Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi

Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi "Təhsil millətin gələcəyidir! " Heydər Əliyev
(1)

21/08/2026
09/08/2026

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 2026–2027-ci tədris ilindən etibarən yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrinə fənn müəllimlərinin işə qəbulu üzrə 10 avqust 2026-cı il tarixindən müsahibə mərhələsinə start verilir.

Vakansiya elan olunan ümumi təhsil müəssisələri:
- Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi;
- Biləsuvar rayonu Rüfət Mikayılov adına Bəydili kənd tam orta ümumtəhsil məktəbi;
- Neftçala şəhəri humanitar fənlər təmayüllü “Muğan” liseyi;
- Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi;
- Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbi.

Qeyd olunan təhsil müəssisələrində tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar və innovativ yanaşmaya sahib pedaqoji heyət tərəfindən həyata keçiriləcəkdir.

Müsahibədə iştirak üçün əsas tələblər:
- minimum 3 il pedaqoji təcrübə;
- ali pedaqoji təhsil;
- MİQ və ya sertifikatlaşdırma imtahanı üzrə minimum 85 faiz nəticə.

Təmayül məktəblərində (TOM) təhsil alacaq şagirdlərin daha çox müraciət etdiyi məktəblərdən müraciət edən müəllimlərə üstünlük veriləcəkdir.

Müraciət edən müəllimlərlə qeydiyyat zamanı təqdim etdikləri əlaqə nömrələri vasitəsilə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

Bütün namizədlərə uğurlar arzulayırıq!

HÖRMƏTLİ VALİDEYNLƏR VƏ ŞAGİRDLƏR!Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qər...
09/08/2026

HÖRMƏTLİ VALİDEYNLƏR VƏ ŞAGİRDLƏR!

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nə 2 nömrəli əlavə növbəti tədris ilində də qüvvədə olacaq.

Qeyd edək ki, məktəbli geyim forması şagirdlərdə vahid məktəb mühiti, nizam-intizam və məsuliyyət hissinin formalaşdırılmasına xidmət edir.

📌Hörmətli valideynlər və şagirdlər!
Növbəti tədris ilinə hazırlıq zamanı geyim formalarının müəyyən edilmiş tələblərə uyğun seçilməsini xahiş edirik.



Şirvan-Salyan Regional Təhsil İdarəsində 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümu...
04/08/2026

Şirvan-Salyan Regional Təhsil İdarəsində 2026–2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir.
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu başlayır. Layihəyə əsasən X və XI sinif şagirdləri müraciət edə bilərlər.
Təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir və məktəb adlarının yanında qeydiyyat üçün müvafiq linklər yerləşdirilib.
Qeydiyyatdan keçmək üçün yaşadığınız rayona uyğun olan linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz.
✔️ Şirvan şəhəri Məftun Osmanov adına 20 nömrəli tam orta ümumtəhsil məktəbi
https://docs.google.com/forms/d/1BWV52-qU9f_wgbOX9jRP9ypxPxEQtoZdj2MQF38Seak/edit

Bu məktəb tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.
Yeni təmayül tədris modelinin əsas üstünlükləri:
✔️ Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;
✔️ Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;
✔️ Səriştəli müəllim kollektivi;
✔️ Aylıq sınaq imtahanlarının təşkili;
✔️ Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.
Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

04/08/2026

📢Yeni təmayül tədris modelinə müəllimlərin qeydiyyatı başlayıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə müəllimlərin qeydiyyatı başlayıb.

Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/1fDlqPF5kVDJ4I-8T4LA3Ej99-rVeJeHYUYYuEGrhGJM/edit

"Şirvan Gənclər evi" SXM-in və  Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi birgə təşkilatçılığı ilə 26 iyul – Azərb...
24/07/2026

"Şirvan Gənclər evi" SXM-in və Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi birgə təşkilatçılığı ilə 26 iyul – Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlarda çalışan gənc əməkdaşlar arasında "Gənc əməkdaşların dostluq kuboku" adlı intellektual yarış keçirilib.
Yarışda 12 komanda üzrə 60 nəfər gənc əməkdaş iştirak etdi.Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda məktəbin "Adamantium " komandası I yeri tutaraq yarışın qalibi olmuşdur.


📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!10 iyuldan etibarən başlamış 2026–2027-ci tədris ili üzrə mək...
21/07/2026

📢 Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır!

10 iyuldan etibarən başlamış 2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində məktəb seçiminə start verilir. Valideynlər 21 iyul saat 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

📅 Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək.

🔔 Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

2025–2026-cı tədris ili üzrə yekun pedaqoji şura iclası keçirildi. İclas məktəbin direktoru Eldar Hüseynovun rəhbərliyi,...
29/06/2026

2025–2026-cı tədris ili üzrə yekun pedaqoji şura iclası keçirildi. İclas məktəbin direktoru Eldar Hüseynovun rəhbərliyi, direktor müavinləri Kifayət Musayeva və məktəbin müəllim kollektivi və iştirak edirdi.
İclasın gündəliyində şagirdlərin II yarımil və illik qiymətləndirilməsinin nəticələri, tədris ili ərzində görülən işlər, əldə olunan nailiyyətlər, mövcud məsələlər və qarşıda duran vəzifələr geniş müzakirə olundu. Məktəbdaxili qiymətləndirmə, təlim-tərbiyə prosesinin təşkili və normativ sənədlərin tələblərinə uyğun görülən işlər barədə ətraflı fikir mübadiləsi aparıldı.

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlət müstəqilliyini qoruyaraq sabitlik, birlik və inkişaf yoluna qəd...
15/06/2026

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlət müstəqilliyini qoruyaraq sabitlik, birlik və inkişaf yoluna qədəm qoyduğu tarixi dönüş nöqtəsidir.


Address

Shirvan
Ali Bairamly
018

Opening Hours

Monday 08:00 - 05:00
Tuesday 08:00 - 05:00
Wednesday 08:00 - 05:00
Thursday 08:00 - 05:00
Friday 08:00 - 05:00
Saturday 08:00 - 01:00

Telephone

+994506647719

Website

Alerts

Be the first to know and let us send you an email when Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category