Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey

Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey Dövlət liseyi

18/09/2026

🎵Milli Musiqi Günü liseyimizdə də qeyd olunub.

Günün əhəmiyyəti ilə bağlı musiqi müəllimi Heyran Mirzəzadə tərəfindən şagirdlərə milli musiqi irsimiz, dahi bəstəkar Üzeyir Hacıbəyli və onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi zəngin yaradıcılıq irsi haqqında məlumat verilib.
🎶 Milli Musiqi Günümüz mübarək!

18/09/2026

18 sentyabr Milli Musiqi Günüdür.

Dahi Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəylinin doğum günü ölkəmizdə hər il Milli Musiqi Günü kimi qeyd olunur.

Milli musiqimizi tanımaq, yaşatmaq və gələcək nəsillərə ötürmək milli-mədəni irsimizə bağlılığımızın ifadəsidir.

Milli Musiqi Günümüz mübarək! 🎶

Günümüz Dövlət Himninin sədaları ilə başlayır!🇦🇿Liseyimizdə hər səhər şagirdlərin iştirakı ilə səhər gimnastikası keçiri...
18/09/2026

Günümüz Dövlət Himninin sədaları ilə başlayır!🇦🇿

Liseyimizdə hər səhər şagirdlərin iştirakı ilə səhər gimnastikası keçirilir, ardınca Dövlət Himni səsləndirilir. İntizam, birlik və fəallıqla başlayan hər yeni gün🌞

📚 15 Sentyabr Bilik Günü Şirvan şəhəri kimya və biologiya təmayüllü liseyində qeyd olundu.Tədbir Dövlət Himninin səslənd...
15/09/2026

📚 15 Sentyabr Bilik Günü Şirvan şəhəri kimya və biologiya təmayüllü liseyində qeyd olundu.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başladı. Lisey rəhbərliyi və qonaqlar şagirdləri yeni tədris ili münasibətilə təbrik edərək onlara uğurlar arzuladılar.
🎓 Yeni tədris ilinə xoş ovqat və böyük hədəflərlə start verdik!

15/09/2026

📚 Bilik Gününüz mübarək!

📚 Şirvan şəhəri Kimya və Biologiya Təmayüllü Liseyində pedaqoji şura iclası keçirilib.2026–2027-ci tədris ilinin başlanm...
14/09/2026

📚 Şirvan şəhəri Kimya və Biologiya Təmayüllü Liseyində pedaqoji şura iclası keçirilib.
2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar keçirilən iclasda qarşıdakı tədris ili üzrə əsas hədəflər və prioritet istiqamətlər müzakirə olunub.
Şagird nailiyyətlərinin yüksəldilməsi, Respublika Fənn Olimpiadaları və Respublika Fənn Müsabiqələrinə hazırlıq, istedadlı şagirdlərlə məqsədyönlü iş, buraxılış və qəbul imtahanlarına hazırlıq, eləcə də şagirdlərin müxtəlif akademik layihə və yarışlara cəlb olunması məsələləri diqqət mərkəzində olub.
İclasda qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və daha yüksək nəticələrin əldə olunması ilə bağlı hədəflər qarşıya qoyulub.
🎯 Əsas hədəfimiz keyfiyyətli təhsil, yüksək nəticələr və hər bir şagirdin potensialının inkişafıdır.
Yeni tədris ilinin liseyimiz üçün uğurlu və nailiyyətlərlə zəngin olmasını arzulayırıq!

📚 Yeni tədris ilinə yeni dərsliklərlə!Liseyimizdə şagirdlərin dərsliklərlə təmin olunması prosesi həyata keçirilir. Şagi...
11/09/2026

📚 Yeni tədris ilinə yeni dərsliklərlə!

Liseyimizdə şagirdlərin dərsliklərlə təmin olunması prosesi həyata keçirilir. Şagirdlərə yeni dərsliklər təqdim olunmaqdadır.
Yeni tədris ilində hər bir şagirdimizə uğurlar arzulayırıq! 📖

📚 Yeni tədris ilinə birlikdə başlayırıq!Yeni tədris ili ərəfəsində XI sinif şagirdlərinin valideynləri ilə görüş keçiril...
11/09/2026

📚 Yeni tədris ilinə birlikdə başlayırıq!
Yeni tədris ili ərəfəsində XI sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.
Görüşdə qarşıdakı tədris ilinin əsas məqsədləri, şagirdlərin akademik inkişafı, davamiyyət və nizam-intizam, buraxılış və qəbul imtahanlarına hazırlıq, eləcə də məktəb–şagird–valideyn əməkdaşlığının əhəmiyyəti müzakirə olundu.
Valideynlərin fikir və təklifləri dinlənildi, şagirdlərin uğurlu nəticələri üçün qarşılıqlı əməkdaşlığın istiqamətləri müəyyənləşdirildi.
Yeni tədris ili XI sinif şagirdlərimiz üçün uğurlu olsun!

📚 Yeni tədris ilinə birlikdə başlayırıq!Dərslər başlamazdan əvvəl VII-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçi...
10/09/2026

📚 Yeni tədris ilinə birlikdə başlayırıq!
Dərslər başlamazdan əvvəl VII-ci sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.
Görüşdə yeni tədris ilinin məqsəd və vəzifələri, təlim prosesinin təşkili, şagirdlərin akademik inkişafı, nizam-intizam və davamiyyət, eləcə də məktəb–şagird–valideyn əməkdaşlığının əhəmiyyəti müzakirə olundu. Həmçinin liseyimizdə tətbiq olunan məktəbli forması ilə bağlı tələblər valideynlərin diqqətinə çatdırıldı.
Valideynlərin fikir və təklifləri dinlənildi, şagirdlərin uğuru və hərtərəfli inkişafı naminə qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirildi.
İnanırıq ki, məktəb və ailənin birgə səyi uğurun ən mühüm şərtlərindəndir.
Görüşdə iştirak edən və göstərdikləri dəstəyə görə bütün valideynlərimizə təşəkkür edirik! 🌿
Yeni tədris ili hər bir şagirdimiz üçün uğurlu və məhsuldar olsun!

📚 Yeni tədris ilinə birlikdə başlayırıq!Dərslər başlamazdan əvvəl X-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçiri...
09/09/2026

📚 Yeni tədris ilinə birlikdə başlayırıq!
Dərslər başlamazdan əvvəl X-cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.
Görüşdə yeni tədris ilinin məqsəd və vəzifələri, təlim prosesinin təşkili, şagirdlərin akademik inkişafı, nizam-intizam və davamiyyət, eləcə də məktəb–şagird–valideyn əməkdaşlığının əhəmiyyəti müzakirə olundu. Həmçinin liseyimizdə tətbiq olunan məktəbli forması ilə bağlı tələblər valideynlərin diqqətinə çatdırıldı.
Valideynlərin fikir və təklifləri dinlənildi, şagirdlərin uğuru və hərtərəfli inkişafı naminə qarşılıqlı əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirildi.
İnanırıq ki, məktəb və ailənin birgə səyi uğurun ən mühüm şərtlərindəndir.
Görüşdə iştirak edən və göstərdikləri dəstəyə görə bütün valideynlərimizə təşəkkür edirik! 🌿
Yeni tədris ili hər bir şagirdimiz üçün uğurlu və məhsuldar olsun!

Address

Xaqani Küçəsi 16
Ali Bairamly
.

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994557485818

Alerts

Be the first to know and let us send you an email when Şirvan şəhəri kimya və biologiya təmayüllü lisey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category