədilə ixtisas sınaq işlərinin qəbulu həyata keçirilib.

Sınaq prosesi zamanı tələbələr əldə etdikləri peşə bilik və bacarıqlarını praktik tapşırıqlar vasitəsilə nümayiş etdirərək peşə hazırlığı səviyyələrini təqdim ediblər.

09/06/2026

Dad və yaradıcılıq bir arada 🍰

Photos from Şirvan Peşə Liseyi's post 09/06/2026

📢 Şirvan Peşə Liseyində tələbələrin maarifləndirilməsi məqsədilə “Erkən nikaha, erkən məişət zorakılığına yox!” mövzusunda tədbir təşkil olunub.

💬 Tədbir çərçivəsində mövzu ilə bağlı videçarx nümayiş etdirilib, tələbələr arasında anket sorğusu keçirilib. Sorğunun nəticələri əsasında iştirakçıların mövzu barədə məlumatlılıq səviyyəsi qiymətləndirilib və fikir mübadiləsi aparılıb.

📍 Görüş zamanı erkən nikahın və məişət zorakılığının mənfi təsirləri, gənclərin hüquqları, təhsilin əhəmiyyəti və sağlam gələcəyin qurulmasında maariflənmənin rolu barədə məlumat verilib.

Photos from Peşə Təhsili üzrə Dövlət Agentliyi's post 08/06/2026
Want your school to be the top-listed School/college in Ali Bairamly?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


M. Ə. Rəsulzadə Küç. 21 Şirvan
Ali Bairamly
AZ1800

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00