02/06/2026
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirilmişdir.
Tədbirdə şagirdlər müxtəlif musiqi nömrələri, şeirlər və əyləncəli çıxışlarla iştirak edərək bayram ab-havası yaratmışlar. Uşaqların sevinc və gülüşlə dolu anları tədbirə xüsusi rəng qatmış, onların hüquqlarının qorunmasının və xoşbəxt gələcəyinin təmin edilməsinin vacibliyi vurğulanmışdır.
Bayram münasibətilə bütün uşaqları təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!